"AQTA gizli şəkildə GMO-nun lobbiçiliyini aparır" - Tanınmış ekspertdən İTTİHAM
Tarix: 28-03-2022, 10:00 | Çap et
Azərbaycanda genetik modifikasiya olunmuş orqanizmlərə (GMO) və yem məhsullarına dair yeni tələblər müəyyən edilir. Bu barədə məsələ "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsində öz əksini tapıb. Layihədə qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən, yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan sonra icazə verilir.
Bu Qanunun 25.8-ci maddəsində nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçməmiş yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır. Bəs, mütəxəssislər nə düşünür, ölkədə GMO varmı? Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik və Elmi Tədqiqat İnstitunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva deyir ki, qidalar xaricdən gəlirsə, demək ki, dövlət nəzarətindədir:
"Lakin bir mütəxəssis kimi soya şrotu və qarğıdalı məhsullarında GMO ilə bağlı içimdə şübhə var. Çünki dünyada ən çox idxal olunan və istehlak olunan məhsullar məhz bunlardır. Digər tərəfdən də öyrənirik ki, dünyada bu iki bitki daha çox geni modofikasiyaya məruz qalır". O qeyd edir ki, GMO məhsullar bizdə çox azdır, varsa da, dövlət nəzarətindən kənar yollarla gətirilir. "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bitkilərin toxumunu əkəndə növbəti ildə cücərmirsə, toxumçuluq sənayesi bir əldə birləşibsə, demək ki, həmin bitkilər GMO-dur. O qeyd edir ki, Azərbaycanda GMO-nun lobbiçiliyini aparan şəxslər var: "Məsələn, qarpızın toxumunun 1 kiloqramının qiyməti 3 min manatdır. Kəndli həmin toxumdan qarpız əkəndə, o çıxmır. Elə bitkilər də olur ki, içərisində ümumiyyətlə tumu olmur. Lakin GMO-nun lobbiçiliyini aparan şəxslər deyir ki, bu hibriddir. Yəni, hibrid adı altında Azərbaycanda GMO satılır. Təəssüflər olsun ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi müxtəlif yollarla, gizli şəkildə GMO-nun lobbiçiliyini aparır. Təssüf ki, AQTA laboratoriyasının bir dəfə də olsa GMO aşkarladığını görməmişik".
E.Hüseynov düşünür ki, Azərbaycanda bir neçə məhsul GMO-dur: "Ofisimdə bir herbisit var, GMO malları yetişdirmək üçün bundan istifadə eidlir. Azərbaycanda belə bir herbisit satılırsa, demək ki, Azərbaycanda GMO əkinçiliyi var. Qeyd edim ki, Türkiyədən Azərbaycana saxta sertifikatlarla mallar, toxumlar gəlir, sertifikatlarda onlaırn GMO olmadığı qeyd olunur. Bu məhsullar hibrid adı altında təqdim edilir".
Mütəxəssis laboratoriyalardan da söz açıb. Onun sözlərinə görə, 8 il əvvəl Braziliyadan aldığı GMO malları Azərbaycanda laboratoriyalarda yoxladıb: "Məqsədim laboratoriyalarımızı test etmək idi. O vaxtlar GMO-nu müəyyən edən iki laboratoriya vardı. Həmin malları Dövlət Gömrük Komitəsinin laboratoriyasına verdim. Lakin nəticə olaraq deyildi ki, burada GMO yoxdur. Digər laboratoriya isə GMO-nun olduğunu təsdiqlədi. Bu o deməkdir ki, Azərbaycanda laboratoriyaların xeyli hissəsi GMO-nu müəyyən edə bilir".
Ekspert onu da qeyd edir ki, dəfələrlə Ümumdünya Ticarət Təşkilatının nümayəndələri onun ofisində olub, səfirliyə çağırıb, GMO əleyhinə çıxışlarının dayandırılmasını istəyiblər: "Ümumdünya Ticarət Təşkilatının əsas siyasəti budur ki, dünyaya GMO yedirtsinlər".
"Avropa İttifaqının GMO ilə bağlı 7 ölkədə maliyyələşdirdiyi layihənin nümayəndəsi olmuşam. İngiltərədə belə GMO-nu yaradanlarla görüşmüşəm", - deyə o əlavə edib. E.Hüseynov ehtimal edir ki, İsraildən Azərbaycana gətirilən çiyələklər də GMO-dur: "Soğan toxumları becəriləndə cücərmir. Əkin sahələrində oldum, soruşdum ki, bunu alaq otlarından necə təmizləyirlər. Dedilər ki, herbisit tökürlər, soğana heç nə olmasa da, alaq otları ölür. GMO müxtəlif vəziyyətlərdə özünü göstərir. Düşünürəm ki, ölkədə yetişdirilən kartofun bir hissəsi, qarpız, bibərlər də GMO-dur. Səbəb isə odur ki, onların toxumundan toxum götürüb məhsul becərmək olmur. Çünki təbiətin qanunu budur ki, torpağa toxum düşdükdə, özü cücərir". //sputnik.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
|