Əsas Səhifə > Dünya > CİA-nın gizli agentinin Ərdoğanla bağlı ŞOK PLANI

CİA-nın gizli agentinin Ərdoğanla bağlı ŞOK PLANI


20-04-2023, 11:52
CİA-nın gizli agentinin Ərdoğanla bağlı ŞOK PLANI
“Seçkidə Ərdoğan qazanacaq, ABŞ indidən onu nəzarətə götürmək üçün addımlar atmalıdır”.

DİA.AZ Publika.az-a istinadla xəbər verir ki, bu çağırışla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş müşaviri Henri Barkey çıxış edib.

Amerikalı kəşfiyyatçı hesab edir ki, Ərdoğan seçkidə qazanacaq və bundan sonra daha güclü olacaq.

“ABŞ Ərdoğanı nəzarətə götürmək üçün Türkiyəyə qarşı sanksiyalar tətbiq etməlidir. Lakin bunun seçkidən öncə edilməsi Ərdoğanın əlini gücləndirə bilər. Ona görə də, seçkidən sonraya hazırlaşmalıyıq”, - H.Barkey bildirib.

Qeyd edək ki, Gəzi hadisələri və 15 iyul hərbi çevriliş cəhdini öncədən “proqnozlaşdıran” H.Barkey CİA-nın gizli agenti olaraq tanınır və onun Türkiyədə baş verən hadisələrin təşkilində iştirakçı olduğu haqda məlumatlar var. 15 iyul çevriliş cəhdi zamanı H.Barkeyin gizli şəkildə İstanbula gəldiyi və prosesi idarə etdiyi də bildirilirdi.

Geri qayıt