Əsas Səhifə > Dünya > Polisə daş atan öldürüləcək

Polisə daş atan öldürüləcək


18-09-2015, 08:07
Polisə daş atan öldürüləcək
Artıq bu gündən Qüds şəhərində Əl-Əqsa məscidinə girişə etiraz edən və polisə daş atan hər bir şəxsə qarşı həqiqi güllədən istifadə ediləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə qərar İsrail höküməti tərəfindən verilib.

Məlumata görə, 15 İsrail vətəndaşı polisin müşayiəti ilə əl Əqsa məscidinin həyətinə daxil olublar. Məscidin rəhbəri Ömər Kisvani vətəndaşların məscidin həyətindən geri qayıtıqlarını deyib.

Keçən həftə İsrail müdafiə naziri Moşe Yaalon yəhudilərin əraziyə daxil olmasına qarşı çıxan iki müsəlman qrupunun məscidə girişini qadağan etdikdən sonra məscid ətrafında gərginlik yaranmışdı.

Qarşıdurma yəhudilərin Yeni İli, Roş Haşananın gəlişindən bir neçə saat öncə baş verib. Məscidin içindəki fələstinli gənclər yəhudilərin ora gəlişini əngəlləməyi planlaşdırıblar.

Təhlükəsizlik qüvvələri yerli vaxtla saat 06:45-də basqın həyata keçirib.

Bəzi şahidlər polisin məscidə daxil olduğunu və gəncləri içəridə saxlamaq üçün qapıları kilidlədiyini bildirib. Polis bunu inkar edib. Bir çox müsəlman dövləti İsrail hökümətinə məscidəki qarşıdurmalarla bağlı etirazlarını bildiriblər.

Türkiyənin baş naziri Əhməd Davudoğlu İsrailin Qüds şəhərində müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidinə girişi məhdudlaşdırmasına dair münasibətində bu cür ifadələr səsləndirib. Ankarada çıxışı zamanı Davudoğlu Yaxın Şərqdə yaşanan gərginliklə əlaqədar Fələstinə dəstəyini ifadə edib.

Fələstin muxtariyyətinin lideri Mahmud Abbas Ramallah şəhərində keçiridiyi mətbuat konfansında bildirib ki, biz indi də Qüdsdəyik və burada qalmağa davam edəcəyik.

Əl-Əqsa məscidi ərazi israilli və fələstinlilər arasında dini və siyasi gərginliyin mənbəyi hesab edilir.

1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik Yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. 1948-ci il mayın 14-də isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi.

Yaxın Şərqdə 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə başlayan 50 illik müharibə bütün sülh səyləri və atəşkəs müqavilələrinə baxmayaraq bitmək bilmir.

Tərəflərin bir-birinə ərazi iddiaları olduğu üçün münaqişə fasilələrlə davam edir.

Geri qayıt