İsmayıllıda başçı inhisarçılığı... - Mirdaməd Sadıqov necə sərvət sahibi olur...
Tarix: 2-01-2016, 14:04 | Çap et
Mirdaməd Sadıqov son 2 ildə xeyli dəyişib və Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib. «İsmayıllı Tkinti-27» ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır. Manatın növbəti devalvasiyasından sonra ölkəmizin çətin sınaq qarşısında olduğu açıq-aydın görünür. Bu gün büdcə vəsaitlərinin qənaətlə və dürüst xərclənməsi, vətəndaşların rifahına yönələn addımların atılması gərəkdiyi halda, bəzi məmurlar məsələnin ciddiliyini qəbul etmir və öz səlahiyyətlərindən gen-bol sui-istifadə etməyə davam edirlər. Xüsusilə də son zamanlar Azərbaycanın müxtəlif rayonlardan məmurların özbaşınalığı, sosial problemləri görməzdən gələrək büdcədən ayrılan dotasiyaları «tikinti-abadlaşdırma» işləri adı ilə həzm-rabedən keçirməsi barədə müxtəlif məlumatlar alırıq. Bölgələrdə işsizlik, sosial problemlər əhalinin ciddi narazılığına səbəb olduğu halda, bu məmurlar heç nədən qorxmur və öz «səltənət»lərinə «müntəzəm» qaydada davam edirlər. Necə deyərlər, «böhran kasıblar üçündür, varlılar üçün yox». Son zamanlar Qafqaznews.az saytına göndərilən müxtəlif şikayət məktubları və məlumatlar arasında İsmayıllı rayonu və onun rəhbəri Mirdaməd Sadıqovun da adını görəndə təəccübləndik. Yəqin ki, cəmi iki il əvvəl baş vermiş İsmayıllı hadisələri bir çox oxucumuzun yadından çıxmayıb. Ələkbərovların rayondakı rüşvətxorluq, saymazyanalıq və dərəbəyliklə müşayiət olunan «fəaliyyəti» insanların səbir kasasını daşırmış, nəticədə ölkəmizin dünya gündəmində də müzakirə olunmasına gətirib çıxaran iğtişaşlar baş vermişdi. Dövlət başçısı İlham Əliyev həmin hadisələrdən sonra, rayondakı vəziyyəti müsbət istiqamətdə dəyişmək məqsədi ilə, İsmayıllıda doğulan, rayon camaatına yaxşı tanış olan Mirdaməd Sadıqovu ora RİH başçısı təyin etmişdi. Məlumatlardan belə görünür ki, çoxumuzun təcrübəli kadr və insaflı pedaqoq kimi ümidlər bəslədiyimiz M.Sadıqov son 2 ildə xeyli dəyişib və Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib. Xüsusilə də, Mirdaməd Sadıqovun tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait «yeməsi» barədə iddialar var. Belə ki, Nizami Ələkbərovun vaxtında bir çox dövlət sifarişlərini icra edən, ənənəvi «tender qalibi» kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən «VAFİ-Region» MMC şirkətinin «qabaqcıl» yerini indi «İsmayıllı Tikinti – 27» ASC tutub. Məsələnin maraqlı tərəfi ondadır ki, M.Sadıqovun «etibarlı» şirkəti kimi tanınan bu şirkət də «VAFİ-Region» MMC ilə eyni ünvanda qeydiyyatdadır. Lakin bundan əvvəl də mətbuatın araşdırmaları nəticəsində məlum olmuşdu ki, bu ünvanda, yəni M.Orucov-100 ünvanında Ruhiya Cavadova adlı vətəndaş yaşayır və heç bir şirkətlə əlaqəsi yoxdur. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, «İsmayıllı Tkinti-27» ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır. Belə ki, «İsmayıllı Tkinti-27» ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan çox büdcə vəsaitinin mənimsənilməsində iştirak edib. Həmçinin Sadıqovun sevimli «icraçı»ları arasında «Ağçay-48» və «ÜlviMİ» adlı MMC-lərin də adı çəkilir. Bu şirkətlərin hər ikisinin hüquqi ünvanı rəsmi sənədlərdə eyni ünvan – Aslanov küçəsi 17 göstərilib. Rayonda «siyam əkizləri» kimi yada salınan bu şirkətlər İsmayıllı şəhərində və kəndlərdə bağçaların, körpələr evlərinin tikintisi və əsaslı təmirinə cəlb olunur, müxtəlif «abadlaşdırma» layihələrinin əsas oyunçusuna çevrilirlər. Görünür ki, bu şirkətlər ya Sadıqovun yaxın çevrəsinə məxsusdur, ya da yeni icra başçısı rayona «adaptasiya» olmaq məqsədi ilə bəzi şəxslərin «biznes»inə yol açmağa qərar verib. RİH və kəndlərin icra nümayəndəliklərinin sifarişi ilə həyata keçirilən ərzaq alqı-satqısı isə ancaq və ancaq «N-L» MMC (Rəhbəri Rafiq Dadaşov) ilə görülür ki, bu da, açıq-aşkar «otkat» əməliyyatından xəbər verir. Belə ki, ənənəvi «otkat» əməliyyatlarında dövlət sifarişi kimi nəzərdə tutulan məhsullar dəyərindən baha qiymətə müəyyən bir şirkətdən alınır, sonra isə həmin pullar dövlət məmuru ilə işbazlar arasında bölüşdürülür. İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov və onun yaxın çevrəsinin rayonda nəinki tikinti, bütün sahələrdə monopoliya yaratdığı, «sahibkarlığın inkişafı»nı ancaq dar çevrədə apardığı da qeyd olunur. Belə ki, məlumat verən mənbə İsmayıllıda iş görmək, yeni obyektlər açıb işsizlik səviyyəsini azaltmaq istəyən sahibkarlara «xüsusi seçim»lə yanaşıldığını, bu işlərin ancaq müəyyən qrupun icazəsi və xeyir-duası ilə baş tutduğunu bildirib. Mənbə bildirir ki, başqa rayonlardan olan, xüsusilə də, qaçqın və məcburi köçkünlərin rayonda hər hansı biznes fəaliyyəti yaratmasına imkan verilmir, hətta RİH başçısı özü də dəfələrlə «gəlmələr» ifadəsi işlədərək, qaçqın və məcburi köçkünlərə qarşı ögey yanaşma nümayiş etdirir. M.Sadıqovun dövlət büdcəsindən tikinti və abadlaşdırma üçün milyonlarla vəsaiti təkbaşına yemədiyini, rayonda möhkəmlənmiş kriminal mahiyyətli insanlarla bölüşdüyünü deyən mənbə əlavə edib ki, İsmayıllıda əhalinin sosial inkişafı üçün ciddi işlər görülmür, sadəcə insanların başını qatmaq üçün «kosmetik təmir»ə əsaslanan müxtəlif «abadlaşdırma» layihələrində müvəqqəti iş yerləri açılır. Buna görə də, M.Sadıqov «ortaq məxrəc»i tapdığını güman edir, lakin sahibkarlığın diskriminasiyaya məruz qalması, işsizliyin isə günü-gündən artması tamam başqa şeylərdən xəbər verir. Araşdırmalarımız davam edir, M.Sadıqov və onun başqa qaranlıq işləri barədə də, növbəti yazılarımızda ətraflı məlumat verəcəyik. (PIA)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|