İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Adil Vəliyev nədən sakinlərdə narazılıq yaratmağa meyl edir? - ŞİKAYƏT VAR
Tarix: 24-06-2015, 10:56 | Çap et
Adil Vəliyev nədən sakinlərdə narazılıq yaratmağa meyl edir?
Ölkə prezidenti cənab İlham Əliyevin gərgin əməyi sayəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. Bu inkişaf bütün sahələrdə özünü büruzə verməkdədir. Məhz ölkə rəhbərliyinin atdığı təqdirəlayiq addımların nəticəsində bu gün Bakı və regionlar görkəmini xeyli dəyişib, vətəndaşların sosial rifah halı yüksəlib. Təəssüf ki, bəzi yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri görülən işlərə öz töhfələrini vermək əvəzinə qanunsuz əməllər törədirlər.
Təbii ki, belə işlərə qol qoyan vəzifə sahibləri gec-tez ölkə başçısının tənqidinə tuş gəlir və qanuni şəkildə cəzasını alır. Bəzi hallarda cəza tədbirləri belə bəzi məmurları özbaşına əməllərdən çəkindirməyə yetmir. Məsələn, Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyev vəzifəyə təyin olunan gündən bu yana ondan şikayətlər səngimək bilmir. Bu barədə bir qədər sonra müfəssəl danışacağıq. Xatırladaq ki, qəzetimizin əvvəlki saylarından bir neçəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Əhmədbəy Ağayev küçəsi, 22 nömrəli binanın sakinlərinin şikayət yazıları dərc olunmuşdu. Vətəndaşlar bildirmişdilər ki, Eldar Aslanov adlı iş adamı onların yaşadığı binanın qarşısındakı yaşıllıqları məhv edərək burda özünə fərdi yaşayış sahəsi tikdirib. Tikintinin layihəsi isə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı ilə razılaşdırılıb. Qəzetimizdə dərc olunan silsilə məqalələrdən sonra məsələ daha da böyüdü. Nəhayətdə, icra hakimiyyətinin rəsmiləri işə qarışmalı oldular. Bir müddət tikinti dayandırıldı. Aradan bir neçə gün keçdikdən sonra isə sözügedən ünvanda tikinti işlərinə yenidən start verildi. Məlum şikayətlə bağlı qəzetimizdə dərc olunan axırıncı yazıdan sonra hələ ki, tikinti işləri tam olaraq dayandırılıb. Dünən bina sakinləri redaksiyamızla əlaqə saxlayıb bəzi maraqlı məlumatlar verdilər: "Əvvəla, bu işdə bizə yaxından yardımçı olduğunuz, şikayətimizi işıqlandırdığınız üçün sizə öz təşəkkürümüzü bildiririk. Hazırda ərazidə tikinti işləri dayandırılıb. Ancaq biz yenə də narahatıq. Tikinti işlərini gördürən Eldar müəllim gözləyir ki, söz-söhbət yatışsın, sonra işə başlasın. Biz birmənalı şəkildə tikilinin sökülməsini istəyirik. Bura bizim istirahət yerimiz olub, uşaqlarımız oynayır və özümüz ağacların kölgəsində dincəlmişik. Son günlər havalar isti keçir, evdə bağrımız çatlayır. İndi həmin yaşıllıqdan əsər-əlamət qalmayıb. Bu günlərdə Eldar Aslanovla bizim aramızda qarşıdurma oldu. Əraziyə gələn iş adamı əvvəlcə bizimlə sakit tərzdə danışdı və "mən namaz qılan adamam, heç yerə şikayət etməyin. Bura filan qədər xərc çəkmişəm" deyə bildirdi. Lakin biz onun bu sözlərinə əhəmiyyət vermədik. Çünki söhbət neçə illərdir qulluq edib böyütdüyümüz ağacların bir göz qırpımında məhv olunmasından gedir. Etirazımızın davam etdiyini görən iş adamı daha sonra səsinin tonunu yüksəldərək bizi həbs etdirəcəyi ilə hədələdi. Biz nə iş adamının, nə də icra hakimiyyətinin rəsmilərinin hədələrindən qorxuruq. Bu işdə səhv olsaydıq, səsimizi çıxarmazdıq. Gün kimi aydındır ki, haqqı tapdalanan bizlərik. Bura sökülməlidir, başqa cür ola da bilməz. Sabunçu Rayon İcra Hakimiyyəti layihəni təsdiqləyəndə gəlib baxmalı idi ki, hansı ərazidə tikintiyə icazə verir. Allah prezidentimiz İlham Əliyevin canını sağ eləsin. O hər rayonda, hər qəsəbədə yaşıllıq sahələrinin artırılması üçün çalışır. İcra başçısı isə onlarla ağacın olduğu ərazidə qanunsuz tikinti işlərinin aparılmasına rəsmi icazə verib. Özbaşına əməllərinə görə Adil Vəliyev qanun qarşısında cavab verməlidir". Apardığımız araşdırmalar göstərir ki, 2012-ci ilin aprel ayından Sabunçu Rayon İcra Hakimiyyətinə rəhbərlik edən A.Vəliyev indiyə qədər yerli sakinlərin etimadını qazana bilməyib. Məlumat üçün bildirək ki, o əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib. 1990-1992-ci illərdə Nərimanov Rayon İcra Hakimiyyətində şöbə müdiri və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, 1992-1996-cı illərdə Bakı şəhər Xalq deputatları sovetində təlimatçı və şöbə müdiri, 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifələrində işləyib. 2003-2012-ci illər ərzində özü təsis etdiyi "Euro style" LTD şirkətində çalışıb. Yəni onun fəaliyyətinin əhəmiyyətli dövrü sırf biznes layihələri ilə bağlı olub. Deyilənə görə, icra başçısı hazırda da aktiv biznes fəaliyyəti ilə məşğuldur. Əslində, məmurun borcu Sabunçu rayonunun sakinlərinə xidmət etmək və vətəndaşların problemləri ilə maraqlanmaqdır. Yerli sakinlərin mətbuatdakı çıxışlarından məlum olur ki, icra başçısı nəinki onları qayğılandıran problemləri həll edir, əksinə vətəndaşlara əlavə çətinliklər yaradır. Məsələn, bir müddət əvvəl sakinlər mətbuat orqanlarına müraciətlərində icra başçısının rayonda abadlıq işləri adı altında yaşıllıqları məhv etdiyini bildiriblər: "Biz Sabunçu rayonuna yeni başçı təyin olunanda çox sevindik. Allahtərəfi ilk ayı pis olmadı. Amma sonradan bu sevincimiz yasa döndü. Belə ki, icra başçısı abadlıq işləri altında rayonu başdan sona kimi qazdı, ticarət obyektlərini sökdürdü. Rayon ərazisində bir metr belə boş torpaq sahəsi tapa bilməzsiniz. Vəziyyət o həddə çatıb ki, başçının göstərişiylə vaxtı ilə mərhum prezidentimiz Heydər Əliyevin əmri əsasında salınan yaşıllıqlar məhv edilərək yeri ayrı-ayrı biznesmenlərə satıldı. Adil Vəliyevin sərəncamına əsasən rayonun Fətəliyev küçəsi 29-30 nömrəli binalarının birinci mərtəbəsində hər iki tərəfində, pəncərələrimizin işığını kəsərək qarşısında ticarət obyekti tikdilər. Səməd bəy Mehmandarov prospekti 40-42-38 nömrəli binaların qarşısındakı mini parkdakı və "Kapital Bank"ın 2 saylı filialının yaxınlığında, transformator stansiyasının yanındakı ağaclar kəsilərək ərazi tikinti şirkətinə satıldı. Daha hansı faktları sadalayaq?". Narazı sakinlərin də dediyi kimi, icra başçısı fəaliyyətinin yalnız ilk aylarında özünü müsbət tərəfdən göstərməyə çalışıb və bunun üçün müxtəlif tədbirlərə əl atıb. Xatırladaq ki, başçının sərt addımı Balaxanı qəsəbə üzrə icra nümayəndəsi Fərhad Qurbanovun işdən çıxarılması zamanı olmuşdu. Qəsəbədə keçirilən görüş zamanı sakinlər verilən, amma tutulmayan sözlərdən bezdiklərini bildiriblər. Onlar həmçinin uzun zamandır həll olunmayan problemlərindən gileyləniblər. Vətəndaşlar əsasən qəsəbənin yollarının bərbad halda olmasından, kanalizasiya xəttinin olmamasından və bəzi sənədləri almaq üçün onlardan rüşvət tələb olunduğundan şikayətləniblər. Görüşdə çıxış edən başçı isə bunları demişdi: "Mən buraya sizin bütün problemlərinizi, dərdinizi dinləməyə və həll etməyə gəlmişəm. Hər kəs bir-bir öz sualını, problemini desin. Biz də həll yolunu tapmağa çalışaq". Sakinlər əsasən qəsəbə icra nümayəndəsi Fərhad Qurbanovdan şikayətlərini dilə gətiriblər. Vətəndaşların sözlərinə görə, icra nümayəndəsi onlardan rüşvət tələb edib və bəzi sakinlər də məcbur qalıb bu pulları veriblər: "Fərhad Qurbanov özbaşına hərəkətlər edir. Çox adamdan onların sənədlərini həll etmək üçün pul istəyib. Bəzən də məcbur qalıb tələb etdiyi pulları vermişik. Başqa yolumuz yox idi. Amma artıq boğaza yığılmışıq. Hamımız ondan narazıyıq və dəyişdirilməsini istəyirik". Elə görüş zamanı başçı icra nüməyəndəsini vəzifəsindən çıxardı. Və bu hadisə yerli sakinlərin başçıya olan inamını artırdı, amma... Maraqlıdır ki, aradan bir neçə ay keçdikdən sonra Balaxanı sakinlərini cana doydurmuş icra nümayəndəsi yenidən vəzifəsinə bərpa edildi. İddialara əsasən, bunun qarşılığında F.Qurbanov icra başçısına 60 min dəfə minnətdarlıq edib. Bu isə o deməkdir ki, rayon rəhbəri bəzi yerli məmurların özbaşına əməllərinə qarşı mübarizədə zəif təsir bağışlayır. Yaxud da başı biznes işlərinə qarışdığından yerli məmurların fəaliyyəti ilə maraqlanmağa vaxt tapmır. Fikrimizcə, bu variant həqiqətə daha yaxındır. Çünki Sabunçu RİH rəhbərinin biznes imperiyası həddən artıq böyükdür və bu barədə mətbuatda dəfələrlə informasiya verilib. Belə ki, "Volkswagen", "Audi", "Seat", "Porsche" avtomobil markalarının ölkəmizdəki rəsmi dilerləri ona məxsusdur. Bundan başqa, icra başçısının ölkədə böyük tikililəri, mağazaları, şadlıq evlərinin olduğu da bildirilir. Bu arada, Adil Vəliyevin özü ilə yanaşı, yaxın qohumları da yağ-bal içində yaşayır. Məsələn, məmurun bacısı oğlu Şamil Həsənov kefinə korluq çəkdirmir, oliqarxlara məxsus həyat tərzi keçirir. Hələ üstəlik bunu sosial şəbəkələrdə də ictimailəşdirir. Bir müddət öncə bu gəncin sosial şəbəkələrdə maraqlı fotoları yayılıb. Həmin şəkillərə diqqətlə baxanda icra başçısının bacısı oğlunun sürdüyü maşınları, yaşadığı bahalı həyatı görməmək mümkün deyil. Hər halda onun sürdüyü maşınların hər birinin qiyməti bir professorun bütün ömrü boyu aldığı maaşdan artıqdır. Hələ onun hər gün nə qədər xərclədiyini, nələr geyinib, nələr yediyini və haralarda əylənməsini nəzərə almazsaq təbii ki. Buna nə sözünüz var, Adil müəllim? Biz hələ başçının oğlunun hansı işlərlə məşğul olmasından yazmırıq. Amma bu barədə də yaxın günlərdə maraqlı faktları ortaya qoyacağıq. Qeyd edək ki, icra başçısı ötən açıqlamalarından birində "Cənab prezident mənə etimad edib bu vəzifəyə təyin edibsə, mən də yüksək səviyyədə əhaliyə xidmət etməyə borcluyam" sözlərini işlədib. Əfsuslar olsun ki, məmurun sözləri ilə əməli üst-üstə düşmür. Növbəti saylarımızda Adil Vəliyevlə keçmiş müavini, yaxın dostu və nəhayət biznes ortağı Şakir Alıyevin arasındakı milyonluq qalmaqal, Maştağadan keçən ömür yolu və digər məsələlər haqqında maraqlı yazı dərc edəcəyik. Bizi izləməyi unutmayın.
\\ gundelik-baku.com \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru