Əsas Səhifə > Dünya > Rusiyada vətəndaş müharibəsi başlayıb

Rusiyada vətəndaş müharibəsi başlayıb


24-06-2023, 05:23
Rusiyada vətəndaş müharibəsi başlayıb

“Vaqnerçi”lər atəş açan Rusiya ordusuna məxsus helikopteri vurublar.

Bunu “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun helikopteri mülki karvana hücum edib, bundan sonra o, “Vaqner”in muzdluları tərəfindən vurulub.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

***

“Rostova daxil oluruq. Qarşımıza çıxan hər şeyi məhv edəcəyik”.

Bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

Onun sözlərinə görə, sərhədçilər “Vaqnerçi”lərə müqavimət göstərməyib: “25 minlik ordu ilə Moskvaya doğru hərəkət edirik. Onlar bizi qarşılayıb, qucaqladılar. Sona qədər gedirik. Biz uşaq qatili deyilik. Uşaq qatili Şoyqudur(Rusiyanın müdafiə naziri Sergey Şoyqu – Qeyd ). O, 18 yaşlı uşaqları döyüş meydanına atır”.

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı vurğulayıb ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov təyyarələri havaya qaldırmaq və mülki əhali arasında hərəkət edən kolona atəş açmaq əmrini verib: "Pilotlar əmrə tabe olmaqdan imtina ediblər. Onlar üçün mülki vətəndaşları öldürmək heçnədir".

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

***

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamentinin əməkdaşları həyəcan siqnalı əsasında toplanılıb, mərkəzi küçərlərə hərbi texnikalar yeridilib.

Xüsusi xidmət orqanlarına və orduya yaxın mənbələr bildiriblər ki, Don şossesində (Moskva-Voronej-Rostov-na-Donu) FTX “SOBR”ın dəstəyi ilə postlar qurub, məntəqələrdəki növbətçilərə təhlükə zamanı öldürmək üçün atəş açmaq əmri verilib.

Bundan əlavə, Rusiya mətbuatı Moskvada təhlükəsizlik qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini, “Qala” planının da həyata keçirildiyini yazıb.

Eyni zamanda Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilib, Luqansk və Donetsk ilə sərhəddəki postlar gücləndirilib.

Bundan başqa Moskvada bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

***

“Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərini Yevgeni Priqojinin cinayət əmrlərini yerinə yetirməməyə və onun tutulması üçün tədbirlər görməyə çağırırıq”.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Priqojinin bəyanatları və hərəkətləri Rusiyada silahlı vətəndaş qarşıdurmasının başlaması və hərbçilərin “kürəyinə bıçaq zərbəsi” endirmək çağırışlarıdır.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri ilə təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir.

***

Rusiyada “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin ifadələri silahlı üsyana təhrik maddəsi ilə cinayət işinin başlanması üçün əsas olub.
Bu barədə Rusiya Milli Antiterror Komitəsindən məlumat verilib.

Komitə Priqojini qanunsuz hərəkətlərə son qoymağa çağırıb:

“Yevgeni Priqojinin adından yayılan iddiaların heç bir əsası yoxdur. Bu bəyanatlarla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Biz qanunsuz hərəkətlərə dərhal son qoyulmasını tələb edirik”.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə Priqojin ətrafındakı vəziyyət barədə məlumat verilib, bütün lazımi tədbirlər görülür.

Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb.

***

Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb.

Bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

Priqojin vurğulayıb ki, onun tabeliyində olanlar aldadılıb və döyüşçülərin hücumunun qarşısı alınıb.

“Bu gün bizim “sınmadığımızı” görüb arxa düşərgələrimizə zərbələr, raket zərbələri endiriblər. Çoxlu sayda döyüşçülərimiz, döyüş yoldaşlarımız həlak olub. Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatını təkzib edərək qeyd edib ki, döyüşçülərin arxa düşərgələrinə zərbə endirilməsi barədə məlumat təxribat xarakterli informasiyadır və reallığı özündə əks etdirmir.
Geri qayıt