3 rayonun icra başçısının dəyişdirilməsi qərarı ertələnib... - Seçkilərdən sonra...
Tarix: 15-10-2015, 09:06 | Çap et
Bir müddət əvvəl Faktinfo.az saytına verilən məlumatlara istinadən xəbərlər yaymışdıq ki, parlament seçkilərinə az müddət qalmış bir neçə rayonun icra başçısı əvəzlənəcək. Prosesə Azərbaycanın Qərb rayonlarından başlanacağını diqqətə çatdırmışdıq. “Qazax, Ağstafa, Tovuz rayonlarının icra başçıları əvəzlənir” başlıqlı məqalədə qeyd etmişdik ki, Qazax və Ağstafa rayon icra hakimiyyəti başçılarının yeri dəyişdiriləcək. Belə ki, Ağstafa rayon icra başçısı Məhərrəm Quliyevin Qazax rayon icra başçısı Ayaz Əsgərovun yerinə gətiriləcəyini, A.Əsgərovun isə Ağstafa rayonuna icra başçısı təyin olunacağını vurğulamışdıq. Hətta, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Ağstafa rayonuna icra başıçısı təyin olunma ehtimalını da istisna etməmişdik. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun isə 71 yaşının tamam olması, idarəetmədə buraxılan nöqsanlar, rayondan edilən şikayətlərin çoxluğu onun təqaüdə göndəriləcəyi ehtimallarını çoxaldır, -kimi fikirlər söyləmişdik. Bir az da qabağa gedərək bəyan etmişdik ki, bu barədə T.Zeynalovun özü də məlumatlıdır. Ona görə də T.Zeynalovun öz yerinə hazırladığı kadr Tovuz rayon 28 saylı TSEK-in sədri Arif Səmədovun olduğunu irəli sürmüşdük.
Əlbəttə, seçkilərə az müddət qalmış bir neçə rayon icra baçılarının yeri dəyişdirildi. Hətta bir başçı vəzifəsi ilə vidalaşdı. Lakin bu prosesə Qərb bölgəsindən deyil, paytaxt Bakı və Siyəzən rayonundan başlanıldı. Qərb rayonları ilə bağlı qərar isə qəbul olunmadı.
İndiki məqamda Faktinfo.az-a daxil olan məlumatlardan çıxış edərək təkrarən bildiririk ki, Qazax, Ağstafa və Tovuz rayon icra başçılarının yerdəyişməsi və yaxud işdən azad olunması prosesi parlament seçkilərindən sonra reallaşacaq. Məlumatda o da qeyd olunur ki, A.Əsgərov ciddi cəhdlə yerini ən azı Tovuz rayonuna dəyişmək istəyir. Tofiq Zeynalov isə yerinə 28 saylı TSEK-in sədri A.Səmədovun təyinat almasına çalışır. Çünki A.Səmədov həddindən çox imkanlı, həm də T.Zeynalova kifayət qədər itaət edən adamdır. Onun rayon İcra hakimiyyətində tutarlı dayaqları var. Eyni zamanda, Tovuz rayonunu idarə etmək onun gənclik arzusudur. Rusiyada həkim işlədiyi illərdə bu arzunun onda baş qaldırdığı və rayona bu həvəslə qayıtdığı bildirilir.
A.Əsgərova gəlincə, o yerini Tovuz rayonuna dəyişmək istəsə də, bunun mümkün olmayacağı söylənilir. Çünki, A.Əsgərov “Azərbaycan Dəmir Yollar” QSC-nin sabiq sədri Arif Əsgərovun qardaşıdır. Arif Əsgərov isə Ziya Məmmədovun kadrıdır. Bu o deməkdir ki, Arif Əsgərov Ziya Məmmədov “klan”ına daxildir. Ona görə də nəinki Ayaz Əsgərov, hətta Göyçay, Ucar və Quba rayon icra başçılarının yaxın bir ildə ümumiyyətlə işdən çıxarılma ehtimalı var. Bu səbəbdən daxil olan məlumatlara görə, Ayaz Əsgərovun Tovuz rayonuna icra baçısı təyin olunması mümkünsüz hesab olunur.
Qarşıdan gələn 1 noyabr 2015-ci il parlament seçkilərinin gedişinə uyğun olaraq Ağstafa, Qazax və Tovuz rayon icra başçıları seçkilərdən sonra dəyişdiriləcək. Daxil olan məlumatlara görə, çox böyük ehtimalla Qazax rayonuna M. Quliyev, Ağstafa rayonuna Ağcabədi RİH başçısı Şahin Məmmədov, Tovuz rayonuna isə Arif Səmədov təyin olunacaqdır. Bütün bunlara rəğmən nəzərə almaq lazımdır ki, icra başçılarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təyin edir. Onun iradəsindən kənar istənilən şəxsin hansısa bir rayona rəhbərlik etməsi mümkün deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|