Oqtay Şirəliyevin bu biabırçılığa müdaxiləsi şərtdir... - 200 min əhaliyə cəmi 3 Təcili yardım briqadası?
Tarix: 7-08-2015, 10:50 | Çap et
Bu gün Qafqaz Xəbər Agentliyinə maraqlı bir şikayət daxil olub.
Abşeron rayon sakini olan vətəndaş bildirir ki, bu gün səhər saatlarında ailə üzvlərindən birinin halı pisləşib və buna görə o Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına zəng edib. Amma xəstəsi olan vətəndaş uzun müddət təcili tibbi yardım maşını gözləsə də təcili yardım gəlməyib. Vətəndaş zəng edəndə isə Abşeron rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, Abşeron Rayon Səhiyyə şöbəsinin balansında cəmi 3 ədəd Təcili Tibbi yardım briqadası var ki, onlar da ərazidədirlər və təcili tibbi yardım maşını yalnız onlar gəldikdən sonra göndərə bilərik. Vətəndaş da ailə üzvünün vəziyyətinin daha da ağırlaşdığını görüb təcili olaraq Bakı şəhər xəstəxanalarının birinə üz tutub. Vətəndaş bildirir ki, Abşeron rayonunda ümumilikdə 300 mindən çox əhali yaşayır və onun 200 min-dən çoxu rayonda qeydiyyatdadır. Rayon ərazisinə bir şəhər, 8 qəsəbə, 6 kənd daxildir. Və o sual verir ki, bu qədər böyük bir rayona 3 təcili tibbi yardım biriqadası necə yardım edə bilər?! Vətəndaş düzgün düşünür ki,deməli eyni vaxtda 10, 15, və ya daha çox ağır xəstənin təcili yardıma ehtiyacı olsa, yalnız 3 vətəndaşa köməklik edilə biləcək, qalanları isə ya ölüm ayağında həkimləri gözləyəcək, ya da tığaclı yollarda uzun müddət vaxt sərf edərək Bakıya üz tutmalı olacaq.
Biz də Qafqaz xəbər Agentliyi olaraq bu məsələni araşdırmaq üçün Abşeron rayon səhiyyə şöbəsi ilə əlaqə saxladıq.
Telefonumuza cavab verən dispetçer Vəliyeva (adını demədi) faktı təsdiq edərək qeyd etdi ki “bəli ,cəmi 3 briqadamız var”. Müxbirimizin “Abşeron rayon ərazisinə 3 briqada az deyilmi” sualına“əlbəttə ki, azdır”, –deyə xanım Vəliyeva bildirdi. Müxbirimizin “bəs bununla bağlı lazımi orqanlara müraciətlər eləmisiz? sualına “Əlbəttə eləmişik, çox eləmişik. Cavab olaraq deyiblər ki, gözləyin veriləcək. Biz də gözləyirik”,- deyə Abşeron rayon səhiyyə şöbəsinin xanım əməkdaşı cavab verdi.
Biz bu məsələ ilə bağlı Abşeron rayon səhiyyə şöbəsinin müdiri ilə əlaqə saxlamaq istədik ,ancaq o məzuniyyətdə olduğu üçün suallarımıza müdirin müavini Raya Bayramova cavab verdi.
Müxbirimizin təcili tibbi yardım maşınlarının azlığı ilə bağlı sualına “İmkanımız buna çatır bunu eləyirik, bizim əlimizdə elə bir səlahiyyət yoxdur ki, biz nəsə edək”,- deyə Raya Bayramova cavab verdi.
Müxbirimizin “Bəs siz bununla lazımi orqanlara müraciət eləmisiz?”sualına “Əlbəttə eləmişik ,keçən il təkcə 5 ədəd məktubu mən yazıb göndərmişəm . Biz də çox narahatıq bu vəziyyətlə .Buna görə də bu məsələni qaldırmışıq, Səhiyyə Nazirliyinə də yazmışıq. Müraciətin nəticəsində bizə bir briqada da verilib”.
Müxbirimizin “bu qədər şikayət məktubundan, müraciətdən sonra elə yalnız bir briqada? !Yəni bir briqada bəs edirmi belə bir böyük rayona? !”fikrinə “İndi imkan daxilində bunu ediblər də.. Biz nə edə bilərik ki?!”, -deyə Raya Bayramova cavab verdi. Biz bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Mətbuat xidmətinin rəhbəri görüşdə olduğu üçün telefonumuza mətbuat xidmətinin Cavid Xəlilov adlı əməkdaşı cavab verdi.
Məsələ ilə bağlı Cavid Xəlilov bildirdi ki,orta hesabla 10- 12 min əhaliyə bir təcili tibbi yardım briqadası nəzərdə tutulur. Müxbirimizn “bizdə olan məlumata görə Abşeron rayon səhiyyəsində 3 təcili yardım briqadası fəaliyyət göstərir. 200 mindən çox əhalisi olan Abşeron rayonu üçün sizin hesabla 20-yə yaxın təcili yardım briqadası olmalıdır, ancaq 3 ədəd təcili tibbi yardım maşını var axı…” fikrinə “Bu barədə məlumatım yoxdur ,biz gərək bunu araşdıraq” ,-deyə mətbuat xidmətinin əməkdaşı cavab verdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
|