Buranın rəhbərliyi arın-arxayındır... - amma hara qədər?
Tarix: 25-03-2017, 09:35 | Çap et
Azərbaycan Beynəlxalq Bankının (ABB) həbsdə olan sabiq sədri Cahangir Hacıyevin məhkəmədəki açıqlaması Maliyyə Nazirliyinin rəhbər şəxsləri üçün problemə çevrilib. Buna əsas səbəb kimi, ABB-nin Müşahidə Şurasında Maliyyə Nazirliyini təmsil edən rəhbər şəxslərin adının bankda baş verən cinayətlərdə hallanmasıdır.
Beynəlxalq Bankın idarə olunması, böyük məbləğdə kreditlərin verilməsi və s. məsələlərdə Müşahidə Şurasının rəy və qərarları həlledici olsa da, milyonlarla kreditin Cahangir Hacıyev tərəfindən ayrı-ayrı şəxslərə təkbaşına verilməsi bir qədər şübhəlidir. Maliyyə Nazirliyinin əsas səhmdarlarından olduğu ABB-nin Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramovla digər təmsilçi bu illər ərzində bir dəfə də olsun, C.Hacıyevin bu əməlinə açıq etiraz etməyiblər. Yəni onların nə vaxtsa Cahangir Hacıyevə etiraz etdiyinə dair ortada fakt yoxdur.(Reyting.az)Lakin ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev başda olmaqla, bankın demək olar ki, əksər məsul əməkdaşları ya həbs olundu, ya da işdən çıxarıldılar. Amma bu işə məsul şəxslərdən sayılan Azər Bayramova “gözün üstə qaşın var” deyən olmadı. Məlumatda qeyd edilir ki, Cahangir Hacıyevlə bağlı istintaq başlanan zaman Samir Şərifovla Mərkəzi Bankın sədri Elman Rüstəmov bütün gücləri ilə prosesi özlərindən kənarlaşdırıb, əzəli rəqiblərini sıradan çıxarmaq üçün ABB rəhbərini yeganə təqsirkar, əsas hədəf göstəriblər.
Maliyyə sektorundan alınan məlumata görə, S.Şərifovla E.Rüstəmov hətta iri kredit məsələlərini də C.Hacıyevin onların rəyi və razılığı olmadan həyata keçirdiyini deyiblər: “O zaman ortaya sual çıxır ki, bəs niyə nazir və baş bankir vaxtında bu problemi qaldırmayıblar?”.
İddia edilir ki, hər iki şəxsin ABB-də baş verənlərdən xəbəri olub. Lakin onlar Cahangir Hacıyev və onu himayə edən güclü komandadan çəkiniblər. İstintaq başlayanda isə fürsətdən yararlanıb, C.Hacıyevin əsas təqsirkar kimi həbsində rol oynayıblar.
“Doğrudur, C.Hacıyev əsas təqsirkarlardan biridir. Amma digər təqsirkarlar məsuliyyətdən kənarda qalmamalı, onlar da cinayət tərkibli əməllərinə görə cəza almalıdırlar”,-deyən mənbənin iddiasına görə, S.Şərifovla E.Rüstəmov C.Hacıyevi əsas təqsirkar göstərməklə həm əsas rəqiblərindən qisaslarını alıblar, həm də özlərini təmizə çıxarmağa çalışıblar.
ABB-də baş verən maliyyə fırıldaqlarında Cahangir Hacıyevlə yanaşı, Maliyyə Nazirliyinin, o cümlədən nazir müavini Azər Bayramovun da “barmaq izləri”nin olduğu qanunla göz qabağındadır: “Onlar da gec-tez istintaqa cəlb olunmalıdır. Yəqin ki, bu, qaçılmaz olacaq”.
Məlumatda həm də bildirilir ki, Maliyyə Nazirliyində əsas qruplaşmaya liderlik edən A.Bayramov hakimiyyətdəki nüfuzlu bir qrupa bağlılığını hər addımda nümayiş etdirməklə, “toxunulmaz şəxs” olduğunu göstərməyə çalışır.
A.Bayramovun nazirlikdəki komandasına gəlincə, bu sırada Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdan tutmuş, bir çox idarə rəislərinin adları çəkilir. Bu komandanın isə S.Şərifovdan çox A.Bayramovun verdiyi tapşırıqlar əsasında hərəkət etdiyi bildirilir.
Hətta bir çox rayonlar üzrə idarə rəislərinin də A.Bayramovun komandasında olduğu qeyd edilir. Yəni onun “təqdimatı” və nazirə xahişi ilə həmin şəxslər bu vəzifələrə sahiblənə biliblər.
Məlumata görə, ABB-də baş verənlərə A.Bayramovun zamanında təsir edə bilmədiyi barədə dövriyyəyə buraxılanlar “iz azdırmağa” hesablanmış dezinformasiyadır:
“Azər Bayramovu yaxından tanıyanlar, onun kimə bağlılığından xəbərdar olanlar bilirlər ki, o, Cahangir Hacıyevə nəinki təsir etmək, hətta yeri gələndə, istənilən qərarı ləğv etməyə gücü çatırdı. Maraqlı məqam isə odur ki, Hacıyevdən sonra ABB-yə sədrlik edən Elmar Məmmədov da “vuruldu”, yenə də ABB-nin Müşahidə Şurasının sədri “sudan quru” çıxdı. Əlbəttə, bütün bunlar nə hakimiyyətdəki analitiklərin, nə də müstəqil ekspertlərin diqqətindən yayınmadı. Ona görə də sistemli araşdırmalar başlayıb və Samir Şərifov-Azər Bayramov cütlüyünün cəmiyyət üçün sensasiyalı əməlləri üzə çıxıb. Hələlik bunun nədən ibarət olduğunu açıqlamıram. Ancaq bu cütlüyün yaratdığı problemlər Müdafiə Nazirliyindən tutmuş, bir çox nazirlik, komitə vəiş adamlarının da narazılığına səbəb olub”.
Qeyd edilir ki, bu narazılıq fonunda ortaya çıxan real mənzərə və faktlar Samir Şərifov və onun ətrafındakı maliyyə boslarının əhatə dairəsini “daraladır”.
Samir Şərifovun ətrafında baş verən proseslərin nazirlikdəki bəzi vəzifəli şəxsləri ruhlandırdığı da bildirilir. Qeyd edilir ki, illərlə S.Şərifovla A.Bayramovun “toxunulmaz” olduğunu düşünənlər, artıq cəsarət nümayiş etdirir, hətta onlardan biri nazir olmaq iddiasını gizlətmir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|