Kasıblara təkcə taksiyə minmək yox, övlad sahibi olmaq da qadağan edilməlidir... - Bu qiymətlərə qatlanmaq hər oğulun işi deyil...
Tarix: 12-09-2020, 11:49 | Çap et
Pandemiya ilə əlaqədar Azərbaycanda bir çox sahələrdə, eyni zamanda özəl xəstəxanaların doğum evlərində də qiymət artımı müşahidə olunur. Belə olan halda sual ortaya çıxır: axı doğum evləri digər fəaliyyət sahələrindən fərqli olaraq heç zaman fəaliyyətini dayandırmayıb və bu təxirəsalınmaz proses olduğu halda qiymət artımına nə səbəb olub?
Öncə qiymətlər haqda.
Sputnik Azərbaycan bir neçə özəl xəstəxanada doğum və qeysəriyyə qiymətlərini öyrənməyə çalışıb. Bakıda bu gün özəl xəstəxanalarda doğum və qeysəriyyyə qiyməti sadə paketlə 1200-1600 manat arasında dəyişilir. Belə ki, öncəki illərdə doğum üçün qiymət 800-900 manat, qeysəriyyə üçün qiymət isə 1100-1300 manat arasında idisə, hazırda bu rəqəm artıb. Xəstəxanalardan isə bildirilir ki, qiymətin artma səbəblərindən məlumatsızdırlar. Özünü və övladını özəl xəstəxanalara etibar edən analar isə yaranmış durumdan narahatdırlar. Təbii doğuş və qeysəriyyə əməliyyatından çıxan zahıların xəstəxanada qalma müddəti azaldılsa da, yəni onlara çəkilən xərclər azalsa da, qiymət əksinə olaraq artıb. Belə ki, öncələr təbii doğuşdan çıxan qadın 2 gecə + yarım gününü xəstəxanada keçirirdirsə, indi bir gecə qalmağına icazə var. Öncələr qeysəriyyə əməliyyatından çıxan zahı 3 gecə + yarım gün xəstəxanada keçirirdisə, indi 2 gecədən sonra xəstəxananı tərk etmək məcburiyyətində qalır. Bundan başqa, depozit məsələsinin də meydana çıxması əlavə stressə səbəb olur. Üstəlik, pandemiya şəraiti olmasına baxmayaraq bu qiymətlər iki nəfərlik otaq üçün hesablanıb. Vaxtilə Azərbaycanda restoranlarda depozit məsələsi ənənəyə çevriləndə mat qalmışdıq, bu gün bənzər ənənəni özəl xəstəxanalarda da görmək mümkündür. Əgər hamiləlik müddəti 37 həftə və ondan aşağıdırsa, bu zaman təcili olaraq xəstəxanaya yerləşdirilmək məcburiyyətində qalan hamilə üçün ödənişdən əlavə, depozit də verilməlidir.
"Bu nə üçündür?" sualına cavab olaraq klinikalardan bildirilir ki, bəzən erkən doğuş olduqda körpənin küvezə ehiyacı olur, yaxud da anaya əlavə xərclər çıxılır. Bu zaman həmin xərclər depozit olaraq yerləşdirilən vəsaitdən çıxılır, yox, əgər bu cür əlavə xərclər çıxmazsa, vəsait tam şəkildə geri qaytarılır. Beləcə, özəl xəstəxanalarda doğum, yaxud da qeysəriyyə planlayanlar bir, yaxud da iki gün üçün ən azı ciblərində 2200-2600 manatla xəstəxanaya üz tutmalıdırlar.
Vəziyyəti müqayisəli təhlil etmək üçün dövlət xəstəxanaları ilə də əlaqə saxladıq. Dövlət xəstəxanalarının bəzilərinin əsas "qaynar xət"lərindən dövlət müəssisəsi olduğu əsas gətirilərək burada xidmətin ödənişsiz olduğu, bəziləri isə bunun üçün həkimlə görüşməyin vacib olduğunu bildirdi. Ümumi olaraq onların ifadə etdiyi fikirlər isə belə oldu: Dövlət xəstəxanasıyıq, bizdə kassa sistemi yoxdur. Bu səbəbdən həkimlə danışmalısınız. Biz bu haqda məlumatsızıq.
Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm qiymətlərin yüksəlməsinin səbəbini özəl xəstəxanaların da xərclərinin artması ilə əlaqələndirir: "Özəl xəstəxanaların xərcləri artıb, cihazların qiyməti qalxıb ki, doğum və qeysəriyyə qiymətləri də yüksəlib. Bundan başqa, tibbi ləvazimatların da qiyməti qalxıb, gəlişi çətinləşib. Düşünürəm ki, özəl sektor üçün doğuş və qeysəriyyə qiymətləri normaldır".
Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, özəl xəstəxanaların qoyduğu qiymətlərə müdaxilə etmək mümkünsüzdür: "Bu həkimlər Xoşqədəmin, Zaurun verilişinə çıxaraq özlərini reklam edir və nəticədə də qiymətlər bir yerdə fokuslanır. Bütün bunlar olmasın deyə azad rəqabət sistemi qurulmalıdır".
Depozit məsələsinə toxunan ekspert deyir ki, bu, əlavə pul deyil, yəni ödənilən vəsaitdən əlavə xərc olduqda həmin vəsait depozitdən çıxarılır:
"Özəl klinikalarda depozit ona görə tələb olunur ki, sonra xəstə çıxanda deyir ki, pulum yoxdur. Buna görə siz özəl sektoru qınamayın. Onlara yardım yoxdur, dərmanları öz pulları ilə alırlar, nə qədər vergi ödəyirlər. Özəl klinikalarda o qədər də rahat həyat yaşamırlar, bu baxımdan. Ümumiləşdirərək deyim ki, bazarda qiyməti azad rəqabət mühiti müəyyənləşdirməlidir. Bu sektora müdaxilə düzgün deyil". Qeyd edək ki, özəl xəstəxanalarda xidmətdən asılı olaraq qiymətlərin daha da yüksəldiyinin şahidi ola bilərik. Bu xəstəxanalarda 4 tip zahılıq otağı təklif olunur. Belə ki, təbii doğuş qiyməti (VİP paket daxil olaraq) 1300 AZN təşkil edir, Qeysəriyyə əməliyyatı yolu ilə doğuşun qiyməti (VİP paket daxil olmaqla) 1500 AZN təşkil edir. Ödənilən qiymətə isə körpələrə ilk peyvəndlər və 15 gün ərzində həkim müayinəsi, 20% endirimlə doğuşdan sonra körpənin sünnət olunması daxildir. Bu xəstəxanalarda paketdən xaric yatış günü 100 AZN, xəstə yanında gündəlik qalmaq xərci də 100 AZN əlavə ödənişdir.
Tək nəfərlik olan lüks otaqlarda VIP paket qiymətindən əlavə gündəlik 200 AZN ödəniş, paketdən xaric əlavə yatış günü üçün 300 AZN, istəyə bağlı özəl tibb bacısı xidməti üçün 100 AZN tələb olunur. Bütün bu qiymətlərə bir gecəlik xəstə yanında qalmaq da daxildir.
Tək nəfər üçün nəzərdə tutulan ultralüks adlandırılan otaqlarda isə VIP paket qiymətindən əlavə gündəlik 300 AZN, paketdən xaric əlavə yatış günü 400 AZN, istəyə bağlı özəl tibb bacısı xidməti üçün gündəlik 100 AZN ödənilir. Paketin üstünlükləri isə xəstənin yanında sərbəst qalmaq imkanı və əgər istəyərsə, həyat yoldaşının da doğumda iştirak etmək imkanıdır.
Daha bahalı olan "suit" adlanan tək xəstəlik otaqlar üçün paket qiyməti 5000 AZN-dır. Bu otaqlarda paketdən xaric əlavə yatış günü 500 AZN ödənilir və bununla yanaşı, standart olaraq özəl tibb bacısı xidməti (həm uşaq tibb bacısı, həm akuşer) verilir; Bu qədər vəsaiti ödədikdən sonra xəstənin həyat yoldaşı istərsə, doğumda pulsuz iştirak edə bilər. Qiymətə həmçinin standart fotoalbom da daxildir.
Göründüyü kimi, gündə sadəcə bir neçə dəfə xəstəyə baxmaq üçün təkcə xüsusi ayrılmış tibb bacısına görə ödənilən vəsait 100-500 AZN arası dəyişir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
|