Əsas Səhifə > Dünya > Rusiya Türkiyə və Tanzaniyaya uçuş qadağasının vaxtını uzadıb
Rusiya Türkiyə və Tanzaniyaya uçuş qadağasının vaxtını uzadıb1-06-2021, 08:05 |
Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsinə tətbiq edilən məhdudiyyətlərin vaxtını iyunun 21-dək uzadıb. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahından bildiriblər. Məlumata əsasən, məhdudiyyətlərin vaxtı sözügedən ölkələrdə çətin epidemioloji vəziyyətin olması ilə əlaqədar uzadılıb. Bundan əlavə, iyunun 2-dən etibarən Rusiya və Böyük Britaniya arasında müntəzəm uçuşlar bərpa edilir. Aviareyslər Moskva-London marşrutu üzrə həftədə 3 dəfə həyata keçiriləcək. Geri qayıt |