Əsas Səhifə > Dünya > Bayden Ağ Evin eyvanında danışıb:

Bayden Ağ Evin eyvanında danışıb:


2-08-2022, 07:58
Bayden Ağ Evin eyvanında danışıb:
ABŞ Prezidenti Co Bayden “Əl-Qaidə” liderini ölürmək üçün aparılan əməliyyatı tam uğurlu adlandırıb.

DİA.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Bayden Ağ Evin eyvanından danışarkən deyib.

O, “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahirini məhv etmək üçün Kabildə keçirilən əməliyyatı hərtərəfli uğurlu adlandırıb.

“Missiya uğurlu alındı. Onun ailə üzvlərindən heç biri xəsarət almayıb, mülki əhali arasında itki yoxdur. Mən əməliyyatın tam uğurla keçdiyini deyirəm”, - deyə Bayden bildirib.

Onun sözlərinə görə. terror qruplaşmasının lideri bu ilin əvvəlində Kabildə ABŞ kəşfiyyatı tərəfindən aşkarlanıb.

Co Bayden bildirib ki, ABŞ heç vaxt Əfqanıstanın bir daha terrorçuların sığınacağına çevrilməsinə imkan verməyəcək.

Geri qayıt