Əsas Səhifə > Dünya > Savçenkonun həbs qətimkan tədbiri iyunun 30-dək uzadılıb

Savçenkonun həbs qətimkan tədbiri iyunun 30-dək uzadılıb


7-05-2015, 09:25
Savçenkonun həbs qətimkan tədbiri iyunun 30-dək uzadılıb
Mayın 6-da Moskva məhkəməsi ukraynalı pilot və parlament üzvü Nadia Savchenko barəsində həbs qətimkan tədbirini iyunun 30-dək uzadıb. Bu barədə tvitterdə onun vəkili Nikolai Polozov yazıb.

Bir gün öncə isə Rusiya hakimiyyəti bildirib ki, Savchenko-nun işi üzrə ibtidai istintaqın müddəti noyabrın 13-dək uzadılıb.

Savchenko iyuldan bəri Rusiyada saxlanır. O, rusiyayönlü separatçılar tərəfindən qanunsuz olaraq saxlanaraq Moskvaya gətirildiyini bildirir. Pilot iki rusiyalı jurnalistin ölümünə yardım etməkdə, sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Nadia Savchenko özünü təqsirli bilmir və 80 gün aclıq aksiyası keçirib.

Geri qayıt