"Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                 

Ziya Məmmədovun "dəmir adamı" mövqelərini necə qoruya bilir - Nəqliyyat sektorunun mübhəmləri...
Tarix: 29-08-2014, 11:33 | Çap et
Ziya Məmmədovun "dəmir adamı" mövqelərini necə qoruya bilir
Azərbaycanda ən çox narazılıq yaşanan, ətrafında ən çox söz-söhbət olan idarələrdən biri «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətidir (QSC). Mətbuatı mütəmadi olaraq izləyən şəxslər yaxşı bilər ki, bu idarədən demək olar, hər ay müxtəlif tipli şikayətlər yazılır. İşçilərin maaşlarının aylarla verilməməsindən tutmuş, dəmiryolları relslərinin qanunsuz satışlarına qədər bir çox mövzuda qalmaqalların yaşandığı bu idarə, həmçinin, dövlətin ən strateji qurumlarından biri hesab edilir.
QSC haqqında mətbuatda yazılan bu cür şikayətlər, xüsusən İdarənin rəisi Arif Əsgərovla bağlıdır. A.Əsgərov bu quruma rəis təyin edildiyi gündən bu yana onun adı mətbuatda müxtəlif korrupsiya və qanunsuzluqlarla birgə hallanıb. Bəs, kimdir bu Arif Əsgərov? Onun «Azərbaycan Dəmir Yolları» QSC kimi strateji dövlət qurumuna rəis təyin edilməsi necə baş verib? Ümumiyyətlə, A.Əsgərovun «Azərbaycan Dəmir Yolları»na rəis təyin edilməsinin qanuni tərəfləri varmı? Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) olaraq bu barədə, oxucuların da mövzuya maraqlarını nəzərə alaraq, A.Əsgərovun karyerasının ilk illərindən vəzifə pilləkənlərinin ən yüksək mərtəbəsinə qədər gəldiyi yolu araşdırdıq. Araşdırmalarımız nəticəsində bir çox maraqlı fakt və detallara rastladıq.
Arif Əsgərovun Dövlət Dəmiryolu İdarəsində karyeraya başlaması 1990-cı illərin əvvələrinə təsadüf edir. O zaman bu idarənin rəisi Elbrus Abdullayev adlı şəxs idi. Onun müavini isə dünyasını dəyişmiş Şaiq Rüstəmov adlı biri idi.
Dəmiryolu İdarəsinin nizamnaməsinə əsasən, peşəsi hərəkətçi olmayanlar idarə rəisinin birinci müavini təyin oluna bilməzdilər. Başqa sözlə, həmin dövrə qədər nizamnaməyə əsasən, peşəsi lokomotiv üzrə olan dəmiryolçular hissə rəisindən yuxarı vəzifələrə təyin olunmurdular. Qeyd edək ki, həmin illərdə Dövlət Dəmiryolu İdarəsi üç hissədən ibarət idi: Bakı, Gəncə və Naxçıvan.
Sonradan indiki nəqliyyyat naziri Ziya Məmmədov Dəmiryolu İdarəsinə rəis təyin edildikdə, hələ ötən əsrin 70-ci illərindən tətbiq edilən bu bölgünü ləğv etdi.
Onu da bildirək ki, indi Ziya Məmmədovun müavini olan Musa Pənahov elə o vaxtdan nəqliyyat naziri ilə birgə işləyir. Z.Məmmədov Dəmiryolu İdarəsində Lokomotiv xidmətinin rəisi olan dövrdə Musa Pənahov həmin idarənin maliyyə xidmətinin rəisi, idarənin indiki rəisi Arif Əsgərov isə onun müavini idi. Yəni, indi də çiyin-çiyinə işləyən bu üç şəxsin sirli əməkdaşlığının 20 ildən artıq tarixi var.
