Bu bank çoxdan bağlanmalı idi... - FAKTLAR
Tarix: 23-02-2018, 10:02 | Çap et
Mərkəzi Bankın kommersiya banklarına qarşı tələbləri sərtləşdirməsi "Sovetski” adlanan küçənin sökülməsindən sonra gündəmin ikinci mövzusu olaraq qalır. Əslində bu qərar nə dərəcədə vətəndaşların kreditlərə çıxışını çətinləşdiribsə, bir o qədər də bankların qazanclarını azaldıb. İllərdir,sektorda inhisarçı mövqedə olan bankların gəlirləri demək olar ki, yarıbayarıya düşüb. Bununla belə, kredit ayırmaq üçün müxtəlif kampaniyalarla müştəri cəlb etməkdədirlər. Onların borcalanlara münasibətdə ədalətli olduğunu söyləmək isə çətindir.
Hazırda iki bank – "Unibank” və "Bank of Baku” arasında bu istiqamətdə gərgin rəqabət gedir. Hansının qalib çıxacağını söyləyə bilmərik, sadəcə, o bəllidir ki, soyulan əhalinin cibidir.
DİA.AZ Publika.Az-a istinadən istehlak kreditlərinin həcminə görə ön sırada olan dayanan "Unibank”la bağlı araşdırmanı təqdim edir.
"Unibank” rəqəmlərdə
Məlumat üçün qeyd edək ki, "Unibank” KB ASC 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranıb. 2003-cü ildə Bankın səhmdarları sırasına (15,15% payla) Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG şirkəti (8,33% payla) daxil olub.
Ötən müddətdə bankın maliyyə göstəriciləri durmadan artıb. 2013-cü ildə nizamnamə kapitalı 70 565 232 manat təşkil edib. Malik olduğu aktivlər noyabr ayının əvvəlinə 700 mln. AZN-ni keçib. "Unibank” 5 minə yaxın korporativ və 440 mindən artıq fərdi müştəriyə xidmət göstərib. Əmanətlərinin həcmi də az olmayıb.
Fiziki şəxslərin əmanətlərinin həcmi ən yüksək həddə - 300 mln. manata çatıb. Ümumilikdə isə son 1 il ərzində (2013-cü il) "Unibank”a fiziki şəxslər tərəfindən qoyulan əmanətlər 54% artıb. Bankın verdiyi kreditlərə gəldikdə, konkret 2012-ci ilə dair hesabat mövcuddur. Orada da verilən istehlak kreditlərinin sayının 25 mini keçdiyi göstərilir. Borcalanların sayı 24 min nəfər təşkil edib. Bank tərəfindən hər gün istehlak krediti şəklində fiziki şəxslərə $1 milyona yaxın vəsait ayrılıb.
"Albalı” çox-çox "sərfəli” kart
Rəqəmlərdən göründüyü kimi, son 2 ildə "Unibank” qaz vurub qazan doldurub. Bu da yüksək faizlə ayrılan nağd və istehlak kreditlərinin hesabına baş verib. Qısası, "Unibank” likvidliyini kreditlərin sayəsində artırıb. Başlayaq, reklam bukletlərindən.
Çox-çox sərfəli kart olduğu qeyd edilən, hər 4 nəfərdən birinin cibində olan "Albalı” kartlarının bizə bəxş etdiyi "fürsətlərdən”. Əvvəla, kart illik 0 faizlə verilir, alınması zamanı xərc çəkilmir. Müddəti 26 ay, kredit xəttinin müddəti isə 36 ay təşkil edən "Albalı”ya zamin də tələb olunmur.
Lakin ilin əvvəlində Mərkəzi Bankın şərtləri ağırlaşdırması kartın verilmə proseduruna təsir edib. Belə ki, hazırda "Albalı” almaq istəyən hər hansı vətəndaş "Unibank”a şəxsiyyət vəsiqəsi ilə bərabər iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməlidir.
Bəs, fırıldaq nədədir? Bildiyimiz kimi, "Albalı”kart bankın partnyor olduğu mağazalardan alış-veriş üçün nəzərdə tutulub. Alınan malların pulu tərəflər arasındakı razılaşmadan asılı olaraq 1,3,6,9 və ya 12 bərabər hissələrə bölünür. Kartın özü illik faizsiz olsa da, partnyorların faizləri adı altında bankın siyasəti nitqləri qurudur. Ən yüksək faizlər isə mobil telefon dillerlərindədir. Telefonların 6 aylıq taksitlə satışı üzrə faizlər 10-12 aylıq taksitlə satışı 18 faizə qədərdir. Regionlardakı telekom dükanlarının faizləri isə 20-yə yüksəlir. Mebelin, istənilən texnikanın, məişət əşyasının alınması üzrə faizlər nağd kredit faizləri ilə ayaqlaşır.
