Əsas Səhifə > Dünya > Ermənistanda 1 ay əvvəl itkin düşmüş hərbçi hələ də tapılmayıb
Ermənistanda 1 ay əvvəl itkin düşmüş hərbçi hələ də tapılmayıb26-06-2021, 08:17 |
Ermənistan ordusunun bir aydan çoxdur itkin düşmüş hərbi qulluqçusu Norik Mkrtçyan hələ də tapılmayıb. Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. "Müvafiq orqanların axtarışları davam edir. Bizi 90 % əmin edirlər ki, o, əsir deyil, Norik Ermənistan ərazisindədir, amma harada olduğunu bilmirik. Cinayət işi qaldırılıb, o, iş çərçivəsində axtarışa verilib. Amma fakt odur ki, oğlan yoxdur", - deyə Tavuş əyalətinin Noemberyan rayonunun Koxb kəndinin başçısı Arsen Ağababyan bildirib. Onun sözlərinə görə, Norik hərbi hissəni tərk etdikdən sonra evdə görünməyib. O, cəmi 3 ay xidmət edib. Xatırladaq ki, hadisə Vardenisdəki hərbi hissədə, mayın 18-də olub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Norik Mkrtçyan hərbi hissəni tərk edib və yoxa çıxıb. Geri qayıt |