Narazı sakinlər Məhərrəm Novruzovu ifşa etdi - QALMAQAL
Tarix: 1-04-2020, 09:47 | Çap et
Bir neçə gün öncə “Bağçalı Evlər” MTK-nın sahibi Məhərrəm Novruzovun əməlləri və şirkətin tikdiyi “Qurtuluş-93” yaşayış kompleksində baş verənlərlə bağlı yazı dərc etmişdik. “Hacı Məhərrəmin “Qurtuluş”unda səbr kasası daşır: vətəndaş intihar həddinə çatdı” başlıqlı yazı ilə bağlı M.Novruzov və şirkətin rəhbərliyi normal rəsmi mövqe açıqlamaqdansa redaksiyanı və yazı müəllifini təhdid etmək yolunu tutdular. Bildirək ki, daxil olan şikayətdə yaşayış kompleksində məzillərin qazlaşdırılmaması və evin pulunu tam ödəməsinə baxmayaraq yüzlərlə sakinin hələ də tam əmlak sahibliyi hüququnun olmaması, onların çıxarışla təmin olunmamasından bəhs edilirdi. Maraqlıdır ki, “Qurtuluş-93″dən şikayətlərin əsassız olduğu deyilib. Polemika.az-a verilən açıqlamada bildirilib ki, hazırda ərazidə qaz çəkilişləri gedir. “Harda görülüb ki, qaz çəkilmədən kupça verilsin? Camaat sadəcə bir az səbrsizdir. 3 aya qazlaşdırılma tam başa çatacaq, bundan sonra sakinlərə kupça veriləcək”. “Qurtuluş-93″dən olan sakinlər isə ünvanladıqları yeni şikayətdə durumları haqda ətraflı bəhs ediblər: “neçə illərdir QURTULUŞ 93 yaşayış kompleksində yaşamağımıza baxmayaraq burada sakinlər sanki feodal dövründə olduğu kimi mavi qaz üzünə həsrət qalıblar. Gündəlik tələbatlarımızı ödəmək üçün istifadəsi nə qədər təhlükəli olsa da balon qazlarından istifadə edirik. Hər ay ışıq puluna verdiyimiz məbləğlər, müxtəlif kommunal xərclərə və avtobusun həddən artıq gec gəlməsi səbəbindən məcburiyyət qarşısında işə gecikməmək üçün taksilərə verdiyimiz pullarla şəhərin istənilən yerində kirayə qala bilərik. Biz özümüz öz evimizdə kirayə yaşamağa məhkum edilmişik. Bu günkü dövrdə hətta ucqar kəndlərə qaz çəkildiyi halda bizim düşdüyümüz durum biabırçılıqdır. Evlərdə istifadə edilən qaz balonlarının həddən artıq təhlükəli olduğunu bütün ailələrimizin təhlükədə olduğunu bilə-bilə əksəriyyət sakinlər bu balonlardan istifadə edir. Bu səbədən qaz balonlarının sızması və partlaması səbəbindən bir-neçə mənzil yanıb kül olub. QURTULUŞ 93 yaşayış kompleksinin ətrafında olan digər şirkətlər isə tikdirdikləri binaları qazla təmin ediblər, hətta hər bir sakinin evinə kupça-çıxarış veriblər. Lakin biz dəfələrlə rəhbərliyə müraciət etməyimizə baxmayaraq hər dəfə bu il ”“gələn il deməklə bizi yalançı vədlərlə aldadırlar. Hər dəfə bizə ev satan şəxslər səbəb onu gətirirlər ki, binalara qaz çəkmək üçün əlaqədar təşkilatlar guya onlardan külli miqdarda pul istəyir. Biz həmin əlaqədar təşkilatlardan (şəxslərdən) xahiş edirik bizə qaz çəkilməyinə köməklik edin. İş olanda birdən olur. Kustar üsulla düzlədilmiş heç bir təhlükəsizlik standartlarına cavab verməyən qaz balonlarından istifadə etməklə gələcəyimiz olan övladlarımızı və ailəmizi böyük təhlükə qarşısında qoymuş oluruq. Tikilən binaların dövlət komisiyasına təhvil verilməməsi aldığımız evlərin gələcəkdə kupça-çıxarış məsələsinin necə olacağına böyük sual yaradır. Heç kim fikirləşmir ki, bu qədər bina tikib satmışıq, fantastik pullar qazanmışıq, ancaq bunun qaz çəkilişini, nəqliyyat məsələsini və gələcəkdə hər bir mənzilin kupça-çıxarış məsələsini necə həll edəcəyik… Hörmətli redaksiya, problemlər bitməklə qurtarmır. Belə ki, “Qurtuluş 93 yaşayış kompleksi”ndə camaatın istirahəti üçün nəzərdə tutulan parkın ərazisində restoran, çayxana, “moyka” və s. müxtəlif mağazalar tikməklə camaatın istirahətinə qənim kəsiliblər. Açıq havada fəaliyyət göstərən restoran və çayxanalarda müxtəlif səviyyəli insanlar küçə söyüşlərindən istifadə etməklə ətrafda böyük səs-küy yaradırlar. Utandığımızdan arvad – uşağın parka çıxmasına icazə vermirik. Haqq ədalət naminə qeyd etməliyik ki, Abşeron rayonuna təzə təyin edilən icra başçısı parkın ərazisində tikilən 2-3 dükanı sökdürməklə təqdirə layiq addım atdı, camaatda böyük ümid yarandı ki, parkın qanunsuz zəbt olunmuş ərazisi tamamilə təmizlənəcək, lakin sonradan bu işin davamı gəlmədi. Qarşıdan isti yay günləri gəlir, parkın ətrafında fəaliyyət göstərən kafe və restoranlardakı səs-küy, bişirilən kababın tüstüsü bilavasitə evimizin içərisinə dolmaqla evimizdə normal istirahətimizin pozulmasına gətirib çıxaracaq”. Masazır qəsəbəsindəki “Qurtuluş-93” yaşayış kompleksinin sakinlərini həmçinin ərazidəki sahibsiz itlər təngə gətirib. Vətəndaşlar sahibsiz itlərin ərazidə yaşayan insanlara göz açmağa imkan vermədiyini deyir: “Səhər binadan çıxanda sakinləri ilk qarşılayan it sürüsü olur. Binaların, əsasən, azyaşlı sakinləri tez-tez itlərin hücumuna məruz qalır. Dəfələrlə kompleksin komendantına bildirilsə də, sahibsiz itlər ortalıqdan yığışdırılmır. Biri ölməsə, biri dirilməz. Gərək bu itlər bir-iki uşağı qapsın, ölüm-itim baş versin, ondan sonra əl-ayağa düşsünlər”. Sakinlər sahibsiz itlərin artmasını ərazidə zibilliklərin çoxalmasıyla əlaqələndirirlər. İtlər daha çox zibillik ətrafına toplaşır. Zibilliklərin yaxınlığından ötüb keçmək təhlükəli olub. Onu da bildirək ki, M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən My Beach adlı çimərlikdə yaşanan dərəbəylik və soyğunçuluq haqda reportajlar dərc edib. Həmin məlumatlara istinadən bildiririk ki, Qeyd edək ki, həmin komplekse çimərliklə yanaşı həm də restoran aiddir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|