“Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                     Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? .....                     Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır .....                     İcra başçısının oğlu məhkəməyə verildi .....                     “Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur .....                     "Xəzər RİH bizi yola verir" .....                     Ukraynaya kimin qalib gələməsi sərfəlidir? .....                     Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? .....                     İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib .....                     "Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" .....                     O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                 

Eldar Mahmudovun ilk hədəflərindən biri o olmuşdu... - MTN-nin gedər-gəlməzə göndərdiyi peşəkar kəşfiyyatçı
Tarix: 3-11-2015, 09:17 | Çap et
Eldar Mahmudovun ilk hədəflərindən biri o olmuşdu...
Milli Təhlükəsizlik Nazirliyində (MTN) kök salan cinayətkar dəstə ilə bağlı hər gün yeni faktlar ortaya çıxır. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən azad edib. Bundan sonra prezidentin nəzarəti ilə bu nazirlikdə əməliyyat keçirilib, nazirliyin yüksək çinli əməkdaşları saxlanılıb. Onlar sahibkarları incitməkdə, ölkədə kiçik biznesin inkişafına mane törətməkdə, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. Hazırda MTN-nin 15 əməkdaşı həbs edilib, qeyri rəsmi məlumatlara görə, həbslər davam edəcək. Həbs edilənlər arasında yüksək çinli generallarda var. Bir neçə general isə tutduğu vəzifədən azad olunub. Yeri gəlmişkən, qeyd edək ki, həbs edilənlərin bəzilər “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunu pozmaqda təqsirli bilinir. MTN ətrafında bu hadisələr baş verəndə mediada cinayətkar dəstənin Azərbaycanın ali hakimiyyət orqanlarının telefon danışıqlarına qeyri qanunu qulaq asması haqqında məlumatlarda dövriyəyə buraxılmışdı. Daha dəqiq desək bu cinayətkar qrupun iş adamlarından tutmuş yüksək çinli məmurlara qədər, hətta ölkə rəhbərliyinin telefon danışıqlarına qulaq asması kimi iddialar ortaya atılmışdı. Təbii ki, bütün ittihamlara məhkəmə prosesində aydınlıq gətiriləcək. Amma dövlətin bel sütunu, qulağı və gözü hesab olunan MTN-də baş verən bu olaylar bizə bir neçə il əvvəl baş verən olayı xatırladır.

MTN-nin 2007-ci ildə AZAL-a özünə yaxın şəxsləri yerləşdirib

Söhbət bir neçə il əvvəl, daha dəqiq desək 2007-ci ilin 6 sentyabrında həbs edilən “Azərbaycan Hava Yolları” (AzAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi Emil Süleymanov və daha 4 nəfərin həbsindən gedir. Həmin dövrdə Emin Süleymanovla yanaşı idarənin Operativ İdarəetmə Xidmətinin rəisi Tamerlan Mikayılov, xidmətin mühəndis-elektronçusu Tahir Əsədzadə, idarənin mühəndis-proqramçısı Faiq Quliyev və MTN-nin əməkdaşı, Rafət Əliyevin həbs edilib.

E. Süleymanova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274-cü (dövlətə xəyanət), 308-ci (vəzifə səlahiyyətlərini aşma), T. Mikayılova qarşı CM-in 228.1-ci, 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), T. Əsədzadəyə qarşı CM-in 228.1, 302.2 və 308.1-ci, F. Quliyev və R. Əliyevə qarşı isə CM-in 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) və 341.2.2-ci (eyni əməllər silah tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Emin Süleymanov 15 il müddətinə azadlıqdan mərhum edilib. Onunla birlikdə həbs edilən şəxslər isə 3-5 il müddətində həbsə göndərilib. E. Süleymanovun anası Zərifə Süleymanova hələ 2007-ci ildə mətbuata açıqlaması zamanı bəyan edirdi ki, oğluna MTN-də ciddi işgəncə verilib. Ondan saxta ittihamları boynuna almaq istənilib, əks təqdirdə isə bir neçə ay yaşayacağı deyilib. Hazırda isə Süleymanov və daha bir neçə şəxs sərt rejimli cəzaçəkmə müəssisələrində layiq olmadığı “cəzalarını” çəkirlər.

