Ona söz deyən yoxdur... - GİLEY
Tarix: 16-03-2020, 10:13 | Çap et
Arif Seyidov Göygölə 2007-ci ildən icra başçısı təyin olunub. Onun 13 ilə yaxın fəaliyyəti dövründə rayonda heç bir irəliləyiş olmayıb.
Göygöl kimi səfalı bölgəmiz problemlər içində boğulmaqla bərabər, qanunsuzluqlar, saxtakarlıqlar, mənimsəmələr rayonu başına alıb.
Bu barədə rayon sakinlərindən biri facebook-da video müraciətində açıqlayıb. O, A.Seyidova ağır ittihamlar səsləndirərək, Göygölü talamaqda, maliyyə rəisi Oqtay Əliyevlə əlbir olmaq büdcə vəsaitlərini çırpışdırmaqda günahlandırıb.
Göygöl sakini video müraciətində qeyd edir ki, Ağstafanın həbs edilən icra başçısı Nizaməddin Quliyev kimi Arif Seyidovun da əməlləri araşdırılmalı, həbs olunmalıdır.
Onun sözlərinə görə, bu illər ərzində icra başçısının missiyası yaxın adamlarını, qohumlarını ətrafına toplamaq, onlara vəzifələr paylamaq, Göygöl İH-ni ailə podratına çevirmək olub. Başçı müavini Kəmalə İbrahimova ilə həyat yoldaşının onun yaxın adamları olduğu, hətta Fikrət adlı 70 yaşlı qudasına vəzifə verdiyi bildirilir.
Video çıxışında Göygöl sakini qeyd edir ki, icra başçısı onu qəbula gedərkən qapıdan qovub, həbslə hədələyib, mərkəzi hakimiyyətə yazdığı şikayətlərə görə təhdid edib.
"Arif Seyidov bu dövr ərzində müxtəlif vəzifələrdə işləyənlərin yerlərini dəyişsə də, maliyyə müdiri Oqtay Əliyevə toxunmayıb.
Çünki rayondakı yeyintilərdə maliyyənin xüsusi yeri var. Bu gün Arif Seyidov Göygölü talan edib, torpaqlarını satıb, böyük pullar mənimsəyib”.
Onun dediyinə görə, Göygölün icra başçısı prezident İlham Əliyevə rayona içməli su verildiyini məruzə edib:
"Amma mən palçıqlı su gəldiyini sübut etdim, bu haqda yazdım. Deyilənə görə, bundan sonra Arif Seyidov möhkəm sıxışdırılıb, vəziyyətdən çıxmaq üçün yuxarılarla dil tapıb ki, bu iş ört-basdır olsun”.
KİV-də yayılmış xəbərlər də rayon sakininin dedikləri ilə üst-üstə düşür. dia-az.life yazmışdı ki, Göygöldə başçının qəbuluna düşmək çox müşkül məsələdir.
Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar.
Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan anti-korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğunu hamı bilir.
Eyni zamanda məlum olur ki, dövlətin külli miqdarda əmlakı mənimsənilib və əlbəttə ki, bütün bunlar icra hakimiyyəti başçısının himayəsi altında baş verir.
İcra başçısına məxsus olduğu deyilən mal-heyvanın videosu sosial şəbəkələrdə yayılıb. Kadrda danışan yerli sakinin sözlərinə görə, videodakı ərazilər A.Seyidov tərəfindən zəbt olunub, otlaqlar onun fermer təsərrüfatına xidmət edir.
Sakinlər bildirirlər ki, örüş sahələrini ələ keçirən icra başçısının fəaliyyəti araşdırılmalıdır. Onun vəzifəsi İH rəhbəri olaraq yerli camaatın problemləri ilə maraqlanmaq, Göygöldə yerli idarəetmə strukturunun başında olmaqdır. Amma icra başçısı fermerə çevrilib, mal-heyvan saxlayır.
Gundemxeber.Az xəbər verir ki, Göygöl camaatı A.Seyidovun otlaqları "işğal” etdiyini bildirirlər. Bu azmış kimi, rayonda fermerlərin başına oyun açır, onlardan "haqq” alır.
Prezident onu icra başçısı təyin etməyib ki, otlaqları ələ keçirsin, mal-heyvan saxlasın. Dünyanın hansı ölkəsində əyalət başçısı məmur özünə hörmət qoymayıb qoyun-quzu təsərrüfatı açar?
A.Seyidov isə insanları o həddə çatdırıb, otlaqları özünküləşdirərək narazılıq yaradıb ki, artıq məsələ sosial şəbəkəyə çıxır, video kadrlar yayılır.
"Göygöl rayonunun icra hakimi Arif Seyidov məndən 10 min manat pul istədi. Pulum olmadı verməyə, torpağı başqa adama satdı. Anam, yoldaşım, qaynanamın hamısının yanında məni söydü" - Göygöl rayonu Hacıməlik qəsəbəsindən Muraz kəndli fermer təsərrüfatının müdiri Mahir Tağıyev bir neçə il qabaq şikayətində belə demişdi. Yəni, bu, bir təsdiqdir.
Göygöl rayonu məmur tapdağı altında inildəyir. Ərazilər qarış-qarış satılıb, torpaqlar məmurlar arasında bölüşdürülüb.
Deyilənə görə, A.Seyidov Gəncənin keçmiş icra hakimi Elmar Vəliyevə böyük ərazilər, torpaqlar, Hacıkənddə hektarlarla massiv bəxşiş edib
A.Seyidovun özünə məxsus isə Aşıqlı, Toğanalı, Hacıkənd, Mixaylovka kəndlərində evləri var. Şəhər bələdiyyəsi Mikayıl Hacıyev sayəsində Göygöldə bir qarış torpaq qalmayıb.
Bir müddət əvvəl də Arif Seyidovun oğlu Samir Seyidovun dəbdəbəli həyatı sosial şəbəkələrin əsas mövzusu oldu.
Samir Seyidovun şəxsi profilində paylaşdığı görüntülərdən aydın olur ki, bahalı avtomobillər, hədiyyələr, əyləncə həyatı məmur oğlu üçün adi haldır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|