İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham olundu - İLGİNC
Tarix: 2-04-2018, 08:58 | Çap et
“İctimai Nəzarət Koalisiyası”nın (İNK) sədri Rasim Məmmədov Gədəbəy İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun rayonda sahibkarlara qarşı hərəkətlərini sərt şəkildə tənqid edib. Koalisiya sədri bildirib ki, Ramiz Yediyarovun yerli sahibkarlara qarşı atdığı addımlar ölkə prezidentinin sahibkarlığa qarşı çağırışlarına ziddir, bir çox hallarda böyük qanunsuzluqlarla müşahidə edilir.
Rasim Məmmədov rəhbəri olduğu Koalisiyanın bir qrup üzvü ilə rayondakı durumu yerində araşdırmaq üçün Gədəbəyə yollanıb. Onun sözlərinə görə, Gədəbəy İcra Hakimiyyətinin rəsmiləri Koalisiya üzvlərinə qarşı özlərini məmur etikasına sığmayan tərzdə aparıblar. O, icra başçısını rayonu əşirət qanunları ilə idarə etməkdə suçlayıb. Bildirib ki, başçı rayonda sahibkarlara qarşı qanunsuzluqlar etməklə iş yerlərinin bağlanmasına nail olur, əhali arasında narazılıq yaradır. Rayonda baş verən qanunsuzluqlarla bağlı İNK rəsmi qaydada prezidentə, 1-ci vitse-prezidentə, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Dövlət Təhlükəsizilik Xidmətinə müraciət ünvanlayıb: “Gədəbəydə sadə və kasıb bir ailənin övladlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının qarşısı cinayətkarcasına dayandırılıb. 6 aya yaxındır ki, Gədəbəydəki sahibkarın fəaliyyəti haqda əksər sayt və qəzetlər yazıblar. Dövlət Təhlükəsizliyi Xidmətinin Gədəbəy şöbəsi, Rayon Prokurorluğu, bütün aidiyyəti qurumlar və orqanlar bu haqda məlumatlandırılıb. Ancaq Ramiz Yediyarov elə bir vəziyyət və şərait yaradıb ki, sahibkarın nəinki qapısı açılmayıb, sahibkar öz əmlakını, texnikasını içəridən götürə bilmir. Öz şəxsi mülkiyyətinə girə bilmir.
Bu gün bunu hər kəs görür. Bu gün ölkədə seçkidir. Xalq prezidenti dəstəkləyir. Hətta qapısı bağlanan sahibkar, evi uçurulan vətəndaş da prezidenti dəstəkləyirlər. Niyə görə bu məsələ öz həllini tapmır?
Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhülkəsizliyi Xidməti və digər qurumlar var. Baxın görün, bir ailənin, bir sahibkarın fəaliyyətinə iflic ediblər. 10 nəfər işçi, hansılar ki, orada işləyirdilər çörəksiz qalıb. Kommunal xərclər, vergilər ödənilmir. Bütövlükdə Azərbaycan mediası bu mövzunu işıqlandırır, amma buna reaksiya verilmir. Yüksək vəzifəli rəsmi şəxslərlə söhbətlərimdə bu məsələni demişəm və bu insanlar açıq-aşkar deyirlər ki, bizim Ramiz Yediyarova gücümüz çatmır, onlar dövlətə təzyiq edirlər. Yəni onlar artıq ölkənin prezidentinin verdiyi tövsiyə, tapşırıqları, xalqa olan münasibəti heç cürə dəyişmək istəmirlər. Köhnə qaydalarla, bürokratik əngəllərlə çalışırlar”.
Rasim Məmmədovun dediyinə görə, Ramiz Yediyarov İNK-in xanım üzvlərini təhqir etməkdən də çəkinmir: “İctimai Nəzarət Koalisiyasında şəhid anaları, milli qəhrəman anaları, tanınmış mətbuat nümayəndələri var. Ramiz Yediyarov iclasda utanmadan deyir ki, heç onları qoymadıq avtobusdan yerə düşsünlər, ayaqları torpağa dəysin. Deyib ki, Rasim Məmmədov küçə qadınalrının arxasında gizlənir. Mən buradan istəyirəm müraciət edəm. Bu gün bir dövlət məmuru, prezidentin səlahiyyətli nümayəndəsi, bir rayonun ağsaqqalı analara qarşı belə fikirlər işlətməsi hansı məntiqə sığır?”
İNK sədri Gədəbəy sakinlərinə müraciət edib: “Əziz Gədəbəy camaatı, sizin gözünüzün qarşısında bir ailəni bədbəxt edirlər. Hamımız da biganəyik. Biz Ramiz Yediyarovun ailəsinə, övladlarına hörmətlə yanaşırıq, onun səviyyəsinə düşüb heç kimin barəsində təhqir işlətmirik. Bildirmək istəyirəm ki, Azərbaycandan kənarda olanların əməlləri ilə Ramiz Yediyarovun əməllərində hansı fərq var?”
Rasim Məmmədov xaricdə olan bəzi şəxsləri şərəfsiz adlandırıb, deyib ki, bunu bilirlər: “Həmin şərəfsizlər Ramiz Yediyarov kimi məmurların əməllərinə görə yetişir. Ramiz Yediyarov, siz Bağırov qardaşlarını həmin o şəxslərə çevirə bilməyəcəksiniz. Bağırov qardaşları son nəfəsinə qədər prezidenti dəstəkləyəcəklər. Çünki onlar bilirlər ki, siz prezidentə xəyanət edən bir insansınız. Heç bir məhkəmə qərarı olmaya-olmaya, rüşvətlə topladığınız pulla Fəxrəddin Bağırovun dükanının qapı-pəncərəsini hördürmüsünüz. 6 aydır ki, onu vergi ödəməkdən qanunsuz olaraq məhrum etmisizniz. 10 vətəndaşı ac qoymusunuz. Sahibkarı borclandırmısıznız. Oradakı sement, şpaklyovka materialları zay olub, ən əsası sahibkar öz şəxsi mülkiyyətinə girə bilmir. Cənab prezidentin iqtisadiyat üzrə köməkçisi Natiq Əmirovun imzası ilə o adamlar sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Siz kimsiniz, Ramiz Yediyarov? Siz cənab prezidentin göstərişi, onun köməkçisi Natiq Əmirovun imzası ilə 7 ildir fəaliyyət göstərən sahibkarın işini iflic etmisiniz? Yoxsa bu adamları da Avropaya göndərmək istəyirsiniz? Sizin dövlətçilikdən bir xəbəriniz varmı? Sizin pul yığmaqdan, yer satmaqdan başqa hansı bir işini var?”
Gədəbəyə səfər edən İNK üzvləri olan xanımlar da icra başçısı Ramiz Yediyarovun qanunsuz əməllərini tənqid ediblər. Bildiriblər ki, prezident seçkilərindən sonra Ramiz Yediyarova qarşı mübarizələrini davam etdirəcəklər.
Qeyd edək ki, 2017-ci ilin oktyabrında Gədəbəyin icra başçısı Ramiz Yediyarov sahibkar Fəxrəddin Bağırovun obyektinin qapısını bağlatdırıb. Başçı sahibkarın obyektinin qarşısını daş tökdürərək qapı-pəncərəsini hördürüb. Bu haqda “Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında “Gədəbəyin icra başçısı ”Müsibəti-Fəxrəddin"i yenidən “yazır” http://musavat.com/news/gedebeyin-icra-bascisi-musibeti-fexreddin-i-yeniden-yazir-reportaj-fotolar-video_485354.html reportaj təqdim etmişdik. Sahibkarın işi iflic duruma salınıb, özünü isə rayondan didərgin salıblar. Sahibkar müxtəlif dövlət orqanlarına müraciət etməklə başçının qanunsuz əməllərinə son qoyulmasını, sahibkarlıq fəaliyyətinin davam etdirilməsinin təmin olunması üçün tədbirlər görülməsini xahiş edib. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
|