Namiq Abbasov Emil Süleymanovun təcrübəsini nəzərə alaraq yaşıl işıq yandırıb

Qeyd edək ki, Emil Süleyman məsələsinin indi gündəmə gəlməsi təsadüfi deyil. Çünki hələ bu şəxsin həbsindən bir neçə ay sonra ona məhz MTN tərəfindən “torba” tikilərək həbsə göndərildiyi haqqında söz-söhbət yayılmağa başlamışdı. Qeyd edək ki, E. Süleymanov əslən Ordubadın Dırnıs kəndindəndir. Sonralar atası işlə əlaqədar Bakıya gəlib və beləliklə Süleymanovlar ailəsi paytaxtda məskunlaşıb. Emin Süleymanov isə Prezident yanında Xüsusi İdarədə çalışıb. 1993-cü ildə Heydər Əliyev iqtidarına qarşı təşkil edilən çevrilişlərə qarşı aktiv fəaliyyət ortaya qoyan Süleymanov az sonra Xüsusi İdarədə şöbə rəisi vəzifəsinə irəli çəkilib. Bu idarə MTN-nin tərkibinə verildikdən bir müddət sonra E.Süleymanov təqaüdə göndərilib. Bundan sonra Süleymanov biznes fəaliyyəti ilə məşğul olmaq qərarına gəlib, hətta bir dəfə ölkədən xaricə getmək istəyərkən bəlli olub ki, onun ölkəni tərk etməsinə stop qoyulub. Bunu bildikdən sonra o zamankı MTN şefi Namiq Abbasovla əlaqə saxlayıb, az sonra ona qoyulan stop aradan qaldırılıb. Təbii ki, təcrübəli çekist kimi ad çıxaran Namiq Abbasovun belə bir qərar verməsi də, təsadüfi olmayıb. O, Süleymanovun təcrübəli mütəxəssis olduğunu, ölkəyə heç zaman ziyan vurmayacağını nəzərə alaraq bu qərarı verdiyi şübhə doğurmur. Əks təqdirdə Süleymanova kiçik və lazımsız vəzifə iş təklif etməklə onu nəzarətində saxlamaq qərarına da gələ bilərdi...

MTN-dəki cinayətkar qrupa baş əyməyən şəxslər Aviasiya Təhlükəsizliyi İdarəsindəki işlərini itirib

Həmin ildə Emil Süleymanov bizneslə məşğul olmaq qərarını dəyişib. Buna səbəb isə ona yeni iş təklifi olub. 2004-cü ilin martında Süleymanov “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi təyin edilib. Bundan sonra Aviasiya Təhlükəsizliyi İdarəsində ciddi islahatlar həyata keçirilib, bu qurumun əməkdaşlarının rüşvət alması hallarının qarşısı kəsilib. 2004-2007-ci illərdə bu xidmətin istənilən əməkdaşlı rüşvət alan anda ərizə yazaraq işdən çıxarılıb. Həmin dövrdə işdən çıxarılanların ərizəsi ilə tanışlıq bu fikirlərin nə dərəcədə doğru olduğunu ortaya qoya bilər. Süleymanov xidməti saat mexanizmi kimi qurub, bu zaman H. Əliyev adına hava limanına daxil olan hər bir vətəndaş ciddi yoxlamadan keçirilib. Bu isə müəyyən söz-söhbətlərə əsas yaradıb. Həmin zaman MTN-nin aeroportda çalışan əməkdaşlarının, hətta rəisinin belə yoxlanmadan sonra içəri buraxılması bu qurumda ciddi narazılıq yaradıb. Məhz bundan sonra MTN-lə Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi arasında problemlər yaranmağa başlayıb. Lakin Süleymanov bu mövqeyindən geri çəkilməyib. Normalda hava limanında Azərbaycan prezidenti və onun ailə üzvləri, baş nazir və ailə üzvləri, Milli Məclisin sədri və ailə üzvləri hər hansı yoxlanışdan keçməyərək təyyarəyə əyləşə bilər. Süleymanovda bunu əsas götürərək hər kəsin yoxlanmasını, təlimatlara ciddi əməl olunmasını istəyib. Bu isə şübhəsiz ki, MTN kimi bir qurumun narahatlığına səbəb olub. Məhz Süleymanovun dövründə bu qurum kənardan Aviasiya Təhlükəsizliyi İdarəsinə nəzarət edib, lakin onun təşkil etdiyi yoxlama əməliyyatlarının heç biri baş tutmayıb. Yəni kimsə aeroporta partlayıcı və ya alışqan maddə, eləcədə narkotik daxil edə bilməyib. Bu da, şübhəsiz ki, AZAL-da Süleymanovun nüfuzunun artmasına səbəb olub. AZAL prezidenti C. Əsgərovda bu durumdan razı qalıb və dəfələrlə Süleymanova təşəkkür edərək onun arxasında durduğunu bildirib. Lakin 2007-ci ilin sentyabrın 6-da Süleymanov həbs edilib. Ona insan alverinə şərait yaratmaq ittihamı verilsə də, bunun qeyri ciddi olduğunu ittihamı hazırlayan nazirlik dərhal anlayıb. Və sonra Süleymanov Azərbaycan rəhbərliyini dinləmə kimi saxta bir “iddia” ilə həbs edilib, dövlətə xəyanətdə təqsirli bilinib. Onun həbsindən sonra Aviasiya Təhlükəsizliyi İdarəsində bir sıra kadr dəyişiklikləri baş verib, işini bilən mütəxəssislər yeni şəxslərlə əvəzlənib.

