Buranın rəhbəri özünə səltənət qurub - İDDİA
Tarix: 28-03-2017, 09:36 | Çap et
Daxil olan məlumatlarda Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının direktoru Afaq Qasımovanın qeyri-qanuni gəlirlərinə dair maraqlı açıqlamalar təqdim olunmuşdur. Bu xüsusda mənbə bildirir ki, Afaq xanım işə gəlmək üçün hər gün özünün şəxsi “Mersedes - GL” markalı avtomobilində Gəncədən Qazaxa qədər olan məsafəni qət etməli olur. Təbii ki, eyni yol da hər axşam evə qayıtmaq üçün gedilir. Avtomobilin markası nəzərə alınsa, təkcə yanacağa sərf olunan pulun gündəlik 50 manat civarında olduğunu müəyyən etmək olar. Amma bu da var ki, bahalı avtomobillər müvafiq olaraq bahalı texniki xidmət də tələb edirlər. Bundan başqa da Afaq xanım öz avtomobilini şəxsən özü idarə etmir. Bunun üçün filial direktorunun personal sürücüsü də var. Deməli, sürücünün də əmək haqqı nəzərə alınmaqla Afaq xanım hər ay təkcə avtomobilinin saxlanmasına 2000 manatdan artıq vəsait xərcləməlidir. Həm də bu xərclər filial direktorunun aldığı aylıq 400 manat məbləğində məvacibindən ödənilməlidir... Bəs görəsən bu möcüzə necə baş verir? Amma mənbələr iddia edirlər ki, burada da dünya şöhrətli “sehirbazların” çıxışlarında olduğu kimi, heç bir möcüzə-filan yoxdur. Hər şey illyuziya yaratmaq məharətinə bağlıdır. Sehirbazlar öz çıxışlarına toplanmış tamaşaçıların ciblərini soyurlar, AMİ-nin Qazax filialının direktoru da burada təhsil alan tələbələrin. Fərq bundadır ki, sehirbazlar hər növbəti nömrəni hazırlamaq üçün olmazın əziyyətlər çəkirlər, pul xərcləyirlər. Tamaşaya gələn insanlar isə gördükləri şoudan müəyyən həzz alırlar. Afaq xanım isə pulu da özü qazanır, bundan həzzi də sadəcə özü alır. Əbəs yerə deyil ki, bir müddət əvvəl başa çatmış qış imtahan sessiyası ilə bağlı da ali məktəbdə növbəti dəfə gərginlik yaşanmışdı. Səbəb isə bu olmuşdu ki, hər bir imtahana görə hər tələbədən 50 manat rüşvət alınması barədə göstəriş verən direktor, bu qərarı ilə onun illyuziyalar qura bilmək məharətini layiqincə qiymətləndirə bilməyən bəzi müəllimləri olduqca pis vəziyyətdə qoymuşdu. Belə ki, bir çox müəllimlər imtahanlara məsuliyyətlə yanaşaraq hazırlıqlı gələn və biliklərinə güvənən tələbələrdən pul istəyə bilmirlər. Amma mənbələr bildirirlər ki, bu xüsusda direktorun iradəsinə hətta məşhur Kopperfildin özü də həsəd apara bilər. Necə deyərlər, pul ala bilmirsən, öyrədərik. Yox, almaq istəmirsən, qovarıq. Əlbəttə, sadəcə dərslərə və imtahana hazırlıqlı gəldiyinə görə tələbədən pul qoparmağa üzü gəlməyən müəllim kimə lazımdır ki?Ötən materiallarda biz artıq qeyd etmişdik ki, Qazax filialının sabiq direktorunun işindəki ciddi nöqsanlar səbəbindən vəzifədən alınmasından sonra, bu ali təhsil müəssisəsinə rəhbərlik onun təlim-tərbiyə işləri üzrə müavini Afaq Qasımovaya həvalə olundu. Maraqlıdır ki, bu dəyişikliyin əslində filialda heç bir mövcud problemin həllinə gətirməyəcəyi çoxlarına əvvəlcədən məlum idi. Məsələ bundadır ki, Afaq Qasımova elə keçmiş direktorun dövründə də filialda pul yığımlarına nəzarət edən əsas simalardan biri idi. İndi isə birincisi oldu. Sanki darısqal süfrə arxasında kiməsə, sən yeyib doymusan, dur indi də başqası yesin – dedilər. Sessiya pul yığımları, rüşvət müqabilində işə qəbullar və digər korrupsiya halları isə AMİ-nin Qazax filialında indi də əvvəlki kimi davam eməkdədir. Beləliklə də, direktor vəzifəsinə təyinatından bəhrələnə bilmiş yeganə insan elə Afaq xanımın özü oldu. Ötən materialda biz artıq qeyd etmişdik ki, Afaq Qasımova bir müddət əvvəl Bakının Badamdar qəsəbəsində dörd mərtəbəli bir villanın mülkiyyətçisi olmuşdur. Bu xəbəri oxuyan bəzi mənbələr isə siyahıya direktorun Gəncə və Qazaxda sahib olduğu bir çox kommersiya obyektlərini də əlavə etməyimizi xahiş edirlər... Təbii ki, Afaq Qasımova bütün bu deyilənlərə münasibət bildirmək istəyərsə, biz hər zaman onun da mövqeyini qəzetimizdə dərc etməyə hazırıq. (xalqxeber.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|