Əsas Səhifə > Dünya > Ermənistanın müdafiə naziri ordunun qida təminatında qanun pozuntularını etiraf edib

Ermənistanın müdafiə naziri ordunun qida təminatında qanun pozuntularını etiraf edib


21-08-2021, 08:14
Ermənistanın müdafiə naziri ordunun qida təminatında qanun pozuntularını etiraf edib
Ermənistanın müdafiə naziri Arşak Karapetyan nazirliyin sifarişi ilə ərzaq məhsullarının hazırlanması və saxlanılması üzrə xidmət göstərən təşkilatların nümayəndələri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan Silahlı Qüvvələrinin və Hərbi Polisinin məsul şəxsləri yoxlamalar zamanı qeydə alınan pozuntuları təqdim edərək, bəzi hallarda hərbi hissələrdə göstərilən yeməklərin və xidmətlərin keyfiyyətini qeyd ediblər. Bildirilib ki, təşkilatlarla bağlanmış müqavilələr tələblərə cavab vermir.

Müdafiə naziri orduya verilən ərzaq məhsullarının hazırlanılmasında və saxlanılmasında pozuntulara yol verən şirkətləri tənqid edib və qeydə alınan bütün çatışmazlıqları qısa müddətdə tamamilə aradan qaldırmağı əmr edib. Karapetyan Hərbi Polis nümayəndələrinə yeməkxanalarda və ərzaq anbarlarında gündəlik nəzarətin qurulmasını, habelə pozuntulara yol vermiş şirkətlərə qarşı bütün qanuni vasitələrdən istifadə olunmasını əmr edib.

Arşak Karapetyan vurğulayıb ki, hərbi qulluqçular üçün qidalanması bilavasitə özünün nəzarəti altında olacaq.

Geri qayıt