“DəmirBank”ın rəhbərliyi vətəndaşları aldadıb - “Əmanətçilər bunu biləndə qalmaqal başlayacaq”
Tarix: 30-12-2017, 09:44 | Çap et
Bir neçə gün öncə “DəmirBank”ın lisenziyasının ləğv edilməsi qorunmayan əmantlərlə bağlı məsələni yenidən gündəmə gətirib. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, “DəmirBankda” kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 milyon manatdır. Bu isə o deməkdir ki, 28,3 milyon manat əmanət geri qaytarılmayacaq.
Beləliklə də, illərlə ehtiyat vəsait toplamış vətəndaşlar “DəmirBank”a qoyduğu vəsaiti bankın müflis olması ilə bir gündə itirmiş oldular. Əslində, bu özü nə qanuna, nə də insanlığa sığar ki, qara gün üçün saxladığı və bütün ümidlərini bağladığı ehtiyat vəsaiti günün birində kiminsə fırıldağına “qurban” getsin. Doğrudur, qorunan əmanətləri Əmanətlərin Sığortlanması Fondu qaytarır. Ancaq qorunmayan əmanətlərin qaytarılmaması böyük haqsızlıqdır.
Banklar kredit verdiyi vətəndaşlara ödənişi vaxtında etməyəndə və ya aldığı pulu qaytara bilməyəndə hər cür təzyiq edirlər. Məsələ məhkəmə səviyyəsinə kimi gedib çatır, icraçılar vətəndaşı bir çox hallarda evini satıb borcunu ödəməyə məcbur edirlər. Bəs nə üçün vətəndaş müflis olanda nəzərə alınmır, banklar müflis olanda nəzərə alınır? Əslində, banklar müflis olanda, ona görə nəzərə alınır ki, bankların arxasında da məmurlar durur. Beləliklə, hər mənada itirən ancaq vətəndaş olur. Odur ki, bankların müflis olması nəzərə alınan kimi, yaxşı olar ki, vətəndaşların da müflis olması nəzərə alınsın və bu qanunvericilikdə təsbit olunsun.
Əslində, qorunmayan əmanətlərlə bağlı maarifləndirməyə də ehtiyac var ki, vətəndaşlar illərlə qazandığı vəsaiti bir gündə itirməsin.
“Sığortasız əmanətlərin sahibləri əmanətlərinin sığortasız olduğunu heç bilmirlər”
Qorunmayan əmanətlərlə bağlı hüquqşünas Əkrəm Həsənov Hurriyyet.org-a bildirdi ki, bu sahədə maarifləndirmə işi yaxşı səviyyədə deyil, hətta çox aşağı səviyyədədir: ““DəmirBank”ın ətrafında baş verən hadisələr də bunu sübut edir. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, “DəmirBank”da 63,5 milyon manat sığortalı, 28, 3 milyon manat sığortasız əmanətdir. Bu, təəccüblüdür. Belə çıxır ki, əmanətlərin 1/3-nin sığortası yoxdur. Məndə olan son məlumata görə, sığortasız əmanətlərin sahibləri əmanətlərinin sığortasız olduğunu heç bilmirlər. Onlara elə gəlir ki, əmanətləri sığortalıdır. Yəni orada bank rəhbərliyi vətəndaşları aldadıb”.
“Bu məsələyə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası tam məsuliyyət daşıyır”
Ə. Həsənov nəzərə çatdırdırdı ki, xarici valyutada 3 faizi ötməyən, milli valyutada isə 15 faizi ötməyən əmanətlər sığortalıdır: “Sığortlanan əmanətlərin sığortlanma müddəti 2019-cu il martın 1-nə qədərdir. 1 il iki ay qalıb. “DəmirBank” isə xarici valyutada olan əmanətlərə 3 faiz verir, əlavə də 2 faiz bonus yazır. Yəni faktiki 5 faiz olur. Təbii ki, 5 faiz olursa, orada hansısa sığortadan söhbət gedə bilməz. Amma vətəndaşları bu yolla aldadıblar. Hələ də o vətəndaşların çoxu bunu bilmir. İndi məlum olub ki, sığortasızdır. Hələ onlar biləndə qalmaqal başlayacaq.
Hesab edirəm ki, bu məsələyə görə, ilk növbədə Maliyyə Bazarlarına Nəzarət Palatası tam məsuliyyət daşıyır. Nəinki əhalini maarifləndirmədiyinə görə, eyni zamanda əmanətlərin saxlanmasına görə məsuliyyət daşıyır. Ona görə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası banklar üzərində bank nəzarətini həyata keçirir və belə müqavilələri görür, susur və göz yumur. Maarifləndirməyi özünə qalsın, heç olmasa gördüyü pozuntuları aradan qaldırmır. Ona görə, vəziyyət belədir. Vətəndaş banka depozit qoyanda hər bir bank bunu izah etməlidir. Aydındır ki, banka əmanət qoyan gəlir götürmək istəyir. Adam baxır ki, “Beynəlxalq Bank”da xarici valyutada əmanətə görə 2 faizdir, “DəmirBank” isə 3 faiz yazır, hələ deyir ki, 2 faiz də bonus verirəm... Özü də bankda deyirlər, bax, sığortalıdır”.