Bankın, yoxsa partnyorların faizləri?
Məsələnin ciddi tərəfi mağazaların alış-veriş zamanı kartdan pulu nağd çıxarılmasıdır. Belə çıxır ki, faizlər təkcə partnyor dükanların deyil, eyni zamanda bankındır. Bank mağazalarla anlaşma nəticəsində faiz alır. Yəni alış-veriş zamanı aldığınız hər bir paltara, əşyaya görə həm partnyora, həm də gizli şəkildə banka faiz ödəyirsiniz. "Albalı”nın çox-çox "sərfəli” kart olduğunu göstərən başqa bir məqam. Praktikada taksit kartları nağd pul çıxarılışı üçün nəzərdə tutulmasa da, "Unibank” hərdən səxavətə gəldiyini nümayiş etdirib, yüngül şərtlərlə, kartdakı limitlə müqayisədə məhdud həcmdə (100-150 AZN arasında dəyişir) nağd pul çıxarışına icazə verir.
Bütün "Albalı” kart sahibləri bu zaman cəlb etdikləri vəsaitləri sonrakı 3 ay ərzində bərabər hissələrlə ödəyirlər. Nağdlaşdırma əməliyyatında tətbiq olunan bankın vahid komissiyası 5 faizdir. Əvvəla, müqayisə üçün bildirək ki, digər bankların taksit kartlarında komissiya faizləri aşağıdır. Beləliklə, "Unibank” bayramlarda, əlamətdar günlərdə sizi deyil, öz qazancını düşünərək nağdlaşdırmaya gedir. Bu zaman komissiya faizləri ilə barəbər gecikmədən də faiz tutur.
Gizli iqtisadiyyatın qarşısının alınmasına mane olur
Əslində "Unibank” bütün bunlarla təkcə müştərilərin cibinə girmir, eləcə də nağdsız ödəniş sisteminin inkişafına, gizli iqtisadiyyatın (alış-veriş plastik kartı ilə həyata keçirildikdə qarşı tərəf məcbur olaraq qəbz verir) qarşısının alınmasına mane olur. Belə ki, kartla ödəmənin "zəncirləmə” üstünlükləri var. Plastik kartdan istifadə - nağdsız ödənişlərin artması dövlətin pul çapına xərcini azaltmasına səbəb olur. Həmçinin inflyasiyanın qarşısını alır, eləcə də ticarəti canlandırır.Xüsusilə, faiz olmadıqda qərarsız müştərilərin alış-veriş qərarını tezləşdirir. Kredit kartları ilə bonus, kredit və digər kampaniyaların tətbiqi satışların artmasına gətirib çıxarır. ”Albalı”da nə aşağı faiz, nə də bonus var.
Kredit faizləri
MB-nın tələbləri sərtləşdirməsindən sonra kredit faizlərində endirim etdiyini aləmə car çəkən banklardan biri də "Unibank”dır. Bunun nə dərəcədə real olmasına diqqət edək.Bank hazırda maksimal 7500 manat (9600 dollar), minimal 300 manat məbləğində, 12 aydan 48 aya qədər nağd kredit təklif edir. Kredit üzrə komissiya 12 ayadək olan kreditlər üzrə kredit məbləğinin - 4% həcmində, 12 aydan yuxarı olan kreditlər üzrə kredit məbləğinin - 6% həcmində, vəsaitin nağd çıxarılmasına - köçürülməsinə görə komissiya 1% həcmindədir.
