Əsas Səhifə > Dünya > Yunanıstan və avrozona üzvləri ölkənin 240 milyard avroluq borcunu uzatmağın formulunu tapa bilmirlər

Yunanıstan və avrozona üzvləri ölkənin 240 milyard avroluq borcunu uzatmağın formulunu tapa bilmirlər


19-02-2015, 11:39
Yunanıstan və avrozona üzvləri ölkənin 240 milyard avroluq borcunu uzatmağın formulunu tapa bilmirlər
Yunanıstanın radikal solçu hökuməti deyir ki, fevralın 19-da avrozonadan "borc müqaviləsini" altı ayadək uzatmağı xahiş edəcək.

Bu, heç də hazırkı müqavilənin yenilənməsi demək deyil. İndiki müqavilə sərt qənaət tədbirləri nəzərdə tutur.

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis deyib ki, Afinanın fevralın 19-da təqdim edəcəyi təklifi Avroqrupun rəhbəri Jeroen Dijsselbloem da daxil olmaqla, qəbul ediləcək.

Yunanıstan və avrozona üzvləri ölkənin 240 milyard avroluq borcunu uzatmağın formulunu tapa bilmirlər. İndiki saziş fevralın sonunda bitir.

Avropa Mərkəzi Bankı fevralın 18-də razılaşıb ki, Yunanıstan bankları üçün fövqəladə maliyyəni artırsın. Bunu banka yaxın mənbələr deyib.

Ancaq bu məbləğ də ehtiyacları yalnız bir həftəlik qarşılaya biləcək. Yunanlar əmanətlərini hazırkı məzənnə ilə çıxarırlar.

Geri qayıt