“Bank gərək, düzgün ləğv olunsun ki, qorunmayan əmanətçilərə nəsə çatsın”
Ə.Həsənov dedi ki, “DəmirBank” kimi bankdan söhbət gedirsə, əmanətçilər pullarını bankın rəhbərliyindən və Maliyyə Bazarlarına Nəzarət Palatasından tələb etməlidirlər: “Amma orada hər şey qanuni olsa, burada yeganə yol müflis bankın ləğv prosesinin ədalətli, vicdanlı və şəffaf olmasıdır. Çünki bank gərək, düzgün ləğv olunsun ki, oradan nəsə vəsait əldə edə və qorunmayan əmanətçilərə nəsə çatsın. Ancaq tam çatmayacaq. Aydın məsələdir ki, bank müflisdirsə, artıq o deməkdir ki, bütün əmanətçilərin pulunu verə bilməyəcək. Sığortasız əmanətlərin heç olmasa bir hissəsinn qaytarılması üçün bütün müflis banklarda kreditorların ümumi yığıncağı çağırılmalıdır. Ən azı Kreditorlar Komitəsi yaradılmalıdır ki, həmin komitə bankın ləğvi üzrə Əmanətlərin Sığotalanması Fondunun fəaliyyətinə nəzarət etsin ki, bankın olan-qalan əmlakının başına daş salmasınlar, düzgün idarə etsinlər və nəticədə əldə edilən vəsait əmanətçilərə çatsın. Bu da 1-2 günün məsələsi deyil, burada xeyli işləmək lazımdır”.
“Müflis bankın sahibi onun kreditorlarıdır, əmanətçiləridir”
“Bildiyiniz kimi, biz indi “Standardbank”ın ləğvi üzrə bu işləri görürük. Orada Kreditorlar Komitəsi var. Mən onun sədriyəm. Müəyyən fəaliyyətimiz var. Düzdür, istədiyimiz qədər deyil. Çünki qanunda bizim səlahiyyətlərimiz azdır. Bunun üçün ilk növbədə, “Banklar haqqında” qanun təkmilləşdirilməlidir. Yəni daha aydın yazılmalıdır. Ümimiyyətlə, Kreditorlar Komitəsinin səlahiyyəti nədir? Əslində, müflis bankın sahibi onun kreditorlarıdır, əmanətçiləridir. Çünki onların orada pulları qalıb. Buna görə də onların bankın ləğvi üzrə səlahiyyətləri genişləndirilməlidir. Bunun üçün də qanunvercilik təkmilləşdirilməldir. Mən artıq bu sahədə qanun layihəsini hazırlamışam və inşallah gələn ilin əvvəlində onu dərc edəcəyəm və vacib dövlət orqanlarına da göndərəcəyəm. Gərək, Kreditorlar Komitəsinin səlahiyyətləri genişləndirilsin ki, bank düzgün ləğv olunsun. Oxucularda düzgün təsəvvür olsun ki, bankın düzgün ləğv olunması nə deməkdir. Axı, bankın daşınmaz əmlakı, bankın özü, torpağı, daşınar əmlakı maşını, mebeli var. Bunu ədalətli, yaxşı qiymətə satmalıdırlar, bankın verdiyi kreditləri ədalətli yığmalıdırlar. Borclular ilə qanunsuz sözvdələşmələrə getməməlidirlər. Bu pulları yığıb əmanətçilər arasında bölünməlidir”, - deyə hüquqşünas vurğuladı.
“Əmanətlərin Sığortlanması Fondu qorunan əmanətləri qorunmayan əmanətlərin hesabına qaytarır”
Ə.Həsənov hesab edir ki, qorunmayan əmanətlərlə bağlı qanunvericilyə mütləq dəyişiklik olmalıdır: “Qorunan əmanətləri Əmanətlərin Sığortlanması Fondu qaytarır. Kimin hesabına qaytarır? Onu da qorunmayan əmanətlərin hesabına qaytarır. Yəni qanuna dəyişiklik edilməlidir ki, qorunan əmanətləri öz pulu ilə qaytarmalıdır. Sonra yığılan pulu da, yəni o bankın nə pulu varsa, qorunmayan əmanətlərə verməlidir. Amma bu gün bank qorunan əmanətləri qaytarır, sonra da bankın nə əmlakı varsa, özünə götürür. Deyir ki, mən qorunan əmanətləri vermişəm, bunu da qaytarmalıyam. Niyə? Bəs qorunmayan əmantlər necə olacaq?!”
“Belə çıxır ki, kim banka sığortasız əmanət qoyubsa, onun hüququ tam pozulur” fikrinə Ə. Həsənov “əlbəttə” deyə cavab verdi. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
|