Bakıda populyar brend adı altında Çin malını müştərilərə necə sırıyırlar - "Karolina Valiant"ın keyfiyyətcə aşağı, qiymətcə bahalı məhsulları...
Tarix: 7-01-2015, 12:45 | Çap et
Məlum olduğu kimi, ölkəmizdə azad sahibkarlığın, özəl biznes sektorunun inkişafına dövlət tərəfindən lazımi şərait yaradılıb. Nə yazıq ki, bəzi işbazlar yaradılan münbit şəraitdən sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar. Belə ki, onlar bazarın yazılmamış qanunlarından xəbərsiz olan istehlakçıların sadölövhlüklərindən, məlumatsız olmalarından istifadə edərək özlərinin gəlirlərini artırmağa, keyfiyyətcə aşağı, qiymətcə bahalı olan mallarını satmaqla məşğul olurlar. Belə şirkətlərdən biri də Qafqazın ən böyük xəz-dəri qalereyası olan "Karolina Valiant"dır.
Heç kimə sirr deyil ki, sözügedən şirkət son illər ölkəmizin xəz-dəri bazarında əməlli-başlı hegemonluq edir. Şirkətin satışa çıxardığı xəz-dərilər müxtəlif televiziya vasitələrində və elektron mətbuatda o ki, var reklam olunur. Amma məsələ keyfiyyətə qalanda "Karolina Valiant"ın vətəndaşlara təklif etdiyi geyimlərin orijinal olub-olmaması şübhə yaradır. Çünki indiyədək bəzi KİV-lərdə şirkətin satdığı məhsulların saxta, yaxud keyfiyyətsiz olması barədə məlumatlar yayılıb. Apardığımız araşdırmalar göstərir ki, bazarda monopoliya yaradan "Karolina Valiant"ın vətəndaşlara İtaliya, Amerika, Yunanıstan istehsalı adı ilə təklif etdiyi xəz dəri geyimləri əslində Çin istehsalıdır. Və həmin məhsulların keyfiyyəti olduqca aşağıdır. Buna rəğmən, şirkət rəsmiləri bu məhsulları təmiz adı altında vətəndaşlara sırıyırlar. Azərbaycanda, həmçinin Rusiyanın Xarkov və Pyatiqorsk şəhərlərində iki salonu olan bu mağazalar şəbəkəsi hazırda bazarın lideri sayılır. İstər satış həcminə, istər müştərilərinin sayına, istərsə də bazarda reallaşdırdığı qanunsuzluqların miqyasına görə. Araşdırmalar göstərir ki, mağazalar şəbəkəsində həm "Karolina Valiant"ın özünün hazırladığı, həm də Avropada istehsal olunduğu iddia edilən tanınmış xəz-dəri brendlərinin məhsulları təklif edilir. Şirkətin nümayəndələri xəz-dəri çeşidlərinin İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Amerika, Kanada, Rusiya, Finlandiyanın təbii xəz və dəri fabriklərində hazırlandığını bildirirlər. "Karolina Valiant"ın özünün məhsullarına gəlincə, istehsalda İtaliyanın, İspaniyanın böyük şirkətlərinin xammallarından istifadə edildiyi qeyd olunur. Göründüyü kimi, ilk baxışdan bir məhsulun satışı üçün əla təqdimatdır. Yəni müştərilər buna asanlıqla aldanıb qalereyadan mal almaq qərarına gəlirlər. Amma reallıqda vəziyyət tamamilə fərqlidir. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, İtaliya və İspaniyanın özündə xəz-dəri fabrikləri xammalı başqa ölkələrdən idxal edirlər. Bu halda "Karolina Valiant"ın xammalı adıçəkilən ölkələrdən alması mümkünsüzdür. Digər tərəfdən, tutaq ki, xəz İtaliya və İspaniyadan gətirilib. Bəs kürkün hazırlanmasında istifadə edilən digər komponent və aksessuarlar haradan gətirilir? Çox qəribədir ki, şirkət rəsmiləri digər komponent və aksessuarların gətirildiyi ölkələrin adını açıqlamır. Ki, bu da bəzi qaranlıq məqamlardan xəbər verir. Mağazalar şəbəkəsində əsasən "kürklərimiz Kanadanın "Black Nafa" və Amerikanın "Blackglama" xəzlərindən hazırlanıb" deyə bildirilir. Hər iki xəz növü öz parlaqlığı, keyfiyyəti ilə bütün dünyaya meydan oxuduğu halda, "Karolina Valiant"da "Black Nafa", "Blackglama" kimi təqdim olunan kürklərin parlaqlığı və keyfiyyəti barədə eyni fikirləri söyləmək çətindir. Deyilənə görə, həmin kürklər süni xəzdən hazırlanmış kürklərdən heç nə ilə fərqlənmir. Məsələ bundadır ki, artıq xeyli zamandır müəyyən texnologiyalara yiyələnmiş Çin istehsalçıları yüksək keyfiyyətli Avropa mallarını imitasiya edə bilirlər. Başqa sözlə desək, saxta mallar orijinaldan çətinliklə seçilir. Təəssüf ki, istehlakçıların böyük qismi bu təmiz və saxta malı ayıra bilmədikləri üçün aldanırlar. "Karolina Valiant"ın xəzləri Çindən gətirməsi faktı ilk hal deyil. Təxminən bir neçə il əvvəl bu şirkətə qarşı irəli sürülən ittihamları yada salsaq, hər şeyi aydınlığı ilə görə bilərik. İddialara görə, İtaliya, Yunanıstan və Skandinaviya ölkələrinin istehsalı kimi təqdim edilən xəz-dəri geyimləri əslində, Çində istehsal edilib. Hətta şirkətin bütün strukturlarında hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırmaların aparıldığı, kürkləri reklam edən müğənnilərə qədər hər kəsin araşdırmalara cəlb ediliyi belə yazılırdı. Onu da qeyd edək ki, ayrı-ayrı televiziyalarda aparılan reklamlar şirkətin satışına müsbət mənada təsir edib. Əldə etdiyimiz məlumatlara görə, son üç ildə şirkətin satışı xeyli artıb və milyonlarla manat gəlir əldə olunub. Araşdırmalarımız zamanı həmçinin bəlli oldu ki, burda satılan geyimlərin ən ucuzunun qiyməti min manatdan başlayır. Lakin satıcılarla tanışlıq, habelə bir neçə xəz dərinin topdan satışıyla bu rəqəm 900-800 manata qədər azala bilər. Qalereyada hətta 10-20 min manata satışa çıxarılan xəzlər də var ki, onların keyfiyyətinin necə olması qaranlıqdır. Deyilənə görə, şirkət idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatır. Bu isə insan sağlamlığı üçün olduqca təhlükəlidir. Xəz dəriləri 6-8 ay müddətində ilk vəziyyətindəki kimi şux saxlayan xüsusi kimyəvi maddələrin istifadə müddəti başa çatdıqdan sonra xəz dərilərin tükü tökülməyə və daxili hissəsində fəsadlar yaranmağa başlayır. Lakin onda da hər şey gec olur. Bütün bu deyilənlərə baxmayaraq, istehlakçıları kütləvi şəkildə aldadan "Karolina Valiant"ın fəaliyyətinə qadağa qoyulmur. Olan yenə də vətəndaşlara olur. İnanaq ki, əlaqədar dövlət qurumların səlahiyyət sahibləri istehlakçılara keyfiyyətsiz mal satan şirkət haqqında zəruri tədbirlər görəcək. \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
|