Pulları ölkədən çıxarmaq üçün ləyaqətli şəxslər həbsə göndərilib

MTN-dəki cinayətkar qrup Süleymanovu Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsindən götürməsi, ona saxta ittihamlar düzəltməsi və nəhayətdə həbsə göndərməyə nail olmasının xüsusi məqsədlə edib. Hazırda mediada bu qrupun ölkədən küllü miqdarda pul çıxardığına dair məlumatlar yayılır. Şübhəsiz ki, bu maliyyənin bir hissəsi də, məhz hava limanı vasitəsi ilə ölkədən çıxarılıb. Müşahidələr və faktların təhlili göstərir ki, Süleymanovun Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi olduğu müddətdə cinayətkar qrup imkanlarını reallaşdıra və hava limanı vasitəsi ilə xaricə pul çıxara bilməyəcəyini dəqiqləşdirib. Məhz bu səbəbdən də, idarə rəisini “ilişdirib”. Onunla yanaşı bir neçə şəxsdə “gedər-gəlməzə” göndərilib. Bundan sonra isə hava limanı müəyyən qədər bu cinayətkar qrupun nəzarətinə keçib, bu zaman qanunsuz yollarla əldə olunan vəsaitlərin xaricə çıxarılması da problem olmayıb. İndi ortaya çıxan bəzi məlumatlarda dediklərimizin nə dərəcədə doğru olduğunu ortaya qoyur.

8 il sonra Aviasiya Təhlükəsizlik Xidməti MTN əməkdaşlarından təmizlənir

Dünən yayılan məlumata görə, Heydər Əliyev adına Hava Limanının Təhlükəsizlik Xidmətinin 40-a yaxın əməkdaşı işdən çıxarılıb. Xidmətdən verilən məlumata görə, çıxarılanlardan 9 nəfəri rəislərdir (növbə və şöbə rəisləri). Məlumata görə, Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi Rasim Hüseynov əməkdaşlara Aviasiya Təhlükəsizlik İdarəsinin rəisi Elxan Orucov tərəfindən çağırıldıqlarını bildirib. E. Orucov isə yanına gələn əməkdaşlara işdən çıxmaları ilə bağlı ərizə yazmalarını tapşırıb. Səbəbini soruşan işçilərə isə əlavə izahat verilməyib. 30 əməkdaşdan məcburi şəkildə işdən azad olunmaları ilə bağlı ərizə alınıb və onların hava limanındakı işinə xitam verilib.
Daha sonra isə 10 əməkdaş da eyni yolla işdən uzaqlaşdırılıb. Məlumata görə, əməkdaşların işdən çıxarılmasına səbəb Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqələrinin olmasıdır. Daxil olan məlumatda bildirilir ki, işdən çıxarılanlardan bəzilərinin həqiqətən də MTN-lə əlaqəsi olub: “Lakin onların sayı 8-9 olardı, ya olmazdı. Qalanları 400 manata işləyən uşaqlar idi. MTN-lə heç bir əlaqəsi olmayan uşaqları da o birilərə görə işdən çıxardılar. Hələ də işdən çıxarmağa davam edirlər. Hava limanında 4 növbə təhlükəsizlik xidməti var. Hər növbədə də 140 işçi. Belə getsə hələ nə qədər əməkdaşı “MTN işi” nə görə çıxaracaqlar”.

Cinayətkar qrupun həbsə atdığı şəxslər azad olunacaqmı?

Sabiq MTN şefi Eldar Mahmudovun həbs etdirdiyi Emil Süleymanov və aylıq 300-400 manat əmək haqqına işləyən şəxslər guya prezidenti dinləyirmiş, hava limanında prezidentin əyləşdiyi otağa “jıçok” yerləşdiribmiş və hətta danışıqları sonradan Rusiya kəşfiyyatına “göndərirmiş”. Bu saxta işin üzərindən 8 il sonra Eldar Mahmudovun özünün prezidentə xəyanət etdiyi, ona etimad edilən böyük bir vəzifəni şəxsi məqsədləri üçün istifadə etdiyi bəlli olur. Hətta qeyri rəsmi iddialara görə, sabiq nazir dövlət başçısının, onun ailə üzvlərinin və ali hakimiyyət orqanlarında təmsil olunan yüksək ranqlı məmurların danışıqlarına qulaq asmaq kimi axmaq bir işlə məşğul imiş. Emil Süleymanovu isə əməkdaşları peşəkar xüsusi xidmət orqanının əməkdaşı, öz işçilərindən nizam-intizam tələb edən rəis kimi xatırlayır. Şübhəsiz ki, cinayətkar qrupun 8 il əvvəl Azərbaycanın ən peşəkar çekistinə tikdiyi saxta qurama işinin bu yaxınlarda açılacağı, daha bir cinayətin ortaya çıxacağına, suların bir qədər də durulacağına ümidlər hələdə qalır...
\\GundemXeber\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Bu gün, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Bu gün, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Bu gün, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Bu gün, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Bu gün, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Bu gün, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Bu gün, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Bu gün, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Bu gün, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Bu gün, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Bu gün, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Bu gün, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Bu gün, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Bu gün, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Bu gün, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Bu gün, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Bu gün, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Bu gün, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Bu gün, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Bu gün, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Bu gün, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru