Əsas Səhifə > Dünya > Putinin özəl hərbi şirkəti sanksiya siyahısında

Putinin özəl hərbi şirkəti sanksiya siyahısında


16-11-2021, 10:04
Putinin özəl hərbi şirkəti sanksiya siyahısında
Avropa İttifaqına daxil olan ölkələri XİN rəhbərləri Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə qarşı sanksiyaların hazırlanması ilə bağlı razılıq əldə ediblər.

Cebhe.info xəbər verir ki, bu barədə Fransanın naziri Jan İv Le Drian məlumat verib.

O, şirkəti xarici dövlətlərin işlərinə qarışmaqda və müdaxilə etdiyi ölkələrdə vəziyyəti gərginləşdirməkdə ittiham edib.

“Vaqner”lə yanaşı, sanksiyalar hazırda bu şirkətlə sıx əməkdaşlıq edən Mali hökumətinə qarşı də tətbiq ediləcək.

Xatırladaq ki, "Vaqner" Rusiya Prezidenti Putinə yaxınlığı ilə tanınır. Onu hətta Putinin özəl hərbi dəstəsi də adlandırırlar. Bu məlumatların yayılmasına hərbi şirkətə bir zamanlar Putinin aşpazı olmuş şəxsin rəhbərlik etməsi səbəb olub.

Geri qayıt