Əsas Səhifə > Dünya > Avropa Birliyinin "ən zəif bəndi" olan Yunanıstan ittifaqı tərk edə bilər

Avropa Birliyinin "ən zəif bəndi" olan Yunanıstan ittifaqı tərk edə bilər


12-02-2015, 08:45
Avropa Birliyinin "ən zəif bəndi" olan Yunanıstan ittifaqı tərk edə bilər
Yunanıstanla avrozona kreditorları arasında danışıqlar razılaşma olmadan başa çatıb. 19 ölkədən ibarət avrozona təmsilçiləri ilə Brüsseldə fövqəladə görüşdən sonra tərəflər heç bəyanat da verməyiblər.

Yunanıstanın yeni seçilmiş radikal solçu hökuməti borcunun qaytarılması şərtlərini dəyişdirmək istəyir və iri həcmli borcuna görə ölkənin iqtisadi düşmənlərini günahlandırır. AB rəsmiləri Afinanın "çox sərt" adlandırdığı şərtlərin yenidən müzakirəsindən imtina edib. Borcun məbləği 240 milyard avrodur (276 milyard dollar).

Fevralın 16-da maliyyə nazirləri yenidən görüşəcəklər. Yunanıstanın maliyyə naziri Yanis Varoufakis ümidini bildirib ki, həmin danışıqlarda irəliləyiş əldə olunar.

Avroqrupun maliyyə nazirlərinin rəhbəri Jeroen Dijsselbloem deyib ki, detallı təkliflər heç müzakirə də olunmayıb. "Bizə biraz çox vaxt lazımdır," o, söyləyib.

Geri qayıt