Əsas Səhifə > Dünya > Rusiya Türkiyə ordusunun guya İdlibin cənubundan çıxması haqda informasiya yaydı...

Rusiya Türkiyə ordusunun guya İdlibin cənubundan çıxması haqda informasiya yaydı...


30-09-2021, 09:26
Rusiya Türkiyə ordusunun guya İdlibin cənubundan çıxması haqda informasiya yaydı...
“Bir sıra media orqanları, Suriyanın hərbi dairələrindəki mənbələrə istinadla Türk ordusunun Suriyanın İdlib əyalətinin cənub hissəsindən şimala çəkildiyini bildirir. Bu, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidəki görüşündən sonra başlayıb. İnformasiya Avia.pro resursu tərəfindən ötürülüb”.

Moderator.az xəbər verir ki, belə bir məlumatı dünən axşam saatlarında Rusiyanın lenta.ru saytı yayıb.

“Türkiyə tankları və digər zirehli maşınlar artıq İdlibin bir hissəsini tərk ediblər. Hərbi birləşmələrin hərəkəti M4 avtomobil yolu üzrə gedir. Eyni zamanda, türk ordusu həmin marşrut üzərində nəzarəti əlində saxlayır.

Avia.pro Ərdoğanın Rusiyaya səfəri zamanı, Rusiya Aerokosmik Qüvvələrinin aviasiyasının, təxminən iki həftəyə yaxın Türkiyəyə yaxın Suriya silahlılarını mövqelərini bombalamasından sonra İdlibdə bir günlük sükut günü təşkil etdiyini bildirib”.

Türkiyənin rəsmi mənbələri bu haqda heç bir məlumat yaymayıb.

Qeyd edək ki, Avia.pro “dünyanın hər yerindən məlumat yayan” və çox güman ki, Rusiya xüsusi xidmət orqanlarına bağlı federal informasiya agentliyidir.

Xatırladaq ki, sentyabrın 29 -da Putinlə Ərdoğan arasında danışıqlar aparılıb. Tərəflər əməkdaşlıq məsələlərini, həmçinin Suriya, Liviya və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Hər iki lider ölkələr arasında iqtisadi, siyasi və hərbi əməkdaşlığı yüksək qiymətləndirib.



Geri qayıt