Əsas Səhifə > Dünya > Bu gün Ermənistanda yeni çağırış parlamentin ilk iclası keçiriləcək
Bu gün Ermənistanda yeni çağırış parlamentin ilk iclası keçiriləcək2-08-2021, 08:06 |
Ermənistanın yeni parlamenti sonuncu növbədənkənar seçkilərdən sonra bu gün ilk iclasını keçirəcək. Deputatlar qanunverici orqanın sədrini, vitse-spikerləri və daimi komissiyaların sədrlərini seçəcəklər. “Report” Ermənistan mediasına istinadən xəbər verir ki, ölkədəki siyasi böhranın səbəb olduğu seçkilərin nəticələrinə əsasən, baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası müstəqil hökumət qurmağa imkan verən 101 mandatdan 71-ni qazanıb. Paşinyanın partiyanın üzvləri tərəfindən Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə yenidən namizəd olacağı gözlənilir. Yeni parlamentin spikeri və onun iki müavini də parlament çoxluğunu təmsil edəcək. Seçki Məcəlləsinə görə, üç vitse-spikerdən biri müxalifəti təmsil etməlidir. Gözlənildiyi kimi, hazırkı vitse-spiker Alen Simonyan parlamentin sədri seçiləcək. Bundan əlavə, ilk iclasda hökumət strukturunun dəyişdirilməsi haqqında qanun layihəsinin müzakirəsi planlaşdırılır. Lakin hansı dəyişikliklərin gözlənildiyi hələ məlum deyil. Geri qayıt |