Akif Süleymanov başına gələndən belə dərs çıxarmışa oxşamır - Rektorun rüşvət sistemi
Tarix: 19-10-2015, 08:54 | Çap et
Bildiyimiz kimi, 2013-cü ildən etibarən Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinə Akif Süleymanov rəhbərlik edir. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən əsaslı islahatlar fonunda bu təyinatın da sözügedən ali təhsil ocağının fəaliyyətinə yeni dinamika gətirəcəyi gözlənilirdi. Lakin aradan keçən keçən iki il ərzində Texnologiya Universitetinin fəaliyyəti ölkə mətbuatında dərc olunan materiallarda yalnız neqativ qiymətləndirmə ilə diqqəti cəlb etmiş oldu. Həmçinin qəzetimizdə dərc etdiyimiz yazılarda da qeyd olunmuşdu ki, daxil olan məlumatlarda Texnologiya Universitetində baş verən korrupsiya hallarının son vaxtlar daha da intensivləşdiyi vurğulanır. Universitet daxilində olan mənbələr iddia edirlər ki, bu ali tədris müəssisəsi tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə, bəlkə də bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Müxtəlif instansiyalara müraciət edən tələbələrin iddialarına görə universitetdə pul yığımları üçün ən müxtəlif səbəb və bəhanələr irəli sürülür. Əlbəttə ki, ön planda hər zaman olduğu kimi sessiya imtahanlarıdır. Məlumatlara görə, burada bir imtahanın qiyməti, fənnindən asılı olaraq, 100-200 manat civarında müəyyənləşdirilib. Daha sonra məlumatlarda bildirilir ki, hazırda Texnologiya Universitetində dərslərə davamiyyət də olduqca aşağı səviyyədədir. Səbəb isə budur ki, Akif Süleymanov tələbələrin böyük bir hissəsini 200-250 manata “aylığa” buraxır. Lakin son vaxtlar tələbələri istehsalat təcrübəsindən azad etmək üçün təyin olunmuş qiymətlər də kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Redaksiyamıza müraciət edən universitet tələbələri bildirirlər ki, rektor universitetdə bu sahədə də əməlli-başlı bazar açıb. Təqdim olunan açıqlamalarda universitetdə yaşanan daha bir ciddi problemin də işə qəbul məsələləri ilə bağlı olduğu bildirilirdi: “Rektor Akif Süleymanov 2015-ci ilin əvvəlindən aprel ayına kimi rüşvət alaraq universitetə 20-dən çox işçi götürüb. 2013-2014-cü illərin iyun-iyul aylarında isə, 50 nəfərdən çox əməkdaşı əsassız yerə işdən azad edən rektor, onların yerinə isə ixtisası uyğun olmayan digər şəxsləri rüşvət müqabilində işə götürüb...” Digər tərəfdən isə, daxil olan məlumatlarda Akif Süleymanov tərəfindən rəhbərlik etdiyi ali təhsil müəssisəsində külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə də yol verildiyi bildirilir. Maraqlıdır ki, hələ aprel ayının ortalarında Maliyyə Nazirliyi tərəfindən Texnologiya Universitetində aparılan yoxlamalar nəticəsində 500 min manatdan çox məbləğdə mənimsəmə faktının aşkarlandığına dair məlumatlar yayılmışdı. Məlumatlarda deyilirdi: “Maliyyə Nazirliyinin xüsusi komissiyası universitetin maliyyə və təsərrüfat şöbəsində araşdırmalar aparıb. Fevral ayında başlayan yoxlama bu günə kimi davam edir. Deyilənə görə, yoxlama zamanı 500 min manatdan çox yeyinti aşkarlanıb. Bu pul yeyintisi daha çox təsərrüfat şöbəsində üzə çıxarılıb. Komissiyanın baş inspektoru və komissiyanın sədri Mayis müəllim rektora bildirəndə ki, iş protokollaşıb Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək universitet rəhbəri bir neçə gün fikirləşdikdən sonra başqa qərara gəlib. O, Mayis müəllimə müəyyən təkliflərdə bulunaraq yaranmış problemi çözmək istəyib. Amma qarşı tərəf onun təklifini qəbul etməyib...” Bununla belə, sonradan aşakarlanmış yeyinti faktı ətrafında qalmaqal yatırıldı. Yoxlamanın nəticələri barədə isə, nə təkzib, nə də təsdiq edici məlumatlar verilmədi. Bundan bir müddət sonra isə, məlumatlarda Akif Süleymanov tərəfindən törədilən növbəti korrupsiya əməlinin üstü açıldı. Yayımlanan məlumatlara görə, tələbələrin adına saxta təqaüd kartları açan rektor məsələnin üstü açılandan sonra qaçmışdı. Həmçinin korrupsiya ilə bağlı baş verənləri mətbuata verdiyi açıqlamada universitetin rektor əvəzi Rövşən Əliyev də təsdiqləmişdi. Rövşən Əliyevin verdiyi məlumata görə, Maliyyə Nazirliyinin “təftiş komissiyası” aparılan yoxlamalar zamanı bir çox nöqsanlar aşkarlamışdı. Bu nöqsanlardanbiri də bu olub ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq “Kapital bank”ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib. Lakin artıq avqust ayında Akif Süleymanov heç bir şey baş verməyibmiş kimi, yenidən universitetə qayıtdı və hətta ona ittihamlara özünə sərf edən şəkildə cavab vermək imkanı da yaradıldı. Bundan sonra isə Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirildi. Təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunaraq, Təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçiləri vəzifədən azad olundular. Akif Süleymanov isə, bütün bu törətdikləri əməllərin müqabilində sadəcə töhmətlə yaxasını cəzadan qurtarmış oldu. Elə nazirliyin rəhbər şəxslərinin iştirakı ilə keçirilən iclasla da bütün söz-söhbətlərə son qoyuldu. Belə qənaətə gəlmək olur ki, Texnologiya Universitetinin rəhbəri həyata keçirdiyi korrupsiya əməllərindən əldə etdiyi gəlirləri tək xərcləməyib. Məhz bu səbəbdən həmin şəxslər rektorun postunu qorumasında yaxından yardımçı olublar...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|