Məmurların jurnalistlərə qarşı yaratdığı süni BARYER - “Mənim nömrəmi haradan tapmısan”
Tarix: 17-04-2018, 09:49 | Çap et
Hər peşənin özünəməxsus çətinlikləri olduğu kimi, jurnalistikanın da müəyyən çətinlikləri var. Bu sahənin çətinliklərindən biri müsahiblərlə işləməkdir. Çünki zəng vurduğun insanın sənə necə cavab verəcəyini, nə cür münasibət göstərəcəyini bilmirsən. Müsahiblərlə danışan zaman ən çox rast gəldiyimiz sual "mənim nömrəmi haradan tapmısan” olur. Və bəzən bu suala cavab vermək çətin olur. Çünki əslində nə deyəcəyini bilmirsən. Axı nə önəmi var nömrəni haradan əldə etməyimizin? Nömrəni necə əldə etməyimiz haqqında müsahiblərə məlumat verməliyikmi, müsahiblərin bunu soruşmaq haqları varmı? Bu kimi suallara cavab tapmaq üçün ekspertlərə müraciət etdik.
"Sizin nömrənizin kiməsə verilməsi qadağan olunub ki?”
Mətbuat Şurasının idarə heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirir ki, jurnalistin nömrəni necə tapması önəmli deyil. Elə jurnalistin bacarığını göstərən amillərdən biri də müsahibini tapmaq üçün müxtəlif üsullardan istifadə etməsidir: "Hər hansı bir mövzu ilə əlaqədar olaraq araşdırma aparmaq jurnalistin peşə funksiyalarından biridir. İstər tibbi sahə, istər iqtisadi sahə olsun - fərqi yoxdur. Məsələ ilə bağlı həmin sahədə tanınan mütəxəssisə, ekspertə müraciət olunub, münasibəti öyrənilməlidir. O ki qaldı jurnalistin nömrəni haradan, hansı yolla tapmasına, bu elə də önəmli deyil. Çünki jurnalistin bacarığını göstərən məsələlərdən biri də onun müsahibini tapmaq üçün müxtəlif üsullardan istifadə etməsidir. Və o, bunu açıqlamaq məcburiyyətində deyil. Telefon nömrəsi elə bir əlaqə vasitəsidir ki, ondan hamı istifadə edə bilər. Məsələn, həkimlər. Həkimlərin nömrəsi hər kəsə açıq olmalıdır. Çünki onlara hansısa məsələ ilə bağlı münasibət öyrənmək üçün təkcə jurnalistlər zəng vurmur. Bəzən xəstələr də həkimə zəng vurub, nə isə soruşa bilər. Həkimlər bir çox hallarda onlara verilən sualdan yayınmaq üçün bu bəhanədən istifadə edirlər. Amma normalda jurnalistin məsələ ilə bağlı fikir öyrənmək, informasiya əldə etmək üçün mütəxəssisə, ekspertə müraciət etmə hüququ var. Bununla bağlı qanunda da bir qadağa yoxdur. Jurnalist peşə fəaliyyətini yerinə yetirmək üçün bu kimi vasitələrdən istifadə edə bilər”. Müsahibi jurnalistdən soruşanda ki "mənim nömrəmi haradan tapmısan”, bu zaman jurnalist də qarşılığında soruşmalıdır ki, "sizin nömrənizin kiməsə verilməsi qadağan olunub ki?” - deyən müsahibimiz həkim ekspertlərdən misal çəkərək məsələni izah etməyə çalışır: "Həkimlərin işlədiyi klinikada onlar haqqında bütün informasiyalar olur. Və istənilən şəxs həmin məlumatları əldə edə bilər. Hətta deyərdim ki, bir çox klinikaların tanıtım vərəqələri var. Bu həm klinikanın, həm də həmin həkimin reklamı üçün istifadə olunur. Yəni bu tip informasiyalar hər kəsə açıqdır. Belə sahələrdə çalışan insanların "mənim nömrəmi haradan tapmısan” sualını verməsi çox absurddur. Həmin şəxslərin peşələri bilavasitə tələb edir ki, onların nömrələri, adları, soyadları yayılsın. Bu həm də onların müştəri toplamasına kömək olacaq bir haldır. O insanlar anlamalıdırlar ki, onların nömrələrini tapmaq elə də çətin məsələ deyil. Yəni bu, dövlət sirri və ya təhlükəsizlik orqanlarından hansısa birinin nömrəsi deyil ki, onu haradan əldə etmisən sualı yaransın. Həkim, müəllim və ya populyar bir şəxs olsun - fərqi yoxdur. Bu kimi insanların məlumatları asan tapılandır”.
Bu məsələlər qanun çərçivəsində tənzimlənir
Mətbuat Şurası sədrinin müavini, media eksperti Müşfiq Ələsgərli bunun geniş yayılmış bir məsələ olduğunu və həlli üçün daim qabardıldığını qeyd edir: "Müsahiblər əsas olaraq iki qrupa bölünür: ictimaiyyətə açıq olanlar, yəni açıq olmalı olanlar və təsadüfi şəxslər. İctimaiyyət üçün açıq olmalı olan şəxslər də iki yerə bölünür. Bəziləri konkret hansısa bir təşkilatın, özəl və ya dövlət qurumunun təmsilçiləri, bəziləri isə ekspertlərdir. Əgər bu insanlar hər hansı bir qurumun təmsilçisidirlərsə, daim ictimaiyyətə açıq olmalıdırlar. Bunların tövsifi həm "İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikası Qanununda, həm də KİV haqqında olan qanunvericilikdə göstərilib. Xüsusi olaraq informasiya verməli olan şəxslərin tərifi "İnformasiya əldə etmək” haqqında qanunda var. Yəni bu şəxslər ya özləri informasiyanı verməli, ya da onların seçdiyi məsul bir şəxs bu işlə məşğul olmalıdır. Həmin şəxs isə ya ictimaiyyətlə əlaqələr, ya da mətbuat şöbəsindən ola bilər. Bu qurumlar ictimaiyyətlə işləyirlərsə, auditoriyaları ictimaiyyətdirsə, deməli, insanları maraqlandıran suallara açıq olmalıdırlar”. Bu kimi mələlərin qanun çərçivəsində tənzimləndiyini qeyd edən həmsöhbətimiz deyir ki, ictimaiyyətlə işləyənlərin nömrələri daim açıq olmalıdır: "Fərqi yoxdur, zəng vuran jurnalistdir, ya vətəndaşdır. "İnformasiya azadlığı” haqqında qanun təsadüfi qəbul olunmayıb. Çünki indi informasiya almaq və yaymaq təkcə jurnalistlərin monopoliyasında deyil. Yəni istənilən vətəndaşın ictimaiyyətlə işləyən quruma sual verib, cavab almaq hüququ var. Və bu, qanunla da təsdiq olunub. Vacib deyil ki, informasiya verən mütləq həmin qurumun rəhbəri olsun. İctimaiyyətə məlumat verəcək bir məsul şəxs seçib bu işi ona tapşıra bilərlər. Və həmin adam da məlumat verməyə borcludur. Amma əgər jurnalist informasiya vermək üçün seçilən şəxslə yox, birbaşa olaraq qurumun rəhbəri ilə danışmaq istəyirsə, o zaman məsələ bir az mübahisəli olur. Və onu da qeyd edim ki, qanunda məcburi olaraq birinci şəxsin verməli olduğu informasiya, bir də mətbuat xidmətinin verməli olduğu informasiyalar göstərilir. Yəni bu şəxslər bilməlidirlər ki, ictimaiyyətlə işləyirlərsə, onlara zəng vuran şəxsə də məlumat verməlidirlər”.
"Bu məsələdə jurnalistlərin qınanmağının tərəfdarı deyiləm”
Ekspert məsələsinə gəlincə isə, bir sıra sahələrdə ekspert qıtlığı yaşandığını deyən Müşfiq bəy bunun jurnalistlər üçün ciddi problem yaratdığını deyir: "Nəzərə almaq lazımdır ki, jurnalistlər başqa xəbər istehsalçılarından fərqli olaraq yazı hazırlayarkən mütləq mütəxəssis rəyi almağa çalışırlar. Və ekspertlər az olduğundan, eyni adama olan zənglərin sayı çox olur. Bu da təbii olaraq onlarda narahatlıq yaradır. Amma həmin şəxslər öz sahəsində ixtisaslaşıbsa və informasiya vermək onların öhdəliyinə qoyulubsa, onlar gözləməməlidir ki, yüzlərlə jurnalist onlara zəng vursun. Bir hadisə baş veribsə, bu sahə üzrə ixtisaslaşmış qurum və ya ekspert məsələ ilə bağlı mövqeyini dərhal hazırlayıb, operativ şəkildə sosial şəbəkə profilində yayımlamalıdır. Yaxud da bir press-reliz hazırlayıb mətbuat orqanlarına göndərməlidir. Gözləməməlidir ki, kimsə zəng vursun. KİV qurumları da 1 deyil, 2 deyil, yüzlərlədir. Hamısı birdən zəng vuranda narazılıq yaranır. Və bu məqamda yenə də məsələnin kökü gedib qanuna çıxır. Qanunda göstərilir ki, ictimaiyyətlə işləyən qurumların mütləq onlayn resursları olmalıdır. Onlar baş vermiş və ya baş verməsi gözlənilən hadisələrə dair öz rəylərini hazırlayıb həmin onlayn resurslarda yaymalıdırlar. Amma təəssüf ki, bir çox qurum bu deyilənləri etmir. Ona görə də bu məsələdə jurnalistlərin qınanmağının tərəfdarı deyiləm. Jurnalistin işi başqalarından fərqli olaraq informasiyanı araşdırıb, dəqiqləşdirib sonra paylaşmaqdır. Və dövrümüzdə informasiyanın operativ, sürətli şəkildə yayıldığını nəzərə alaraq ekspertlər, ictimaiyyətlə işləyən qurumlar situasiyaya uyğunlaşmalıdır. Onlar düşünməlidirlər ki, necə edək ki, jurnalist axtardığı məlumatı vaxtında əldə edə bilsin”. "Şəxs ekspertdirsə, mütəxəssisdirsə, ictimaiyyətə qapalı ola bilməz”
Media eksperti, hüquqşünas Ələsgər Məmmədli deyir ki, əgər bir şəxs cəmiyyətdə mövqeyinin əks olunmasını istəyirsə, bu zaman telefon nömrəsinin və ya ona aid olan başqa bir əlaqə vasitəsinin gizlədilməsində yox, tam əksinə, yayılmasında maraqlı olacaq: "Və ona zəng vuran zaman da, sizə "mənim nömrəmi haradan əldə etmisiniz” sualını verməyəcək. Bu şəxs ekspertdirsə, mütəxəssisdirsə, ictimaiyyətə qapalı ola bilməz. Əgər həmin adam bu və ya digər formada mövqeyinin mətbuatda getməyini istəmirsə, onda işlədiyi sahə üzrə heç bir halda fikir bəyan etməsin. Və jurnalistlər də cəmiyyətdə fikri maraqlı olmayan şəxsləri müsahib kimi seçməzlər. Daha çox elə insanları seçirlər ki, onların fikirləri ictimaiyyətə maraqlı olsun. Yəni dolayı yolla desək, müsahib kimi seçilən şəxslər ictimai fiqurlardır. Və ictimai fiqur, ictimai xadim olan şəxslərin də kommunikasiya vasitələri gizli deyil, açıq olmalıdır. Danışmaq istəyən onsuz da heç bir bəhanə gətirmədən danışacaq. Həmin adamın nömrəsinə jurnalist zəng vurubsa, demək ki, həmin nömrəni haradansa əldə edib. Və o şəxsə bildirmək lazımdır ki, siz nömrəni kiməsə verməsəniz, onu qətiyyən əldə etmək olmaz. Demək ki, nömrə sizin iradənizlə yayılıb. Nömrəsini kiminsə bilməsini istəməyən, onu heç kimə verməz. Bu da mümkün olan bir şey deyil. İstənilən halda nömrə yayılır”. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|