Əsas Səhifə > Dünya > Putin Avropanı pul gücünə işğal etmək ideyasına üstünlük verir

Putin Avropanı pul gücünə işğal etmək ideyasına üstünlük verir


7-07-2014, 09:38
Putin Avropanı pul gücünə işğal etmək ideyasına üstünlük verir
Bəllidir ki, tarixən və indi Rusiya və rus imperiyası başqa ölkələri fəth etmək üçün qaba güc tətbiqindən istifadə edir.

Lakin müasir dünyada pul bir çox dağıdıcı silahlardan daha güclüdür və belə görünür ki, Rusiya pulun fəthedici gücünü nəzərə alaraq ondan Şərqi Avropanın NATO-ya can atan bir çox kasıb ölkələrini öz təsir dairəsinə qayrarmaq üçün istifadə edir.

“Bloomberg Businessweek” həftəliyinin məqaləsi bu mövzudadır. Virtualaz.org saytı məqalənin tərcüməsini oxuculara təqdim edir:

***

Dörddə bir əsr əvvəl, Şərqi və Mərkəzi Avropaa bir-birinin ardınca kommunist rejimləri çökəndə iqtisadi baxımdan darmadağın olmuş Sovet İttifaqı buna ancaq çarəsiz şəkildə tamaşa edə bildi. Sonra SSRİ dağıldı və Şərqi Avropa ölkələri Şimali Atlantka müüqaviləsi təşkilatına, Avropa İttifaqına üzv olmaq üçün tələsdilər.

Bununla belə Rusiya öz təsir dairəsindən imtina etmədi. Lakin indi Rusiya qoşunların əvəzində keçmiş satellitləri ilə olan iqtisadi əlaqələr şəbəkəsindən istifadə edir.

Macarıstanda AES-in tikintisini, Bolqarıstanda boru kəmərlərinin çəkilməsini maliyyələşdirməklə Rusiya Şərqi Avropada özünə nüfuz satın alır. Rusiya-Ukrayna münaqişəsinə baxmayaraq region ölkələrinin əksəriyyəti Rusiya maraqlarına qarşı getməyi əlverişli hesab etmirlər.

Macar, slovak və çex siyasətçiləri Rusiyaya qarşı Avropa sanksiyalarının sərtləşdirilməsinə qarşı çıxırlar. Onlar deyirlər ki, bu cür sanksiyalar onların iqtisadiyyatına da ziyan vurur.

“Teneo İntelligence” konsaltinq şirkətində siyasi risklərin analizi üzrə analitik Otiliya Dhand deyir ki, Rusiya Avropa İttifaqında “parçala və hökm sür” prinsipi üzrə klassik oyun oynayırlar.

Analitikin qənaətinə görə, Rusiyaya lazımdır ki, ayrı-ayrı ölkələrin milli maraqları Avropa İttifaqının ümumi maraqlarından daha çox qərarların qəbuluna təsir göstərsin.

Rusiyanın əsas silahlarından biri onun iri kredit təsisatı “Sberbank”dır. Dövlət tərəfindən idarə olunan “Sberbank”ın 12 milyard avroluq aktivlərə malik Avropa bölməsi olan “Sberbank Europe” Mərkəzi Avropada və Balkanlarda öz iştirakını genişləndirir.

Bank öz filial şəbəkəsini fəal şəkildə genişləndirir və keçmiş kommunist ölkələrindən olan şirkətləri səxavətlə maliyyələşdirir. Aprel ayında bank Xorvatiyanın “Agrokor” şirkətinə Sloveniyanın “Mercator” firmasını almaq üçün 820 milyon dollar kredit ayırıb. Bu sövdələşmənin nəticəsində Balkanlarda ərzaq məhsullarının iri parakəndə satış şəbəkəsi formalaşmalıdır.

Ancaq Rusiya ilk növbədə energetikaya diqqətini cəlb edir. Bu ilin əvvəllərində o, Macarısrtanda iki nüvə reaktorunun tikintisi barədə müqavilə bağlayıb. Bu layihə altında Kreml Macarıstana bazar məzənnəsindən aşağı faizlə 30 illiyə 10 milyard dollar kredit ayıracaq. Heç bir Qərbi Avropa kommersiya bankı bu cür sərfəli şərtlər təklif edə bilməzdi.

İyun ayında “Sberbank” elan edib ki, İtaliyanın “Enel” şirkətinin nəzarət etdiyi energetika şirkəti “Slovenske Elektrarne”yə 1,2 milyard dollar kredit ayıracaq.

Bu arada “Enel”in Slovakiya bölməsi hələ Sovet İtttifaqı dövründə layihəsi hazırlanmış “Moxovtse” AES-in tikintisini başa çatdıra bilmir. “Enel”in rəhbəri Françesko Staraçe deyir ki, şirkət Slovakiyadakı aktivlərini borclarının ixtisarı proqramı çərçivəsində satmağa hazırlaşır. Bəzi Rusiya və Slovakiya KİV-lərinin məlumatına görə, səhmlərin potensial alıcısı Rusiyanın dövlət nüvə agentliyi “Rosatom” olacaq. “Enel” bu mövzunu şərh etmək istəmir.

“Rusiyanın səxavətli kredit siyasəti iqtisadi və siyasi nüfuz əldə etməyə yönələn məqsədli və tamamilə uğurlu siyasətdir” - deyə “Standart Bank”ınLondon şöbəsinin baş iqtisadçısı Timoti Eş deyir.

Onun sözlərinə görə, Macarıstan, Slovakiya və Serbiya kimi balaca ölkələrə xarici investisiyalar hava-su kimi lazımdır. Çünki pul çox şeyi həll edir.

Yeri gəlmişkən, Timoti Eşin sözlərinə görə, təkcə Şərqi Avropa ölkələri ilk növbədə öz iqtisadi maraqlarının qeydinə qalmır. May ayında ABŞ və bəzi Aİ ölkələri Fransanı Rusiyaya iki vertolyotdaşıyan gəmi “Mistral”ın satışından imtina etmədiyinə görə tənqid etdilər.

İtaliya və Avstriya “Qazprom”un “Cənub axını” layihəsində iştirak edir, bu layihənin məqsədi Ukraynadan yan keçməklə Avropaya qaz nəqlidir.

Qonşuların rus pullarını qəbul etməyə hazır olması Polşanın, habelə Baltikyanı ölkələrin xoşuna gəlmir. Şərqi Avropa ölkələrindən fərqli olaraq onlar hesab edir ki, Rusiyaya qarşı sanksiyalar güclənməlidir. Habelə onlar öz ərazilərində daha çox NATO qoşunu olmasını istəyirlər.

Çexlər, slovaklar və macarlar isə əksinə, deyirlər ki, NATO əsgərləri artıq onlara gərək deyil. Onlar “Sberbank”la və digər Rusiya şirkətləri ilə işgüzar əlaqələrin vacibliyini qeyd edirlər.

Praqadakı Nyu-York Universitetinin direktoru, Çexiya prezidenti Vatslav Havelin keçmiş müşaviri İrji Peqe deyir ki, Ukrayna böhranının davam etdiyi bir vaxtda bu ölkələrin siyasətçilərinin Rusiyaya qarşı münasibəti “opportunist” görünür.

“Teneo İntelligence” konsaltinq şirkətindən Dhand isə deyir ki, Rusiya məhz bu cür opportunizmə stavka edir. Bu da Moskvanı Avropanın nisbətən kasıb ölkələri ilə iqtisadi əməkdaşlığa məcbur edir. Hansı ki, həmin ölkələr kasıb olsalar da Avropa İttifaqında qalanları ilə bərabər səs hüququna malikdir.

“Ruslar üçün bu, effektivlik məsələsidir. Onlar Slovakiya kimi balaca ölkəyə milyardlarla dollar yatırırlar. Bütün ölkə ruslar tərəfindən alınıb. Bu, tamamilə rasional biznes-həlldir” - deyə analitik bildirir.

Geri qayıt