Bu vurhavurda hələlik hədəf olmaqdan yayına bilib... - Amma hələlik...
Tarix: 12-12-2015, 11:03 | Çap et
2013-cü il Prezident seçkilərindən sonra hakim komadada ciddi islahatlara start verildi. Xüsusən də bəzi dövlət qurumlarının ləğv olunması, bəzilərinin isə səlahiyyətlərinin azaldılması istiqamətində atılan addımlar da xüsusi diqqəti çəkir. Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilərək səlahiyyətlərinin 3 qurum arasında bölüşdürülməsini, "Bakıelektrikşəbəkə"nin əvəzində "Azərişıq" ASC-nin yaradılması kimi struktur dəyişikliklərin həyata keçirilməsi də təqdir oluna bilər.
Amma ölkə başçısının islahat paketinin bununla bitmədiyi ortadıdır. Belə ki, qarşıdakı dövrdə də bir sıra dövlət qurumları ilə bağlı da analoji qərarların veriləcəyi gözlənilir. Son günlər mətbuatda bəzi nazirlik və komitələrin ləğv olunacağı ilə bağlı xəbərlər yayılır. İddia edilir ki, bəzi dövlət qurumları ləğv olunacaq və yaxud birləşdiriləcək. Bu cür təbliğatın aparılması da cəmiyyətdə nəbz yoxlamaq məqsədi daşıyır. "Unikal"a daxil olan məlumata görə, hazırda ilk sırada olan dövlət qurumlarından biri Diasporla İş üzrə Dövlət Komitəsidir. Əslində, Nazim İbrahimovun rəhbəri olduğu bu qurumun ləğv olunması ilə bağlı məsələ xeyli müddətdir ki, gündəmdədir. Sadəcə olaraq, daha ciddi məsələlər gündəmə gəldiyi üçün bu qurumla bağlı qərar ertələnmişdi. Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, yaxın bir ay ərzində Diasporla İş üzrə Dövlət Komitəsi ləğv ediləcək. Qeyd edək ki, Nazim İbrahimovun rəhbərlik etdiyi qurum Xarici İşlər Nazirliyinin tabeliyinə keçəcək və Diasporla İş üzrə Departament kimi fəaliyyət göstərəcək: "Bilirsiniz ki, Nazim İbrahimov bir vaxtlar hakimiyyətin yuxarı dairələrində müsbət qəbul olunan məmurlardan sayılırdı. O da bu imkandan istifadə edərək, yaxın ətrafını komitəyə toplayaraq, komanda formalaşdırmışdı. Amma bu islahatdan sonra onun ən yaxın adamları işdən uzaqlaşdırılacaq. Təbii ki, Nazim İbrahimovla bağlı belə bir qərarın verilməsinin də səbəbləri var. İlk baxışdan, ciddi qurum kimi görünməsə də, Diasporla İş üzrə Dövlət Komitəsi hakimiyyət üçün əhəmiyyətli strukturdur. Elə buna görə həmin qurumun formalaşdırılması və güclənməsi üçün lazım olun bütün addımlar atılmışdı. Hətta gərəyindən artıq maliyyə vəsaiti də ayrılmışdı. Amma Nazim İbrahimov ona göstərilən etimadı doğrultmadı. O, büdcə vəsitlərini Azərbaycanın diasporasının inkişafına xərcləməkdənsə, yaxın ətrafının varlanmasına yönəltdi. Xarici dövlətlərdə azərbaycanlıların problemlərini həll etmək, lobbiçilik siyasəti qurmaqdansa, şəxsi biznesini qurmağa çalışdı. Yəni, Nazim İbrahimov Azərbaycan diasporasını bərbad, öz şəxsi biznesini abad etdi. Sözsüz ki, onun bu əməlləri cəzasız qalmayacaq. Sadəcə olaraq, daha öncəlikli məsələlər ortaya çıxdığından ertələnirdi. Amma artıq son qərar verilib". Məlumat üçün bildirək ki, 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. 2008-ci ildə isə bu komitənin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi təşkil edilib. Aradan keçən 13 ildə quruma ancaq bir nəfər - onun indiki sədri Nazim İbrahimov rəhbərlik edib. "Hazırda komitənin fəaliyyəindən ciddi narazılıq var. Hesab edilir ki, o qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində kifayət qədər funksionallıq nümayiş etdirə bilmir. Bundan başqa, Nazim İbrahimovla Azərbaycanın müxtəlif ölkələrindəki bir sıra nüfuzlu diaspor liderləri arasında kəskin münasibətlər mövcuddur. Onlar elə bu səbəbdən İbrahimovun rəhbərlik etdiyi komitə ilə əməkdaşlıqda maraqlı və həvəsli deyillər. Bu da Diasporla İş üzrə Dövlət Komitəsi ilə bağlı müəyyən islahatların aparılmasını zəruri edir" deyə mənbəmiz bildirib. Xatırladaq ki, son günlər bu il keçirilən parlament seçkilərindən sonra oxşar funksiyaları həyata keçirən bir sıra nazirlik və komitələrin ləğv ediləcəyi və ya birləşdiriləcəyi ilə bağlı məlumatlar yayılır. Belə görünür, artıq Diasporla İş üzrə Dövlət Komitəsi də həmin aqibəti yaşayacaq qurumlardan birinə çevrilir. Maraqlı məqamlardan biri də odur ki, struktur islahatları ilə bağlı məsələ mətbuatın gündəminə elə-belə düşməyib. Hakim siyasi kursunun önəmli simalarından sayılan millət vəkili Zahid Oruc bir müddət öncə bu məsələlərlə bağlı davamlı çıxışlar edirdi. Sözsüz ki, bu çıxışlar millət vəkilinin şəxsi təşəbbüsündən irəli gəlmirdi. Z.Oruc hesab edir ki, hər hansı nazirliyi birləşdirmək, onların qarşıdakı dönəmdə büdcə gəlirlərinin azalmasına rəğmən süni ixtisarlar aparılması demək deyil. Millət vəkilinin sözlərinə görə, sözügedən məsələnin əslində vətəndaş üçün daha optimal məmur sayına dayanan bir hökumətlə işləməsi fikrini kənara qoyub, bunu ayrı-ayrı məmurları qorxutmaq, onu təhlükə amilinə çevirmək kimi əks cinahdan istifadə cəhdləri hiss olunur: "Bu, çox yalnış idi. Əslində bizim irəliyə sürdüyümüz ideyalar ölkə başçısının buna qədərki dövrdə açıqlamalarına söykənirdi. Cənab prezident sonuncu müşavirəsində belə islahatlar amilini qabartdı. Dövlət strukturlarının daha peşəkar çalışması, onların funksional təyinatının dəqiq sərhədlərlə ölçülməsi məsələlərindən bəhs etdi. Həm də bundan öncə bir iki struktur arasında belə paralelliyin aradan qaldırılmasının vətəndaş üzərində qurulmuş o bürokratik sistemin məhvi kimi də dəyərləndirmək olardı. Bu kompleks məsələlərə rəğmən biz söylədik ki, gələcək dövrdə heç şübhəsiz ki, Azərbaycanda hökumətin fəaliyyətinin daha da konkretləşdirilməsi yönündə addımlar atılacaq. Dünyada əhalinin 100 min nəfərinə düşən məmur sayı ilə bağlı kvotalar var. Bu həmin ölkələrin siyasi hakimiyyət formasından, idarəetmə quruluşundan asılı olmayaraq belədir". Görünən odur ki, hakimiyyətin yuxarı dairələrində Nazim İbrahimovla bağlı qərar verilib. Sadəcə olaraq, bu cür önəmli qərarların gerçəkləşməsi üçün münasib zaman gözlənilir. Yəqin ki, ilin sonuna kimi qərar qətiləşəcək və yeni ildən Diasporla İş üzrə Dövlət Komitəsi adlı qurum tarixin arxivinə göndəriləcək. Bu vəsilə ilə Nazim İbrahimov da işsiz qalacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|