Əsas Səhifə > Dünya > Ermənistanın Müdafiə Nazirliyi ordudakı intiharlardan narahatdır
Ermənistanın Müdafiə Nazirliyi ordudakı intiharlardan narahatdır11-09-2021, 08:37 |
Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi orduda intiharların artmasını müzakirə edib. Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, bununla bağlı keçirilmiş müşavirənin iştirakçıları silahlı qüvvələrdə intihar hadisələrinin qarşısının alınmasına yönəldilmiş bir sıra təkliflər irəli sürüblər. Ən yüksək zabit heyətinin iştirak etdiyi tədbirdə eyni zamanda özünəqəsd hadisələrinin təfərrüatları və yeni intiharların qarşısının alınmasının müxtəlif yolları müzakirə olunub. Qeyd edək ki, nazirlik cari ildə ordudakı intihar hallarının sayını açıqlamayıb. Bununla bağlı göstərici ictimaiyyətdən gizli saxlanılır. Geri qayıt |