Elsevər Ağayev ölkənin dərman bazarında mövqelərini necə möhkəmləndirir - Nazir müavininin ilginc planı
Tarix: 28-04-2015, 09:21 | Çap et
Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübü ilə bağlı keçirdiyi toplantıda dərman bazarında vəziyyətlə bağlı sərt mövqe ifadə edəndən sonra bütün diqqətlər bu sahəyə yönəldi.
"Unikal" olaraq apardığımız araşdırma zamanı ilginc məlumatlar əldə etmişik. Bizi bilgiləndirən şəxs deyib ki, ölkə başçısının dərman bazarında səliqə-səhman yaradılması ilə bağlı tələbi bəziləri üçün münbit şərait yaradıb.Yəni, dərman bazarına nəzarəti həyata keçirən şəxslər bu şəraitdən istifadə edərək, öz maraqlarının təmini üçün müəyyən addımlar atmağa başlayıblar. Öncə onu nəzərə çatdıraq ki, Prezident İlham Əliyev məlum müşavirədə dərmanların baha olmasından danışıb və bu sahənin tənzimlənməsinin vacibliyini vurğulayıb: "Mənim narahatçılığım, eyni zamanda, dərman preparatlarının qiymətləri ilə bağlı idi. Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda, onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdır. Bu, əslində dözülməz bir hal idi. Bu hadisə deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub, o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır. Eyni zamanda, bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanlar da gətirilir. Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaqdır". Qeyd edək ki, bu mövzu uzun müddətdir ki, mətbuatın gündəmindədir. Azərbaycanda dərman preparatlarının qiymətinin baha olmasının səbəbi kimi bu sahənin monopoliyada olması əsas göstərilir. Ölkədə dərman istehsalı əhalinin tələbatını ödəmədiyi üçün daha çox xaricdən idxal olunur. Bu işi isə bazarda bir neçə şirkət həyata keçirir. "Unikal"ın əldə etdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən dərman firmalarına bu və ya digər formada nəzarəti Səhiyyə Nazirinin müavini Elsevər Ağayev həyata keçirirdi. Yəni, bu gün dərman bazarında anarxiya varsa, burada Elsevər Ağayevin payı böyükdür: "Çünki Elsevər Ağayev səhiyyə nazirinin müavini kimi ölkəyə gətirilən dərmanların keyfiyyəti, qiyməti və digər məsələlərinə görə cavabdeh şəxsdir. Bu gün bazarda saxta, keyfiyyətsiz və həddindən artıq baha qiymətə satılan dərmanlar varsa, deməli, Elsevər Ağayev öz işinin öhdəsindən gələ bilmir, yaxud da həmin firmalara özü şərait yaradır. Məndə olan məlumata görə, indiyə kimi ölkənin dərman bazarında əsas söz sahibi olan firmaların rəhbərləri ilə Elsevər Ağayevin yaxın münasibətləri var və bu münasibətlər iş ortaqlığı səviyyəsindədir. Ancaq prezident İlham Əliyevin məlum çıxışı və xəbərdarlıq etməsi, yeni qaydaların müəyyənləşməsi Elsevər Ağayevin və dostlarının biznesini çökdürüb. Çünki ölkə başçısının sərt tədbirlər planı dərman bazarındakı anarxiyanı aradan qaldıracaq və işbazlar öz niyyətlərinə çata bilməyəcəklər". Səhiyyə nazirinin müavinini ilə bağlı ilginc məlumatın başqa təfərrüatları da var. Bu barədə "Unikal"a məlumat verən dərman bazarında kifayət qədər yeri olan firmaların rəhbərlərindən biri deyib ki, Elsevər Ağayev hazırkı vəziyyəti öz xeyrinə istiqamətləndirməyə çalışır. "Bu ayadın məsələdir ki, prezidentin məlum təpkisindən sonra dərman bazarında təmizlənmə olacaq. Yəni, Elsevər Ağayevin nəzarətində olan bütün firmalar çökdürüləcək. Buna görə də ortaya yeni bir dərman firmasının çıxması zərurəti yaranacaq. Elə ona görə də Elsevər Ağayev fürsətdən istifadə edərək "Zeytuna" adlı yeni bir dərman firması yaradır və ölkədəki apteklərin böyük əksəriyyətini də onun çətiri altında birləşməsi üçün müəyyən addımlar atıb. Bu şəbəkəyə qoşulmaq istəməyənlər isə lisenziya ala bilməyəcəkləri ilə qorxudulur. Əgər proses bu şəkildə davam etsə, qısa zamanda bazara yeni bir dərman firması, eləcə də ona birləşik apteklər şəbəkəsi yaradılacaq. Sözsüz ki, bu şəbəkəyə birbaşa Elsevər Ağayev nəzarət edəcək", - deyə mənbə fikrini tamamlayıb. Görünən odur ki, E.Ağayev qısa müddətdə dərman bazarının tək hakimi olmaq istəyir. Amma onun bu niyyətinin nə dərəcədə reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|