Əsas Səhifə > Dünya > Türk tələbələri Rusiya universitetlərindən qovdular

Türk tələbələri Rusiya universitetlərindən qovdular


11-12-2015, 11:11
Türk tələbələri Rusiya universitetlərindən qovdular
Rusiyanın Milli Nüvə Tədqiqatları Universiteti burada təhsil alan bir neçə türk tələbəni qovub.

Avropa.info xəbər verir ki, FTX tələbələrin öz yazılarında terrorçuluğu dəstəklədiyini yazıb. Bu haqda Rusiyada türk tələbələrin assosiasiyasının sədri Okan Yıldız bildirib.

Onun dediyinə görə, polis və FTX əməkdaşları yataqxanada axtarış aparıblar. Narkotik axtarırdılar. Yıldız deyib ki, tələbələri terrorçuluğa dəstək verməkdə ittiham etmək əsassızdır.

Axtarışla Voronej və Saratovda da aparılıb. Voronejdə də türk tələbələri universitetdən qovublar, Saratovda isə axtarış üçün şəhər kənarına aparıblar.

Voronej Yüksək Texnologiyalar İnstitutundan da təsdiq ediblər ki, Türkiyə vətəndaşı 9 tələbə universitetdən çıxarılıb. Universitetdən bunu “akademik və maliyyə borcları” ilə əsaslandırıblar.

Xatırladaq ki, keçən həftə Rusiya Təhsil Nazirliyi söz vermişdi ki, Türkiyədən olan tələbələrin heç bir problemi çıxmayacaq.

Geri qayıt