Əsas Səhifə > Dünya > “Rusiyanın İraqa zərbələri alqışlanardı”
“Rusiyanın İraqa zərbələri alqışlanardı”2-10-2015, 08:19 |
İraqın baş naziri deyir ki, Rusiyanın ölkəsinə hava zərbələrini “alqışlayardı”, ancaq Moskva belə təkliflə çıxış etməyib. Haider al-Abadi oktyabrın 1-də France 24 televiziyasına müsahibəsində deyib: “Belə bir təklif alsaq, nəzərdən keçirərik. Əslində, bunu alqışlayardım”. Abadi Rusiya prezidenti Vladimir Putin-lə əlaqə yaratdığını da qeyd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 1-də deyib ki, Rusiyanın hava zərbələrini İraqa doğru genişləndirmək planı yoxdur. Haider-in sözlərinə görə, Suriyaya hava zərbələri endirən Rusiya təyyarələri İslam Dövləti qruplaşması əvəzinə Suriyada müxalifətçi üsyançıları vursaydı, təəccüblənərdi. Onun fikrincə, İD-ə mübarizə Rusiyanın marağındadır, çünki 2 mindən çox İŞİD döyüşçüsü rusiyalıdır və bu da onların Rusiyaya qayıdacağı halda “milli təhlükə” yaradır. Haider deyir ki, Vaşinqtonla Moskva Suriyayla bağlı mübahisəni dayandırmalı və birlikdə işləməyin yolunu tapmalıdır. “Məqsədimiz hamının İŞİD-ə qarşı savaşmasıdır, bir-birimizlə deyil,” baş nazir deyib. Geri qayıt |