Bir aşıq lazımdır ki, buraların halına dastan bağlasın... - Sumqayıt Avtovağzalında böhranlı vəziyyət
Tarix: 20-08-2015, 10:51 | Çap et
Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi sahənin problemləri bitib-tükənmək bilmir Azərbaycanda əhalinin ən çox narazı qaldığı sahələrdən biri,bəlkə də birincisi nəqliyyat sahəsidir. Ancaq baxmayaraq ki,mətbuatda Nəqliyyat Nazirliyinin fəaliyyəti daima tənqid olunur, bu sahədə vəziyyət düzəlmir ki,düzəlmir. Buna bariz pis nümunələrdən biri də Sumqayıt Avtovağzalıdır.
Dünyada olan bütün şəhərlərin hamısına şəhərin girişindən daxil olanda gözə çarpan ilk bina avtovağzal binası olur. Şəhərin giriş qapısı sayılan və bir növ vizit kartı olan avtovağzalın vəziyyətinə uyğun olaraq, şəhərin hansı səviyyədə olması haqda mühakimə yürütmək olur.Sumqayıt ölkənin 3-cü böyük şəhəri olsa da avtovağzalı ucqar rayon avtovağzallarından elə də fərqlənmir. Şəhərin mərkəzi küçələrində Eldar Əzizov yalandan da olsa abadlıq işləri görsə də avtovağzalda hər mənada vəziyyət açınacaqlı olaraq qalıb. Avtovağzalın giriş binası alkopanla üzlənsə də içi və və avtobuslar dayanan həyət hissəsi müasirlikdən çox Afrikanı ,avtobus dayanacaqlarında qoyulan trafaretlər sovet dövrünün qalıqlarını xatırladır. Avtovağzalın həyətinin bərbad vəziyyətdə olan yol örtüyü isə kənd yollarına oxşayır.Təqdim etdiyimiz foto 4-5 il əvvəl çəkilib.Lakin bu bu müddət ərzində avtovağzalda zərrə qədər də müsbət dəyişiklik olmayıb. Amma avtovağzal təkcə zahirən pis gündə olsa idi dərd yarı idi.Burada elə bir qanunsuzluq,özbaşınalıq hökm sürür ki,“Sumqayıt Avtovağzalında dərəbəylik hökm sürür”desək çox yumşaq demiş olarıq. Sumqayıtın avtovağzalında sözün əsl mənasında biabırçı vəziyyət yaşanır.Afrikanı xatırladan Sumqayıt Avtovağzalı-FOTO
Ziya Məmmədov bura niyə göz yumur?
İlk növbədə burada sərnişinlərə göstərilən xidmətlərdə(?!) əsas diqqət çəkən məsələ bilet satışı ilə bağlıdır . Əslində burada bilet problemi qətiyyən yoxdur.Çünki bilet ümumiyyətlə yerli -dibli yoxdur.Sərnişinlər heç biletin üznü belə görməyib Hər gün Sumqayıt avtovağzalından paytaxt,Sədərək,Binə ticarət mərkəzlərinə, ölkənin digər şəhər və rayonlarına yüzlərlə kiçik və iritutumlu tutumlu avtobusların – mikroavtobuslarla minlərlə sərnişin gedir. Qiymətlərin Tarif Şurası təyin etdiyi marşrut qiymətlərindən xeyli baha,xidmətin isə sıfır səviyyəsində olması bir yana qalsın avtovağzalda orta komfortlu avtobuslar belə yoxdur. Vətəndaşların açıq şəkildə aldadılması burada adi normaya çevrilib. Avtovağzalda daima qanunsuzluqla üzləşən Sumqayıt sakinlərindən biri Bolgexeber.com-un redaksiyasına yazır ki,kassadan bilet almaq üşün qiymət soruşanda kassir elə bil bunu özünə təhqir,həmin adamı isə düşmən kimi qəbul edir. Kassirə çox “dirənəndə” deyir ki,bileti sürücü satır,bir az da “dirənəndə” deyir verə bilərəm, amma arxa yerlərdir,ən yaxşısı budur sürücünün özündən al. (guya sərnişinin qayğısına qalır)Maraqlıdır ki,kassirin deməsindən açıq-aşkar belə çıxır ki.Sumqayıtda biletlər kassada yox,çox gülməli və qəribə də olsa sürücülər tərəfindən satılır.Başqa bir oxucumuz da yazır ki,avtovağzalda mexanizm belə qurulub ki,sürücü reysə olan bütün biletləri topdan alır.Yəni qanunsuzluq bir növ qanuniləşdırılır.Hər vəchlə də bilet satmaqdan boyun qaçırılır. Dediyimiz kimi hər şey bir yana qalsın burada gedişhaqqılar da bütün istiqamətlərə, Tarif Şurasının təyin etdiyi,daha dəqiq desək, dövlətin qoyduğu marşrut qiymətlərindən xeyli bahadır. Məsələn,Xaçmaza gedənlərdən sürücülər və onların pulyığanları 4 manat gediş haqqı alır. Bolgexeber.com-un məlumatına görə, Tarif Şurasının müəyyən etdiyi qiymət isə hələ Bakıdan(Bakıdan məsafə 157 km,Sumqayıtdan isə 30 km qısadır.) 2 manat 51 qəpikdir. Bakıdan Şabrana (məsafə 122 km,Sumqayıtdan keçir )gediş haqqı 1.95 manat olduğu halda daha az məsafəyə görə 3 manat alınır. Bütün istiqamətlər üzrə gediş haqqılar bilet qiymətindən bahadır.Vətəndaşlar deyir ki, Sumqayıtda nə vaxt kassaya yaxınlaşıb bilet almaq istəyirlər, ya orada adam tapılmır, ya da ki adama elə cavab verirlər ki, bilet almaq yaddan çıxır. Digər biabırçılıq ondan ibarətdirdir ki,avtobuslar qrafiklə işləmir.Nə vaxt yerlər adamla tam doldu, o vaxt da yola düşür.Bu da sərnişinlərin haqlı narahatçılıqına səbəb olur.Hələ üstəlik uzaq məsafələrə gedən avtobuslarda əlavə oturacaq və avadanlıqların qanunsuz(Halbuki qanunla avtobusda nəzərdə tutulmayan əlavə oturacaq və avadanlıqların qanunsuz olaraq yerləşdirilməsinə görə həmin nəqliyyat vasitəsinin sahibi ən azından 150 manat məbləğində cərimə olunmalıdır)yerləşdirilir ki,bu da sərnişinlərin narahatçılığı bir yana qalsın ,qəza baş verərsə ölüm riskini birəon artırır. Məlumat üçün bildirək ki, “avtomobil nəqliyyatı ilə sərnişin daşınması Qaydalarına əsasən, hər bir sərnişin marşrut üzrə yalnız rəsmiləşdirilmiş bilet və ya onu əvəz edən hüquqi sənəd əsasında hərəkət edə bilər.
Həmin biletin üzərində sərnişinin adı və soyadı, həmçinin biletin qiyməti, avtobusun yola düşmə tarixi kimi əsas məlumatlar göstərilməlidir. Sərnişin əldə etdiyi bileti gediş müddəti ərzində özündə saxlamalı və bu sənəd onun mənzil başına çatdırılmasının təminatıdır. "Kimdən tələb edək? Kimin yanına gedirsən qışqırırlar adamın üstünə. Burada bilet satılmır axı. Kimdən tələb edəsən?",-sikayətçilər bildirir. Yadınızdadırsa bir neçə il əvvəl kanallardan biri Xaçmaz avtovağzalında anoloji bilet problemini qabartmışdı Çəkiliş zamanı avtovağzalın rəsmisi qeyri-səmimi olaraq demişdi ki,hər kəs kassaya yaxınlaşıb bilet ala bilər.
Bir müddət sonra çəkiliş aparılan avtobusdakı sərnişinlərə bilet satılmağa başladı. Amma sərnişinlər avtovağzal rəhbərliyinin bu addımını ərazidə çəkiliş aparılması ilə əlaqələndirdilər. "Çəkiliş olduğu üçün bilet satırlar. Birinci dəfədir ki bilet alıram. Həmişə burdan bilet alanda əlavə pul istəyirdilər deyə buradan almırdıq",-sərnişinlər dedilər. Məlumata görə orada yenə də köhnə hamam köhnə tasdır.Aydındır ki,belə ucuz variantlara avtovağzal rəsmiləri vəziyyətdən çıxmaq üçün ,gözdən pərdə asmaq üçün müvəqqəti gedirlər.
Redaksiyamiza yazan əslən Xaçmazadan olan Sumqayıt sakini deyir ki,bilet hələ Bakıdan 2 manat 55 qəpikdi. Sürücülər bizdən 4 manat alıb aparırlar Xaçmaza. O üzdən də bilet alanlara düşmən münasibət göstərilir. O dəfələrlə bu problemlə qarşılaşdığını deyir.Şikayətçi bildirir ki, belə hallar tez-tez olur.Bakı avtovaqzalında heç olmasa kassalar işləyir, Sürücülər bilet xoşlamasalar da bilet ala bilirlər. Elə hallar olur ki,sürücü sərnişin bilet aldığına görə hətta onu söyüb təhqir edir. “Neçə dəfə məni avtobusdan düşürtmək istəyiblər.”Hər dəfə Xaşmaza gedəndə stress yaşayıram. Qanunsuzla barışmadığım üçün həmişə başım ağrayır. Əgər hər kəs öz haqqını tələb etsə bəlkə də belə olmaz”,- Sumqayıt Avtovağzalındakı mövcud vəziyyətdən narazı vətəndaş deyir. Əslində bu cür özbaşınalıqlar digər rayonlara gedən bütün avtobus xəttlərində də müşahidə olunur.
Ümumiyyətlə Sumqayıt Avtovağzalında bilinmir sərnişindaşınma ilə hansı şirkət məşğul olur,kimlə müavilə bağlanılır.Nəzərə alsaq ki,sərnişinlər nağd ödəniş edirlər və hər gün rayonlara və Bakıya işləyən yüzlərlə marşrutlardan əlavə haqq yığılır, “eynəksiz” də ,mühasib olmadan da görmək olar ki, ortada vergidən yayınılan və müəyyən şəxslərin cibinə gedən 100 min manatlarla ölçülən böyük pullar var. Aydındır ki, avtovağzalda işləyən sürücülər qanunsuzluqlarda avtovağzal rəhbərliyi ilə sövdələşirlər.Ancaq ola bilsin ki,onlar da sivil qaydada işləmək itəyərdilər,amma şərtləri qoyan onlar olmadığından onlar da ailələrini dolandırmaq üçün mövcud reallıqlarla barışmalı olurlar.Ancaq bu da onlara tam haqq qazandıra bilməz.Çünki biz özümüz düzəlməsək vəziyyət də düzələn deyil.
Məsələ ilə bağlı Avtovağzal rəsmiləri ilə əlaqə yaradılmadı.Çünki nə mənası var?! Onsuz hər şey aydındır. Nə isə ,bir sözlə Sumqayıt Avtovağzalında vəziyyət heç vəziyyət ürəkaçan deyil. Görəsən bu barədə Nəqliyyat Nazirliyinin mətbuat katibi,hörmətli Namiq Həsənov nə düşünür?Bax bizə bu maraqlı olardı? P.S .Diqqəti çəkən bir məqamda Sumqayıt Avtovağzalında bu tipli yerlərdə adi olan allahın “Xoş Gəlmisiniz”“Yaxşı Yol “ yazılan löhvələrinə də rast gəlinməməsidir.Bu səbəbdən Avtovağzaldakı biabırçı duruma digər mənada “Yaxşı Yol! “ deməyin vaxtı çoxdan çatıb. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Dünən, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Dünən, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Dünən, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Dünən, 14:15 |
|
|
|
|