Əsas Səhifə > Dünya > Minskdə Ukrayna ilə bağlı növbəti görüş keçiriləcək
Minskdə Ukrayna ilə bağlı növbəti görüş keçiriləcək26-12-2014, 10:23 |
Ukraynanın şərqində münaqişənin sülh yolu ilə həllinə dair "Əlaqə" qrupunun növbəti üçtərəfli görüşü bu gün – dekabrın 26-da Minskdə baş tutmalıdır. Bu barədə Ukraynanın yerli mətbuatı məlumat yayıb. Dekabrın 24-də olduğu kimi bu dəfə də görüş bağlı qapılar arxasında keçəcək. Bundan öncə isə ikinci görüşün baş tutub-tutmayacağı hələ dəqiq deyildi. Ukraynanın Təhlükəsizlik xidməti təsdiqləyib ki, 225 separatçı girovun 150 ukraynalı hərbi xidmətçi girovlara dəyişdirilməsi barədə təxmini razılaşma əldə edilib. Amma o da deyilib ki, hələ tam razılıq əldə olunmayıb, danışıqlar başa çatmayıb. Dekabrın 24-də baş tutan görüşdə ATƏT-in nümayəndəsi, Ukraynanın keçmiş prezidenti Leonid Kuchma, Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov iştirak ediblər. Geri qayıt |