Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                     Mənfi obrazına görə nifrət qazanan AKTYOR: .....                     “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                     Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb .....                     İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi .....                     Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                 

"Bank Technique"in "Xəzər" filialında vətəndaşlar niyə incidilir? - Haqqı tapdanan var...
Tarix: 3-11-2014, 12:40 | Çap et
"Bank Technique"in "Xəzər" filialında vətəndaşlar niyə incidilir?
Rəsmi məlumatlara görə, 2014-cü ilin geridə qalan dövrü ərzində ölkədə fəaliyyət göstərən banklar tərəfindən 16 milyard manatdan çox kreditləşmə həyata keçirilib. Bunun 41 faizini istehlak kreditlərinin təşkil etdiyi deyilir. Bu isə o deməkdir ki, ölkə əhalisinin xeyli hissəsinin banklara borcu var. Əhalinin borclanma faizinin artdığı zamanda bankların şərtlərinin yüngülləşdirilməsi deyil, bunun əksi müşahidə olunur.

Qeyd edək ki, bank sektorunda inhisarçı mövqe tutan bəzi bankların faizləri nə Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzrə sığorta faizlərinə uyğun gəlir. Həmin banklar öz bildikləri qaydada kredit siyasətini həyata keçirərək vətəndaşları özlərindən asılı hala salırlar. Yekunda bir sıra bankların fəaliyyətindən şikayətlər çoxalır. Şirvan sakini Əliyev Camal Qurbanəli oğlu dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edərək "Bank Technique"in "Xəzər" filialında üzləşdiyi qanunsuzluqlar haqqında məlumat verdi. Şikayətçi deyir ki, 2011-ci ildə Bakıda yerləşən "Okean" avtosalonundan 90-LS-726 dövlət nömrə nişanlı "Kia Sportage" markalı avtomobil alıb: "Maşını nağd qiymətə 32 min dollara almışdım. Sonradan bəzi işlərimlə bağlı mənə pul lazım oldu. Qərara gəldim ki, maşını banka qoyub kreditə pul götürüm. Müxtəlif tanışlarımın vasitəçiliyi ilə "Bank Technique"in "Xəzər" filialına gəldim. Burda kredit şöbəsinin müdiri İlqar müəllimlə görüşdüm. Şöbə müdiri dedi ki, maşına görə bankdan 16500 dollar pul çıxarmaq mümkündür. Onun təklifi ilə razılaşdım və 2013-cü ilin may ayının 5-də bankdan pulu götürdüm. İlqar müəllim 16500 dolların 2 min dollarını "şapka" olaraq özünə götürdü, yerdə qalan pulu isə mənə verdi. Maşın qohumumun adına olsa da, şöbə müdiri bütün sənədləri mənə imzalatdırdı. Sənədləşmə başa çatandan sonra kredit şöbəsinin müdiri öz otağındakı şkafdan mənə hamısı 50 dollarlıq əskinaz olmaqla 14500 dollar pul verdi. Yəni pul kassadan verilmədi. Ayda 490 manat ödəyirdim. Təxminən, bir ildən çox ödədim, amma sonradan bəzi şəxsi problemlərim oldu və gecikməyə yol verdim. İlqar müəllim isə demişdi ki, əgər ödəmədə hansısa problem yaransa mən sənə kömək edəcəm. Gecikmə etdiyim üçün günlərin birində bankın Pərviz adlı işçisi mənə zəng vurub dedi ki, banka gəl görüşək. Bankda Pərvizlə görüşümüz oldu. O qayıtdı ki, görürəm ödəmədə çətinlik çəkirsən gəl mən sənə uzunmüddətli qrafik açım krediti rahat ödə. Onun təklifi ilə razılaşdım". Camal Əliyev bu işin necə baş tutacağını soruşanda isə Pərviz generallardan birinin adından istifadə edib: "O dedi ki, mən filankəsin kürəkəniyəm və bankda heç kim mənim sözümün qabağına söz deyə bilməz. Pərviz bu işi görmək üçün oktyabrın 14-də məndən 500 manat pul aldı. Daha sonra qardaşımın yanına getdim. Pərviz dedi ki, birdən bankdan sənə zəng gəlsə denən ki, qardaşım bazarda işləyir aylıq gəliri 800 manatdan yuxarıdır. Ertəsi gün yenidən banka yollandım. Maşının texniki pasportunu, açarı Pərvizə verdim. Mənə dedi ki, get axşam gəlib maşını götürərsən. Aradan bir neçə saat keçəndən sonra Pərviz zəng vurub bildirdi ki, qardaşından mülki etibarnamə al. Onun dediyi kimi etdim və mülki etibarnamə aldım. Bu işləri görüb başa çatdırdım. Səhəri gün yenidən banka yollandım. Gördüm ki, maşınım yoxdur. Nəyin baş verdiyini anlamadım. Dərhal kredit şöbəsinin müdiri İlqar müəllimin yanına getdim. Şöbə müdiri isə dedi ki, get pulu gətir maşını apar. Qalmışam çıxılmaz vəziyyətdə. 800 manat əlavə xərcim çıxıb. 500 manat Pərvizə vermişəm, 300 manat da maşının şəkillərinin çəkilməsinə və digər işlərə sərf edilib. Şirvan şəhərindən hər dəfə taksi ilə bura gələndə filan qədər xərcim çıxır. Qəzet vasitəsilə əlaqədar dövlət qurumlarından kömək istəyirəm. Bank ya mənə qrafik açsın qalan borcu ödəyim, ya da maşınımı özümə qaytarsınlar. Əks halda aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəcəm". Şikayəti araşdırmaq məqsədilə bankın "Xəzər" filialının kredit şöbəsinin müdiri İlqar müəllimlə əlaqə saxladıq. O isə öz növbəsində bildirdi ki, vətəndaş borcu ödəməyənə qədər ona qrafik açılmayacaq və maşını geri qaytarılmayacaq. Şöbə rəhbəri bu sözləri deyəndən sonra dəstəyi üstünə asdı. Görəsən, İlqar müəllim vətəndaşdan 2 min dollar "şapka" alanda niyə belə danışmırdı? Hesab edirik ki, "Bank Technique"in Müşahidə Şurasının sədri hörmətli Rövşən İsmayılov "Xəzər" filialında yaşanan özbaşınalıqlara təcili olaraq öz münasibətini bildirməlidir. Əgər həqiqətən də, bankın İlqar və Pərviz adlı əməkdaşlarının bu işdə nöqsanı varsa, onlar dərhal cəzalandırılmalıdır. İnanırıq ki, Rövşən müəllim Şirvan sakininin şikayətini araşdırıb onun maşınının geri qaytarılması üçün tədbir görəcək.
\\ "Gündəlik Bakı" qəzeti \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru