Mikayıl Cabbarovun müəmmalı kadr transferləri... - Bakı təhsilinə təm-təraqla rəhbər gətirilən gənc kadr niyə səssizcə geri aparıldı?..
Tarix: 27-12-2014, 13:21 | Çap et
Təhsil Nazirliyində kadr və struktur islahatlarının nəticəsində ötən ildən təhsil sahəsinə gələn gənc kadrların bəzilərinin sonrakı aqibəti nədənsə müəmmalı qalıb. Mikayıl Cabbarovun təyinatından az sonra nazirliyin informasiya şöbəsinə müdir vəzifəsinə gətirdiyi Elnur Əliyevin timsalında bunu deməyə əsas var. Həm Bakıda, həm də xaricdə hüquqşünas ixtisası üzrə təhsil almış E.Əliyevin gənc kadr kimi yüksək vəzifəyə irəli çəkilməsinin, təbii ki, nazirliyin fəaliyyətində müsbət dəyişikliklər yaradacığına ümidlər olmamış deyildi. Uzun müddət təhsil sistemində oturuşmuş kadrların sürətlə əvəzlənməsi M.Cabbarovun nazir kimi fəaliyyətə başladığı ilk dövrlərdə dəyişikliyə inam da yaratmışdı. Hər kəs gözləyirdi ki, 90-cı illərdən qalmış və artıq yaşlanmış bəzi məmurların daha gənc, enerjili mütəxəssislərlə əvəzlənməsi səmərəsini verəcək. Lakin ötən müddət ərzində bu gözləntilərin özünü doğrultmaması təəssüf hissi doğurur.
Bundan əlavə, yeni kadrların da bir yerdən digərinə tez-tez transferi bəzi müəmmalı suallara yol açır. Keçən dərs ilinin başlanması ərəfəsində nazirin əmri ilə Elnur Əliyev Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu. Keçmiş müdir Nailə Rzaquliyevanın tutduğu vəzifədən azad olunmasından sonra idarənin müdiri vəzifəsi birinci müavin E.Əliyevə həvalə olundu. Mətbuatda təhsil sisteminə «İçərişəhər»dən gəldiyinə dair məlumatlar yayılan E.Əliyevin bir illik fəaliyyəti dövründə Bakı təhsilində nə kimi uğurlu islahatları həyata keçirdiyi, hansı müsbət dəyişikliklərə imza atdığını deyə bilmərik. Ən azı ona görə ki, bu barədə nə rəsmi xəbərlərdə, nə də məktəb həyatının reallığında əsaslı bir yeniliyə rast gəlməmişik. Əksinə, ötən dövrdə E.Əliyevin haqqında daha çox nazirin yaxın adamı, hətta, bəzi məlumatlarda xalası oğlu kimi təqdim edilən biri kimi təhsilin bir sıra sahələrini «özəl olaraq kurasiya edən» məmur imici formalaşıb. Biz onun barəsində mətbuatda yayılmış «qara qutu» oxşatmasının səbəblərini, xaricdə təhsilə göndərilənlərin seçilməsi proseduru və ya xaricdə verilmiş diplomların tanınmasında söz sahibi olmasına dair məlumatların özəlliyinə də varmırıq. Görünən odur ki, «uğurlu kadr islahatı» kimi təqdim olunan Elnur Əliyevin təyinatının hansı səmərə verdiyini söyləməkdə çətinliklər var… Daha maraqlısı isə odur ki, E.Əliyevin Bakı şəhəri üzrə Təhsil İdarəsinə rəhbər vəzifəyə gətirilməsi nə qədər təm-təraqlı təqdim edilmişdisə, onun həmin vəzifədən getməsinə dair rəsmi məlumat verilmədi. Ümumiyyətlə, N.Rzaquliyevadan sonra idarəyə müdir təyin olunmayıb. Hazırda idarənin rəsmi internet səhifəsində də müdir bölməsi boşdur. Müavinlər bölümündə isə yalnız 3 müavinin adı göstərilir ki, E.Əliyev isə onların sırasında yoxdur. M.Cabbarovun «yaxın adamı»nın qəfil gətirildiyi vəzifədən səssizcə uzaqlaşdırılması təbii ki, suallar yaradır. Nazirlikdən Bakı təhsilinə gətiriləndən sonra da «eyni funksiyaları» yerinə yetirən Elnur Əliyevin 200-dən çox orta məktəbin işinə rəhbərliyi nəyi dəyişdi? Yoxsa, bu transferlə Elnur Əliyev üzərinə düşən missiyanı 1 il ərzində tam yerinə yetirmiş sayılır? Bəs nəzərdə tutulan dəyişikliklər, «perspektivli kadr islahatı» vədləri nə oldu? Ötən il ərzində barəsində yalnız tənqidi çıxışlar, müraciətlər, xəbərlər yayılan Elnur Əliyevin yenidən əvvəlki işinə qaytarılması nazir M.Cabbarovun növbəti «kadr islahatı»dır, yoxsa bu «səssiz transferin» özəl səbəbləri var? Bu sualların ünvanlandığı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Analitik.az-a bildirib ki, Bakı şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsi Elnur Əliyevə həvalə edilmişdi. Hazırda isə E. Əliyev Təhsil Nazirliyində informasiya şöbəsinin müdiri vəzifəsində çalışır və fəaliyyətini davam etdirir. Bu qədər… əlavə məlumat verilmir. Ancaq digər mənbələrdən daxil olan məlumatlarda məsələnin göründüyü qədər sadə olmadığı, E.Əliyevin gəliş-gedişinin təfərrüratları barədə kifayət qədər ilginc xəbərlər dolaşır. Əvvəlcə, dövriyyəyə E.Əliyevin, guya, təhsil sistemində oturuşmuş kadrlarla baş-başa gəlməsi səbəbindən nazirliyə geri aparılmasına dair məlumatlar buraxılıb. Guya, M.Cabbarov özünə yaxın adamını «qoca qartalların» əlindən alaraq, daha sakit – əvvəlki vəzifəsinə qaytarıb. Lakin, bununla yanaşı, «qayıdışın» nazirin özünün də iradəsindən asılı olmadığına, özəl səbəblərinin mövcudluğuna dair məlumatlar daha ilgincdir. Səbəblərin, xüsusilə, E.Əliyevin özü ilə, şəxsi həyatı ilə bağlı olduğu, M.Cabbarovun isə başqa seçimi olmadığından təm-təraqlı təyinatını geri götürmək məcburiyyətində qaldığı bildirilir. Təhsil sisteminə kənardan gəlmiş E.Əliyevin bəzi « qəribə özəllikləri» ilə də təhsil mühitinə uyğun olmadığına dair daha yuxarı (həm də vacib) orqanların məlumatlandırılması onun səssizcə «geri çağırılmasını» labüd edib.
Deyilənə görə, hazırda işlədiyi şöbə müdiri vəzifəsi də onun üçün son yüksək vəzifə ola bilər. Söhbət təkcə E.Əliyev barəsində 1 il ərzində mətbuatda yayılan oxşatmalardan, xaricdə təhsil və diplomların tanınması, təhsil işçilərinin narazılığına səbəb olan «nəzarət mexanizm»lərindən getmir. Daha doğrusu, əslində bu məlumatlar səbəb deyil. Əsl səbəb kifayət qədər müəmmalı və inanılmaz məlumatlarla bağlıdır. Bunu fakt olaraq nazirin də bildiyi və yaxın adamının təyinatının uğursuzluğu ilə barışdığı söylənilir. Hər halda Elnur Əliyevin Mikayıl Cabbarovun çox yaxın, həm də inanılmış adamı olmasını təkzib edən rəsmi və ya qeyri-rəsmi açıqlamalara rast gəlməmişik. Bu gün də şöbə müdirinin nazirə çox yaxın olduğu deyilir. Onların arasında münasibətlərin dəyişməsindən söhbət getmir. Ən azı bu baxımdan Təhsil Nazirliyinin «E.Əliyev müəmması» elə müəmma olaraq da qalmaqdadır…Necə ki, nə Bakıda, nə də ümumi respublika üzrə təhsilin keyfiyyətində gözəçarpan dəyişiklik yoxdur…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
|