“Sosial evləri” gözdən salan FIRILDAQ - GİLEY
Tarix: 31-05-2018, 09:14 | Çap et
Sosial ev sahibi olmaq istəyən Binəqədi rayon sakini özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) əməkdaşı kimi təqdim etmiş şəxs tərəfindən aldadılıb.
Bu iddia ilə bağlı “Cümhuriyət” qəzetinə müraciət edən Müslüm Quliyev başına gələnləri ictimailləşdirməklə başqalarının da bu məsələdə daha ehtiyatlı davranmalarını istəyib. Şikayətçi qeyd edib ki, sosial binadan mənzil almaq üçün əmlakla bağlı elanlardan Könül Kərimovanın koordinatlarını tapıb. Xanım özünü MİDA-nın əməkdaşı kimi təqdim edərək Müslüm Quliyevdən ev təşkil edilməsi qarşılığında ilkin ödəniş kimi 1000 manat tələb edərək məbləği köçürmək üçün kart hesabı verib:
“Könül Kərimova məndən lazım olan sənədləri tələb etdi və sosial evlərin satışının bitməsinə az müddət qaldığı üçün tələsdirdi. Bilirdim ki, evlərin satışa çıxarılması mayın 18-də baş tutacaqdı. O, mənə mənzil vəd verəndə anladım ki, qarşılığında nəsə etməliyəm. Ümumiyyətlə, hər kəs bilir ki, qarşılıq üçün “hörmət” rol oynayır. Miqdarını soruşdum. 1000 manat olduğunu dedi. Evin ilkin ödənişi 6530 manat edir. Xanım bildirdi ki, 1000 manat ilkin ödənişin 10 faizini təşkil edir. Vəd etdi ki, bizi növbəyə salacaq və asan imza kartı verəcək. Evdən bütün sənədləri topladıq və bankdan rekvizit kartı aldıq.
Görüşəndə Könül xanım dedi ki, rekvizit kartını və şifrəsini mənə verəcəksiz, məbləği isə içinə yükləyəcəksiz. Amma evi hələ ki görmək olmaz. Yaxın qohumumla bu məsələni müzakirə etdik. Məsələni biləndən sonra qohumum o xanımın konkret dələduz olduğunu dedi. Verdiyi hesab nömrəsini yoxladıq, düzgün deyildi. Özünə dedik, bu dəfə hesabının fotosunu çəkib atdı və məbləği ora köçürməyimizi istədi.
Yenidən yoxlayan zaman məlum oldu ki, hesab kartı heç kimin adına deyil. Yəni sadəcə depozit hesabıdı və heç kimin də adına deyil. Kart kimdədirsə, istədiyi yerdən pulu çıxarıb xərcləyə bilər. Bu məsələnin fırıldaq üzərində qurulduğunu zənn edib Könül xanımdan sənədlərimizi tələb etdik. O, isə sənədləri verməyəcəyini və görüşmək istədiyini bildirdi. Razılaşdıq ki, “Gənclik” metrostansiyasının yanında görüşək. 2 saatdan çox gözlədim, gəlmədi, əlaqə saxladım, bu dəfə məni “20 Yanvar” metrostansiyasına çağırdı. Orada da 4 saatdan çox gözlədim, amma eyni vəziyyət burda da yaşandı. Dəfələrlə əlaqə saxladım, nömrəmi əngəllədiyinin fərqinə vardım. İş elanlarından digər nömrələrini əldə etdim və yazışma ilə sənədlərimin gətirilməsini tələb etdim. İndiyədək sənədlərimi ondan ala bilmirəm və o sənədlərin aqibətindən də xəbərim yoxdur”.
Şikayətçi qadın makler barədə araşdırmalar aparıb. Məlum olub ki, o, çoxlarına ev vəd edib: “Ev alqı-satqıları ilə bağlı elanlarda yalnız bu xanımın adını görmək olar. Ən çox Günel adı ilə qeydiyyatdadır. Amma elanda Günelin əlaqə bölməsində Könül Kərimovaya məxsus nömrələr yer alır. Açıq-aydın görünür ki, bu qadın “moşennik”dir. İndi mən “atlı olmuşam, o piyada”. Nə onu tapa, nə də sənədlərimi ala bilirəm. İstəyirəm ki, bu məsələ mətbuatda dərc olunsun və məndən başqaları aldanmasın. Düzdür, maddi ziyan çəkməmişəm. Amma kimlərsə bu məsələdə aldana bilər. Çünki bu qadın konkret olaraq bəladır”.
Şikayətçinin sözlərinə görə başına gətirilənlərdən sonra Mənzil İnşaatı Dövlət Agentliyinə rəsmən müraciət edib. MİDA-dan ona bildirilib ki, qurumun Könül Kərimova adlı əməkdaşı yoxdur və istənilən məsələdə ona hüquqi yardım göstərməyə hazırdırlar.
Müslüm Quliyev Könül Kərimova barədə dələduzluq faktı ilə bağlı Xətai rayon Polis Bölməsinə müraciət edib və sözügedən xanımla yazışmalarını onlara təqdim edib. Polis Bölməsindən isə ona bildirilib ki, şikayətçinin əlində maddi dəlil olmadığından məsələ nəzarətə götürülmür.
Barəsində səsləndirilən iddialarla bağlı Könül Kərimovanın mövqeyini almaq üçün onunla əlaqə yaratdıq. O, Müslüm Quliyevi tanımadığını, onunla hər hansı yazışma və ya kontaktda olmadığını dedi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
|