Əsas Səhifə > Dünya > Rusiya Ukraynaya HÜCUM EDƏCƏKMİ?

Rusiya Ukraynaya HÜCUM EDƏCƏKMİ?


13-12-2021, 16:14
Rusiya Ukraynaya HÜCUM EDƏCƏKMİ?
DİA.AZ: - Əslində Rusiyanın Ukraynaya yenidən hüccumu Qərbin olanıdır. Bu, aşkar şəkildə hiss olunandır. Çünki hazırki situasiya - mövcud status-kvo Rusiyaya sərf edir və vəziyyəti gərginləşdirən tərəf Qərbdir.

DİA.AZ bildirir ki, əslində Qərbin maraqları Ukraynanın hesabına Rusiyanı tam olaraq çökərtmək olmasa da, müəyyən mənada ram etməkdir. Çünki istənilən halda açıq savaşa girən Rusiya hətta hərbi qələbə qazanacağı təqdirdə belə itirmiş hesab olunacaq.

Bunu Baydenin Putinlə görüşdə "Siz Ukraynanı işğal etsəniz, daha ağır iqtisadi sanksiyalarla üz-üzə qalacaqsınız" deməsindən və Britaniya hərb nazirinin Kremlə yönəlik açıq hədələrindən də sezmək mümkündür.

Bu isə o deməkdir ki, Qərbin təhriki ilə Rusiya özünü ast-asta UKRAYNA BATAQLIĞINA soxmaqdadır. Bütün parametrlərindən də aydın görünəni budur və Rusiya bu halda gələn ilin yanvarında həqiqətən də plana uyğun olaraq hərbi əməliyyatlara ilk başlayan tərəf kimi meydanda görünə bilər.

Bəs o zaman nə baş verəcək?

Təbii ki, yuxarıdakı qeydlərimiz qüvvəsindədir. Rusiya savaşa təhrik olunur, hətta müəyyən mənada irəliləyə də bilər. Amma Gürcüstanda olduğu kimi, hətta Kiyevi bombalasa belə, Qərbin təzyiqi və yaxud digər təsirləri hesabına geri çəkilir, amma Gürcüstanla bağlı məsələdən fərqli olaraq Rusiyanı BÖYÜK ACLIĞA aparacaq proseslərə start verilir.

Sual oluna bilər: Qərb indidən, yəni Ukraynanı dağıtmadan bunu edə bilməzmi?

Görünəni odur ki, Qərb dairələri də hələ sinxron addımlarda maraqlı olmdaığından onların da "ümumi düşmənə" qarşı birləşmələri zərurətə çevrilib.


Geri qayıt