«NARMOBİLE»A QARŞI TƏXRİBAT
Tarix: 5-03-2012, 16:10 |
Çap et
«NAR»IN BƏZİ ABUNƏÇİLƏRİNƏ KÜLLİ MİQDARDA KONTUR «HƏDİYYƏ EDİLDİ»
DİA.AZ: - Ayrı-ayrı mobil operatorlar davamlı olaraq müxtəlif təxribatların qurbanı olub. Məsələn, bir zamanlar mobil operatorlardan birinin satışa çıxardığı kontur kartlarındakı konturlar şirkətin xəbəri olmadan naməlum şəxslər tərəfindən oğurlanırdı. Və bunun da qarşılığında abunəçilər telefonlarına yükləmək məqsədilə aldıqları kontur kartlarının boş olmasından şikayətçi düşürdülər.
İndi də naməlum təxribatçıların hədəfinə «Nar Mobile» şirkəti çevrilib. Bu barədə DİA.AZ-a məlumat verən sözügedən operatorun abunəçilərindən biri bildirdi ki, bu gün saat 15.22-də onun çoxdan bağlı saxladığı və artıq fəaliyyəti dayandırılmış «NAR» nömrəsinə 8280 adresindən ismarıc daxil olub:
«Həmin ismarıcda deyilirdi ki, mənim telefon nömrəmə 603 manat 87 qəpik dəyərində məbləğ mədaxil olunub. Mən də şirkətlə əlaqə saxladım və məlum oldu ki, şirkətin ümumiyyətlə, belə bir servisi yoxdur».
Qeyd edək ki, redaksiyamıza daha bir neçə «NAR» abunəçisi də telefon açaraq eyni «hədiyyə»ni aldıqlarını bildiriblər. Hətta onlardan biri hazırda həmin konturları işlətdiyini də söylədi.