Əsas Səhifə > Dünya > ABŞ-ın sabiq müdafiə naziri Pentaqonu məhkəməyə verib
ABŞ-ın sabiq müdafiə naziri Pentaqonu məhkəməyə verib29-11-2021, 08:57 |
ABŞ-ın sabiq müdafiə naziri Mark Esper Pentaqonu məhkəməyə verib. Trend-in "The New York Times" qəzetinə istinadən verdiyi məlumata görə, M.Esperin Pentaqonu məhkəməyə verməsinə səbəb qurumun onun ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyasındakı işi ilə bağlı memuarlarının əhəmiyyətli hissəsinin nəşrini qadağan etməsi olub. D.Trampın keçən ilki prezident seçkilərindəki məğlubiyyətindən qısa müddət sonra vəzifəsindən azad etdiyi M.Esper, "millətimizin, xüsusən də çətin dövrlərində tam və bəzədilməmiş bir tarixi" olaraq bazara çıxardığı "Müqəddəs and" kitabını may ayında satışa buraxmağı planlaşdırır. Sabiq nazir ABŞ-ın hazırkı administrasiyasını söz azadlığı ilə bağlı "birinci düzəlişlə qorunan konstitusiya hüquqlarını" pozmaqda ittiham edib. M.Esper qeyd edib ki, onun məhkəməyə müraciəti "hekayəsini Amerika xalqına tam şəkildə çatdırmağın" yeganə yoludur. Geri qayıt |