Əsas Səhifə > Dünya > Putinlə görüşdən əvvəl Baydendən kritik açıqlama:
Putinlə görüşdən əvvəl Baydendən kritik açıqlama:31-05-2021, 11:23 |
ABŞ və Rusiya liderlərinin görüşü öncəsi Cozef Baydendən kritik açıqlama gəlib. Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, Bayden görüşdə insan haqları ilə bağlı məsələni gündəmə gətirəcəyini deyib. ABŞ-da hər il ənənəvi olaraq may ayının son bazar günü keçirilən və indiyə qədər olan bütün müharibələrdə həyatını itirənlərin xatirəsinin anıldığı Anım Günündə çıxış edən Bayden Rusiya lideri ilə görüşündən olan gözləntiləri dilə gətirib. Cenevrədə keçiriləcək görüşdə Bayden insan haqları ilə bağlı məsələnin gündəmə gətirəcəyini deyib: "Prezident Putin ilə bir neçə həftə ərzində Cenevrədə görüşəcəyik. Bu haqlardan mənfiyə doğru istifadəyə icazə verməyəcəyimizi və buna müşahidəçi qalmayacağımızı açıq şəkildə bildirəcəyəm". ABŞ-ın bütün qadın və kişilərin bərabər olduğu idealı üzərində qurulduğunu deyən Bayden ölkəsinin insan haqları ilə bağlı məsələlərdə münasibətini bildirməyə borclu olduğunu xatırladıb. Xatırladaq ki, prezidentlər 16 iyunda Cenevrədə görüşəcəklər. Cebhe.info Geri qayıt |