Alimpaşa Məmmədov cəzalandırılacaqmı? - İTTİHAM
Tarix: 10-01-2018, 09:38 | Çap et
Məmurlar qanunların aliliyinə hörmət və əməl etməklə sadə vətəndaşlara nümunə olmalıdırlar. Prezident İlham Əliyev də dəfələrlə məmurlardan qanunlara hörmət etməyi tələb etsə də, bəzi hallarda yerli məmurların dövlət başçısının bu tələbinin tam əksinə hərəkət etdiyinin şahidi oluruq. Ekspertlər hesab edir ki, bunun əsas səbəbi bəzi yerli məmurların ayrı-ayrı oliqarxları təmsil etməsidir. Odur ki, həmin məmurlar üçün dövlət başçısının göstəriş və tövsiyələri əsas deyil. Onlar bir qayda olaraq öz “boss”larının əmr və göstərişlərini əsas götürürlər. Bu “boss”lar isə qanunlara hörmətsizliyi ilə seçilirlər.
Bunun ən bariz nümunəsini sabiq vergilər naziri Fazil Məmmədovun doğma rayonu olan Şəmkirə icra başçısı təyin etdirməyə nail olduğu kadrı Alimpaşa Məmmədovun məhkəmə qərarlarına hörmətsizliyində görmək olar. Məlum olduğu kimi, Fazil Məmmədov fəaliyyətində qanun pozuntularına yol verdiyi üçün dövlət başçısının sərəncamı ilə vergilər naziri vəzifəsindən kənarlaşdırıldı. Fazil Məmmədovun fəaliyyəti zamanı yol verdiyi qanun pozuntuları ən yükəsk səviyyədə tənqid olunduğu, qiymətləndirildiyi üçün bu mövzuya geniş toxunmuruq.
Redaksiyamıza daxil olan bir məlumatda Fazil Məmmdovun kadrı, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun qanunlara hörmətsizliyindən söz açılır. Belə ki, hələ Alimpaşa Məmmədovdan əvvəl onun sələfi Nazim Veyisov sahibkar Vahid Fazil oğlu Cəfərovun doğma kəndindəki iaşə obyektini məhkəmə qərarı olmadan sökdürüb. Şəmkir rayonunun sabiq icra başçısı Nazim Veyisovun vətəndaşın Konstitusiya ilə təsbit olunmuş mülkiyyət toxunulmazlığı hüququnu tapdalaması və bununla qanunları kobud pozmasını araşdırmağa, sabiq icra başçısının bu əməlində cinayət tərkibi olub-olmamasına aydınlıq gətirməyə çalışacağıq. Hələlik isə onu qeyd edək ki, Nazim Veyisov sahibkarın qanuni obyektini sökdürməklə kifayətlənməyib. Vahid Cəfərovun iddiasına görə, obyekti söküləndən sonra, o zaman icra başçısı olan Nazim Veyisovun göstərişi ilə Şəmkir rayon polis şöbəsində böhtana məruz qalıb. Belə ki, işadamı rəis müavininin xidməti otağında dörd nəfər polis əməkdaşına xəsarət yetirməkdə ittiham olunub və həbs edilib. Məhkəmənin qərarı ilə 3,6 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, bu zaman Vahid Cəfərov bələdiyyə üzvü olub. Ümumiyyətlə, Vahid Cəfərov Şəmkirdə yalnız işadmı kimi tanınmayıb. O, Azərbaycanın ərazi bütövlünün qorunması üçün tərəddüd etmədən əlinə silah alan rayon sakinlərindən biridir. Ömrünün dörd ilini vətənin müdafiəsinə həsr edən bir şəxsin qanuni mülkiyyəti isə bir gün də olsun vətənin müdfiəsində iştirak etməyən şəxslər tərəfindən sökülüb. Vahid Cəfərov vətənin təssübünü çəkən vətəndaş olmaqla yanaşı, həm də xeyriyyəçi kimi də tanınıb. O, daima gəlirinin bir hissəsini xeyriyyəçəlik işlərinə sərf edib. Lakin bütün bunlar məmurların Vahid Cəfərova qarşı oyun qurmasına mane olmayıb. Onların oyunbazlığının qurbanı olan Vahid Cəfərov təxminən 2.6 ildən sonra azadlığa çıxır və qanun müstəvisində öz haqqını müdafiə etməyə çalışır. “Haqq nazilər, amma üzülməz” deyiblər, atalar. Vahid Cəfərov məhkəmədə öz haqqını müdafiə edə bilir və Gəncə Apellyasiya Məhkəməsi də qanunlara hörmətlə yanaşaraq onun haqlarını bərpa edir. Sonradan Ali Məhkəmə də Gəncə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayır və Şəmkir rayon İcra Hakimiyyətinin Vahid Cəfərova 46 min 158 manat ödəməsinə qərar verir. Ancaq Ali Məhkəmənin bu qərarını bu dəfə də Nazim Veyisovun xələfi, Fazil Məmmədovun kadrı Alimpaşa Məmmədov hörmətsizlik edərək, icra etmir. Baxmayaraq ki, icra başçısının bu əməli Cinayət Məcəlləsində çinayət əməli kimi tövsif olunub. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə görə isə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun məhkəmənin qərarına əməl etməməsinə Şəmkir rayon İcra Qrupunun dözümlü yanaşmasını da anlamaq mümkün deyil. Ancaq haqqın nazilsə də üzülməyəcəyinə inan Vahid Cəfərov ədliyyə naziri Fikrət Məmmədovun qanun pozuntusuna son qoyacağına, gec də olsa Ali Məhkəminin qərarının icrasını təmin edəcəyinə inanır.
Şəmkir rayonun sabiq icra və hazırkı icra başçıları - Nazim Veyisov və Alimpaşa Məmmədovun qanunlar qarşısında cavab verəcəyinə biz də inanırıq. İnanırıq ki, prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva heç bir məmurun qanunlardan üstdə durmadığını Azərbaycan ictimaiyyətinə sübut edəcək.
Yazıda adları keçən şəxslərin, Şəmkir rayonunun sabiq icra və hazırkı icra başçıları - Nazim Veyisov və Alimpaşa Məmmədovun deməyə sözü varsa, onların da mövqeyini dinləməyə hazırıq. \\hurriyyet.org\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|