Faiz dərəcəsi 26-36 faiz, kreditlər üzrə faktiki illik faiz dərəcəsi minimum 22, 56, maksimum 43,36 faizdir. "Unibank”ın mikro-kreditləri üzrə də faizlər aşağı deyil. İstehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növü üzrə ayrılır. Kreditin minimal məbləği 200 (USD və EUR ekvivalentində də verilir), maksimal məbləği 30000 AZN-dir (USD və EUR ekvivalentində də verilir). Müddəti 12-36 aydır. Kredit prosedurlarına görə, komissiya haqqı kredit məbləğinin 1% həcmində və 1% nəğd pulun kassadan çıxarılması üçündür. Kreditin təminatı kimi daşınmaz əmlak, nəqliyyat vasitəsi, qızıl-zinət əşyaları, ev əşyaları, mal qalığı, avadanlıqlar, iri və xırda buynuzlu heyvanlar və ya kombinasiyası ola bilər. Kredit faizi 24-36 faiz, kreditlər üzrə faktiki illik faiz dərəcəsi minimum 32,38 faiz, maksimum 66,04 faizdir. Arayış üçün bildirək ki, faktiki illik faiz dərəcəsinə komisyon haqqı ilə illik faiz dərəcəsi daxil olur. Eyni zamanda, bankın rəsmi saytında komisyon haqq 4 faiz, qapısında 6-7 faiz təşkil edir. Göründüyü kimi, bank nəinki faizləri endirib, əksinə, yüksək faiz siyasəti yeritməkdədir.
Üzvlük kartı
Daha bir məqam. Bankdan minimum 500 AZN/ 625 USD kredit əldə edən müştərilərə üzvlük kartı rəsmiləşdirilir. "Unibank”dan verilən arayışa görə, "Üzvlük kartı” əldə etməklə müştəri banka üzv olur. Bununla da gələcəkdə müəyyən güzəştlər, banka getmədən kredit əldə etmək imkanı qazanır. İlk baxışdan ürək açan bu vədləri təcrübə ilə müqayisə edək. Məsələn, kartdan 300 manat çıxarış olduqda ələ gələn konkret məbləğ 285 manat təşkil edir. Ən maraqlısı isə ödəniş prosesindədir. Birinci ay 15 manat ödənirsə, ikinci ay borcun 296 manat olduğu bəlli olur. Bundan əlavə, müştəriyə göndərilən xəbərdarlıq mesajında bir rəqəm (15 manat), ödəniş terminalının manitorunda başqa rəqəm (21 manat) göstərilir.
"Unibank”dan şikayətlər
Böyük həcmdə istehlak kreditləri həm də problemli kreditin sayının çoxluğu deməkdir. Hansı ki, belə kreditlərlə bağlı "Unibank”ın fərqli yanaşması var. Məsələn, Gülşən Adıgözəlova adlı bankın keçmiş müştərisinin şikayətinə görə, 2008-ci ildə həyat yoldaşı bankdan kreditlə maşın alıb.
"Mersedes” markalı avtomobilin qiyməti mağazada 35 min manat imiş. Həmin maşın "Unibank”da girov qoyularaq, pulun 25 min manatını bank, 10 min manatını isə nağd şəkildə özləri mağazaya ödəyiblər. Ayda 800 manatdan 3 il müddətində banka anutet ödəmə edib: ” Məsələ burasındadır ki, bu 25 min manatın əvəzinə banka 32 min manat pul qaytarmalıydıq, ödəyə bilməyəcəyimiz təqdirdə isə maşınımızı əlimizdən alacaqdılar. Şərt belə qoyulmuşdu”. Sığortadan da şikayət edən vətəndaş bildirir ki, bu şirkətin rəhbərliyinə məxsus olan sığorta şirkəti onlardan1500 manat sığorta üçün pul alıb. Lakin maşınları vurulduğu zaman öhdəlikdən qaçıb. Şikayətçi bank tərəfindən aldadılaraq evlərinin neçə girova alındığını da qeyd edib: "Bankın işçiləri bizi məhkəməyə verməklə hədələyir, evimizi banka girov qoymağımızı istəyirdilər. Biz təzyiqlərdən, onların evimizə gəliş-gedişindən, yaratdıqları stresslərdən bezib, məcbur qalaraq təklif etdik ki, evimizi onlara girov qoyub pul götürək. Onlar bizə dedilər ki, evi girov qoyduğunuza görə sizə pul versək, onda maşından qalmış 15 min manat qalıq borcunuzu da cıxacağıq. Məcbur qalıb razılaşdıq. Nəticədə "Unibank” satış qiyməti 75 min manat olan evimizə cəmi 43 min manat qiymət qoydu. Krediti ödəmədiyimiz halda evimizi müsadirə etdilər”.
Bu arada bildirək ki, ödənilməyən kreditə görə, məhkəmə vasitəsiylə müştərinin ipotek edilmiş evinin müsadirə edilməsi bankın təcrübəsində birinci deyil. Mətbuat illərdir "Unibank”ın hüquqi ünvanlarının vaxtilə iş adamlarına məxsus olduğunu yazır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
|