Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir... - İDDİA
Tarix: 15-05-2020, 11:26 | Çap et
Uzun müddətdir ki, Azərbaycanda internetin baha olması vətəndaşları narahat edir. İnternetin baha olması səbəbi ilə vətəndaşlar nisbətən ucuz qiymətə olan aşağı sürətdən yararlanmalı olurlar. Bu zaman da bir sıra problemlər ortaya çıxır. Məsələn, ölkədə elan edilmiş xüsusi karantin günlərində şagirdlər və tələbələr onlayn dərslərdə iştirak etmirlər. İnternetin baha olması səbəbi ilə bəzi şəxslərin evində, ümumiyyətlə, internet yoxdur, digərlərində zəif sürətli olduğu üçün onlayn dərs zamanı qırılmalar tədris prosesinə mane olur. Bəs, ölkədə internet niyə bahadır? Bu yüksək qiymət hansı amillər əsasında təyin edilib? Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz vəziyyəti AYNA-ya belə şərh edib: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tez-tez açıqlamalar verir ki, bu, açıq bazardır. Guya, internet bazarı sərbəstdir və qiymətləri bazar müəyyən edir. Mən düşünürəm ki, onların bu açıqlamaları reallığı əks etdirmir. Bu, qeyri-ciddi açıqlamadır. Ona görə ki, Azərbaycanın internet bazarında dövlətin xüsusi çəkisi yüksəkdir. Ölkədə internet bazarının, təxminən, 65 fazi dövlət provayderlərinin nəzarətindədir. Məsələn, “Aztelekom”, “Baktelekom”, “Azercell”. Bunların pərakəndə internet bazarında payı 65 faizdən yuxarıdır. Belə nəticə çıxır ki, internet bazarı dövlətin inhisarındadır və qiyməti də dövlət diqtə edir”. “Vaxtilə özəl “Delta Telekom” şirkəti bildirmişdi ki, provayderlərə satılan internetin qiymətini 70 faiz endirmək istəyir və provayderlərdən də qiymətin endirilməsini istəyir. Özəl provayderlər bununla razılaşdı, amma dövlət provayderləri razılaşmadı. Yəni dövlət provayderləri ucuz internet alıb qiyməti aşağı salmağa razı olmadılar. Böyük biabırçılıqdır bu. Bu, bazarda inhisarçılığı qoruyub saxlamaqdır. Hansı ki, dövlət bunun əksini etməli idi. Bazarı tənzimləyən qurum daha liberal, daha şəffaf, daha sərbəst rəqabətli mühit yaratmalı idi. Biz bunu görmədik. Bu, olmuş bir hadisədir. Mən hesab edirəm ki, internetin baha olmasında birbaşa günahkar Nazirliyin özüdür və onun nəzarətində olan üç provayderdir”, - müsahibimiz deyib.
Gündüzün sözlərinə görə, özəl provayderlər də dövlətin resurslarından istifadə etdiklərinə görər özbaşına qiymət endirməkdə maraqlı deyillər, əlavə təzyiqlə üzləşib başlarını ağrıtmaq istəmirlər: “Hökümət bunun fərqində olmalıdır və yuxarı orqanlar buna reaksiya verməlidir. Qiymət heç bir amildən asılı olaraq baha deyil, sadəcə Nazirliyin provayderləri belə istəyir. Azərbaycan internetinin tarixi göstərir ki, bizim internetdə qiymət endirimi iki halda mümkün olub: ya özəl provadeylər qiyməti endirib, ya da dövlət provayderləri. İndiki halda isə özəl provayderlər endirmək istədi, dövlət provayderi bunu blokadaya aldı”. İnternetlə bağlı əhalini narahat edən başqa bir məsələ də var ki, aylıq abunə haqqı, adından da göründüyü kimi bir ay üçün ödənilir. Məsələn, 20 manatlıq internet istifadə edən şəxs bir aylıq istifadə üçün həmin 20 manatı ödəyir. Provayderlərin hər ayın ilk həftəsində ödənişlərin tələb edilməsi ilə bağlı qərarı isə vətəndaşın pulunun mənimsənilməsinə səbəb olur. Məsələn, hər hansı səbəblə aylıq ödənişi gecikdirib aprel ayının 28-i ödəniş edən vətəndaşın inteneti may ayının 6-da kəsilir və ondan növbəti ayın ödənişi tələb edilir. Lakin vətəndaş 20 manat ödədiyi halda cəmi 8 gün internetdən istifadə edib. Belə olan halda vətəndaş nə etməlidir? Osman Gündüz bu barədə sualımızı da cavablandırıb: “Bunlar müqavilə ilə tənzimlənən məsələlərdir. Gərək vətəndaş operatorla müqavilə bağlayanda bunları nəzərə alsın. Əgər müqavilədə başqa şərtlər nəzərdə tutulubsa və provayder açıq-aşkar onu informasiya blokadasına alırsa, onun internetini kəsirsə, bu, qanuna ziddir. Belə olan halda vətəndaş dərhal yuxarı orqanlara və məhkəməyə müraciət edə bilər”. Ekspert yaxın keçmişdə İlan Mask tərəfindən kosmosa göndərilən və yaxın gələcəkdə dünyanın hər yerində sürətli interneti əlçatan edəcəyi gözlənilən “Starlink” peykləri ilə bağlı məsələyə də toxunub: “Bu peyklər internet dövrü üçün yeni mərhələ olacaq. Müxtəlif ölkələrdə buna müxtəlif cür reaksiyalar var. Nəhəng şirkətlər var ki, bu layihəyə böyük yatırımlar ediblər və bu, onu göstərir ki, onların niyyəti ciddidir. Yaxın perspektivdə internetə əlçatımlılıq, internetə giriş imkanları dəyişəcək. Ümumiyyətlə, yeni bir mühit formalaşacaq. Sadə dildə desək, internet daim göydən asılı vəziyyətdə olacaq və sən əlini uzatsan, çatacaq. Digər tərəfdən, yerdəki avadanlıqlar ona cavab verə bilməlidir. Məsələn, telefon, kompüter elə istehsal edilməlidir ki, həmin interneti qəbul edə bilsin”. “Hələlik, bu peyk internetinə əlçatımlılıq necə olacaq, hansı texnologiya ilə əldə ediləcək, milli hökümətlər buna nə reaksiya verəcək, bilmirik. Bizim ölkədə dövlət başçısının açıqlamaları ondan ibarətdir ki, internet üzümüzə açıqdır, sərbəstdir. Ona görə də bu peyk internetinə hansısa məhdudiyyətlər qoyulacağını gözləmirəm. Çünki ali rəhbərliyin iradəsi ondan ibarətdir ki, internet inkişaf etməlidir, genişlənməlidir. Mən xatırlayıram ki, dövlət başçısı naziri qəbul edəndə orada internetin keyfiyyəti ilə bağlı xüsusi bir vurğu etmişdi. Orada görünürdü ki, Prezident də internetin keyfiyyətindən narazıdır. Eyni zamanda, bizdə bir başqa layihədə var ki, internetin inkişafına kömək edəcək. “Azərtelekom”un layihəsinə əsasən, Xəzərin altı ilə Türkmənistana və Qazaxıstana böyük xətlər çəkiləcək və bu da Azərbaycanda internetin inkişafın xeyir verəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
|