Əsas Səhifə > Dünya > Bu son olmayacaq...

Bu son olmayacaq...


Bu gün, 09:24
Bu son olmayacaq...
İlkin məlumatlara görə, İsrail İranın uranın zənginləşdirilməsi və neft istehsalı mərkəzlərinə zərbə vurmayıb. Digər tərəfdən itkilər barədə səhih məlumat yoxdur. Bu o deməkdir ki, İsrail ABŞ-ın da məsləhətini nəzərə alaraq İrana məhdud zərbə vurub və Yaxın Şərqdə indiki şərtlər altında hələ ki, bu ölkə ilə müharibənin davam etdirilməsini istəmir. Məsələnin bununla da yekunlaşması Tehrandan asılı olacaq. İrandakı rejim İsraillə davamlı müharibədən çəkinir. Ona görə, İsrailin zərbələrinin İranın hərbi infrastukturuna ciddi xələl yetirilmədiyi müəyyənləşərsə Tehran düşməninə qarşı növbəti zərbədən çəkinəcək. Ancaq bu son olmayacaq. İsrail Yaxın Şərqdəki düşmənlərinə qarşı müharibəni davam etdirir, İranın müxtəlif ölkələrdəki silahlı qruplarını neytrallaşdırır. Deməli, hansısa mərhələdə İran-İsral qarşdurması yenidən qaçılmaz olacaq.

Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt