İslahatların ilk dalğasında kimlər vurulur - İddia: NƏQLİYYAT NAZİRLİYİ ləğv edilir
Tarix: 10-09-2015, 10:27 | Çap et
Nəqliyyat Nazirliyinin səlahiyyətləri bir-bir əlindən alınır. Əslində, bu günə qədər “Azərbaycan Hava Yolları” QSC (AZAL), həmçinin Xəzər Dəniz Gəmiçiliyi formal olaraq nazirliyin balansındadır. Amma bu qurumlar faktiki olaraq Nəqliyyat Nazirliyinə tabe olmurlar.
Yalnız bu günə qədər “Azərbaycan Dəmir Yolları” QSC və “Azəryolservis” ASC nazirliyə tabeçilik nümayiş etdirib.
Ölkə mətbuatına istinad etsək, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları”na sədr gətirilməsi bu qurumun da faktiki nazirliyin tabeçiliyindən çıxmasından xəbər verir.
Nazirliyin nəzarətində və hazırda qeyri-müəyyən durumda olan “Azəryolservis”ə də rəhbər təyin edilməsi gözlənilən şəxsin bir sıra şərtlər irəli sürdüyü iddia edilir... Beləcə “Azıryolservis” də əldən çıxır. Ümumən baxdıqda, nəqliyyata aid səlahiyyətlərin demək olar ki, çox hissəsi Nəqliyyat Nazirliyindən alınıb.
Ölkə Prezidentinin son günlər nəqliyyat sektoru ilə bağlı tənqidi fikirləri isə bu sahədə ciddi problemlərin olduğunu deməyə əsas verir. Prezident iki gün öncə keçirdiyi müşavirdə bildirib:
“Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcəkdir. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir”.
Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, noyabrda parlament seçkilərindən sonra ciddi struktur islahatlarına başlanacağı gözlənilir. Artıq bunun anonsu rəsmi şəkildə səsləndirilib.
Köklü dəyişikliklərin ediləcəyi nazirliklərin siyahısında ilk yerə məhz Nəqliyyat Nazirliyinin adının düşəcəyi proseslərin gedişindən açıq görünür.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Modern.az saytına deyib ki, ümumiyyətlə, nazirliklərin təsərrüfat fəaliyyəti ilə məşğul olması doğru deyil:
“Yalnız Nəqliyyat Nazirliyində deyil, bütün nazirliklərdə islahatlar aparılmalıdır ki, onlar təsərrüfat fəaliyyəti ilə məşğul olmasınlar. Nazirliyin vəzifəsi öz sahələrinin strateji inkişafını, taktiki problemlərini həll etməsi ilə məhdudlaşdırılmalıdır. Dünyanın bir çox ölkələrində nazirliklərin məhz bu funksiyası var. Həmin qurumlar bu sahənin 1, 5, 10 illik inkişaf proqramını hazırlayır və yön verməyə çalışır. Əvvəllər Azərbaycanda belə praktika var idi ki, nazirliklər həm də kommersiya işləri qurur, qapalı səhmdar cəmiyyət yaradır və bu yolla həm də birbaşa öz sahələrinə aid olan kommersiya fəaliyyəti ilə məşğul olaraq, bir növ inhisarçılıq yaradırdı. Beləcə, rəqabətli mühiti xeyli dərəcədə aşağı salırdılar. Açığı Nəqliyyat Nazirliyi ilə əlaqəli hər hansı siyasi qərar olub-olmayacağını bilmirəm. Amma olarsa da, onun səlahiyyətlərinin böyük bir hisəsinin kəsilməsi doğrudur və bu, gələcəkdə digər nazirliklərə də şamil olunmalıdır”.
İqtisadçı hesab edir ki, nazirliklərin biznesə müdaxiləsinin minimuma endirilməsi struktur islahatlarının əsasıdır:
“Əslində avtobuslar, nəqliyyat sahələri şəhər bələdiyyələri tərəfindən idarə olunmalıdır. Məsələn, Nəqliyyat Nazirliyinin işlərindən biri böyük infrastruktur layihəsi həyata keçirildiyi zaman onun iqtisadi pasportunu hazırlamaqdır. Yəni layihə bitəndən sonra onun iqtisadiyyata nə qədər xeyri olacaq, mal dövriyyəsini nə qədər artıracaq, büdcəyə daxilolmalarda neçə faiz artım gözlənilir və s... Dünya ölkələrindəki nazirliklər məhz bu yöndə fəaliyyət göstərir.
Nazirlik istər açıq, istərsə də qapalı səhmdar cəmiyyətin təsisçisi olmamalıdır. Nəqliyyat Nazirliyi hər hansı qurumun təsisçisi olanda onun lobbiçiliyi ilə də məşğul olmuş olur. Və həmin qurumun daha çox irəli getməsinə, daha çox gəlir əldə etməsinə və ona daha çox vəsait ayrılmasına çalışır. Bu isə maraqların toqquşması və rəqabətli mühitə ciddi ziyan vurur. Nazirliklər biznesdən, kommersiyadan nə qədər uzaq olsalar, bir o qədər iqtisadi mühitin sağlamlaşmasına töhvə vermiş olar və yaxşı nəticələr əldə edilər”.
N.Cəfərli nazirliyin tabeliyində olan Nəqliyyat Müfəttişliyinin ləğv olunmasının vacibliyini də vurğulayıb:
“Nəqliyyat Nazirliyinin balansında olan Nəqliyyat Müfəttişliyinin özü Azərbaycan qanunvericiliyinə zidd qurumdur. Nazirliyin yaratdığı qurum səhmdar cəmiyyət kimi fəaliyyət göstərir və onların qazancı sürücülərə yazılan cərimələrdən çıxır. Dövlət qapalı səhmdar cəmiyyətə cərimə yazmaq hüququnu verə bilməz. Ona görə də bu qurum özü ləğv olunmalıdır. Nəqliyyata nəzarət adlı qurum dövlət yol polisinin işinin bir hissəsini özünə götürür. Həm də nəzərə almaq lazımdır ki, sürücülərlə nəqliyyat müfəttişləri arasında mütəmadi olaraq narazılıqlar baş verir, qeyri-qanuni hərəkətlərə yol verirlər. Bütün bunlar göstərir ki, Nəqliyyat Nazirliyinin hələ də struktur islahatlarına ehtiyacı var. Hesab edirəm ki, onların əlində olan səlahiyyətlər daha çox azaldılmalıdır”.
Milli Məclisin deputatı Zahid Oruc da saytımıza açıqlamasında bu sahənin tənzimlənməyə ehtiyacı olduğunu deyib:
“Təəssüf ki, bizdə müxtəlif qurumlardakı islahatlar dərhal şəxsi konteksdə qəbul olunur. Mən düşünmürəm ki, həyata keçirilən tədbirlər həmin nazirə qarşı münasibətin tərkib hissəsidir. Həm taksi, həm də ictimai nəqliyyatın xidmətini elə səviyyədə qurmaq lazımdır ki, dövlət də yaratdığı şəraitə görə qanuni ödəmələri əldə edə bilsin. Narazılıqlar kifayət qədər çox oldu deyə, bir sıra islahatların həyata keçirilməsi labüdləşdi. Ən başlıca məsələ hər hansı qurumun özünə yaxın firma və şirkətləri meydana buraxmaqla digərlərini sıxışdırmaq deyil, qanunlar əsasında bərabər şəraiti təmin etməkdir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
|