Qeyd edək ki, Arif Əsgərov Rostov Dəmiryolu İnstitutunun məzunudur. Onun tələbəlik illəri ilə bağlı maraqlı fakt ondan ibarətdir ki, Arif Əsgərov 30 nəfərlik qrupun içində yeganə oğlan tələbə olub. Onun digər bütün qrup yoldaşları qızlardan ibarət olub. Elə, dəmiryolu idarəsinin maliyyə xidmətinin kadrları da tarix boyu xanımlardan təşkil edilib. Həmçinin, bu indi də belədir.
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi ilə birlikdə Arif Əsgərovun karyerasında yeni bir dövr başlayıb. Cəbhə hakimiyyətə gəldikdən sonra dəmiryolu idarəsinə əslən tovuzlu olan Eldar İsmayılov rəis təyin edilib. Eldar İsmayılov isə Arif Əsgərovla həm qohum idi, həm də həmyerli.
E.İsmayılovun idarə rəisi kimi imzaladığı ilk əmrlərdən biri Musa Pənahovu dəmiryolu idarəsinin maliyyə xidmətinin rəisi vəzifəsindən azad edərək, onu iqtisadi məsələlər üzrə müavin, indiki nazir Ziya Məmmədovu lokomotiv xidmətinin rəisi vəzifəsindən, lokomotiv, vaqon və energetika üzrə idarənin rəis müavini, Arif Əsgərovu isə maliyyə xidmətinin rəis müavini vəzifəsindən həmin idarənin rəisi vəzifəsinə təyin etməsi olub. Beləliklə, qohumluq bağları Arif Əsgərova yaramış, o rəis müavinliyindən, rəisliyə yüksəlmişdi...
Yeri gəlmişkən, qeyd edək ki, Arif Əsgərovun keçmiş rəisi, onu vəzifə pillələrində irəli çəkən Eldar İsmayılovla indi də isti münasibətləri davam edir. Belə ki, idarə rəisi keçmiş rəisinin 9-cu mikrorayondakı evinə Biləcəri Dəmiryolu İşıq İdarəsindən hələ 1992-ci ildə çəkilmiş qeyri-qanuni elektrik xətti bugünəcən fəaliyyətdədir.

Arif Əsgərovun “qara günləri”

...ancaq Eldar İsmayovun idarə rəisi olmağı uzun çəkmədi. Cəmi 6 ay sonra mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişinin ardınca dövlət dəmiryolu idarəsinə Vahid Məmmədov Nadirli rəis təyin edildi. Onun rəis təyin edilməsi ilə birlikdə Arif Əsgərov tutduğu vəzifədən azad edildi və Raya Abbasova adlı bir xanımla əvəzləndi. Bunun ardınca isə Arif Əsgərov üçün çox ağır bir dövr başladı. 1993-1995-ci illər demək olar ki, onun həyatının ən ağrılı illəri olub. Dəmiryolu idarəsinin indiki rəisinin əlinin hər yerdən üzüldüyü bir anda, Bəhrəm Yaradanquliyev adlı bir şəxs dəmiryolu idarəsinin nəzdində “Azerreyl” adlı şirkət yaratdı. Arif Əsgərov isə həmin şirkətə müavin təyin olundu.
Onu da bildirək ki, 1993-1995-ci illər, həmçinin, indiki nazir və onun müavini Ziya Məmmədov və Musa Pənahov üçün də çətin dövlərdən sayıla bilər. Onlar həmin dövrdə tutduqları vəzifələrdə qalsalar da, vəzifələrinin icrasını demək olar ki, həyata keçirə bilmirdilər. Yeni rəisin yeni ətrafı Vahid Məmmədova adı çəkilən ikili barədə müxtəlif dedi-qodular və şaiyələr çatdırırdılar. Bu da V.Məmmədovun onlarla ehtiyatlı davranmasına səbəb olurdu. Ancaq sonradan idarə rəisi Ziya Məmmədov və Musa Pənahova etimad göstərməyə başladı. Onun göstərdiyi bu etimadı doğruldan ikili isə idarə rəisinin gözündə yüksəldi.
Hətta V.Məmmədovun idarə rəisliyinin son aylarında onun bir çox səlahiyyətlərinin Ziya Məmmədov həyata keçirirmiş. Bu barədə bizə məlumat verən mənbəmizin bildirdiyinə görə, rəisin yoxluğunda idarənin axşam iclaslarını aparmaq, həmçinin, rəis müavini və digər xırda idarə rəislərinə icazə vermək səlahiyyətləri Ziya Məmmədovda imiş.
Araşdırmalarımız zamanı Ziya Məmmədovla bağlı əldə etdiyimiz daha bir maraqlı fakt isə ondan ibarətdir ki, onun dəmiryolu idarəsinin rəisi təyin olunması zamanı adı heç namizədlər arasında belə yox imiş. Deyilənə görə, o vaxtlar dəmiryolu idarəsinin Fərhad adlı bir xidmət rəisi axşam xəbərlərini gözləməyərək, idarənin koridorunda rastlaşdığı Z.Məmmədova rəisliyə namizədlərin adını bir-bir çəkib. Ancaq Ziya Məmmədovun adını çəkməyərək, ona "stavka" etmədiyini büruzə verib. Bu isə onun sonu olub. Z.Məmmədov ona bildirib ki, tələsməsin və kimin rəis təyin olunacağını axşam saat 8 xəbərlərində izləsin. Axşam xəbərlərinə qulaq asdıqdan sonra nə böyük səhv etdiyini anlayan Fərhad adlı həmin xidmət rəisi Z.Məmmədovun rəis təyin olunmasının səhəri günü tutduğu vəzifədən azad edilib. Onun yerinə isə indilərdə adı bizə çox tanış olan, deputat, “Azəryolservis”in rəhbəri Cavid Qurbanov dəmiryolu idarəsində ilk vəzifəsinə təyin edilib.
Z.Məmmədovun dəmiryolu idarəsinə rəis təyin olunması ilə birlikdə Arif Əsgərovun karyerası yenidən yüksəlməyə başladı. O, Məmmədovun əmrilə yenidən keçmiş vəzifəsinə qayıdaraq, Raya Abbasovanı əvəz etməyə başlayır.
Burada bir nüansı qeyd etmək yerinə düşər. Arif Əsgərov dəmiryolu idarəsi tarixinin yeganə maliyyəçi rəisidir. Bu səbəbdən də onun nə vaxtsa bu idarəyə rəis təyin olunacağına ümid etdiyini düşünmək yersiz olardı. Ancaq tale elə gətirib ki, bir maliyyəçi dəmiryolu idarəsinə rəis təyin olunub. Tarixən bu idarədə rəis vəzifəsinə təyin edilmək üçün ən azı lokomotiv üzrə mütəxəssis olmalı idin.
Bəlkə də Arif Əsgərovun rəisliyi dövründə idarədən bu qədər narazılıq olmasının səbəbi onun işin mütəxəssisi deyil, maliyyəçi olmasıdır. Qeyd edək ki, hazırda Arif Əsgərovun baş məsləhətçisi də dəmiryolçu deyil, bankirdir. Belə ki, A.Əsgərovun baş məsləhətçiliyini həyata keçirən İlqar Məmmmədovun ixtisasça dəmiryolçuluğa heç bir aidiyyatı olmasa da, tovuzlu olması və Arif Əsgərovla həmyerlillik bağı onun bu vəzifəyə təyinatının yolunu açıb. Bu faktın özü onun göstərir ki, Arif Əsgərov dəmiryolu idarəsində kadr seçimlərini hansı kriteriyalara əsasən həyata keçirir.
Əslində, elə Arif Əsgərovun və ona yaxın kadrların ixtisasına baxaraq, dəmiryolu idarəsi işçilərinin niyə bu qədər aşağı maaşlı işlədiklərinin, onların rəislərindən niyə bu qədər narazı olduqlarının kökündə dayanan səbəbləri görmək mümkündür.
Oxucuların da mövzuya marağını nəzərə alaraq, Arif Əsgərovun karyerası ilə bağlı araşdırmalarımızın ikinci hissəsinin olmasına da çalışacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru